Hamını düşündürən sualın manatla bağlı olduğunu bilmək üçün hər yerdə təşviş içində olan insanların suallarını eşitmək yetərlidir. “Bu işlərin sonu necə olacaq, manat qalxacaqmı, əmanətlərin vəziyyəti, maaşların, pensiyalar qalxıb-qalxmayacaq?” kimi suallar insanları narahat edən məsələlərin başında gəlir. Ancaq ciddi təhlil edəndə bir məqam daha bariz şəkildə anlaşılır ki, insanlar aldadılmaqdan daha çox gileylidirlər. “Niyə bunu aldadaraq etdilər, əhaliyə xəbərdarlıq edilmədi?” kimi fikirlər də üstünlük təşkil edir.
ANS PRESS millət vəkili Fazil Mustafanın bu suallara cavabını təqdim edir:
"Əlbəttə, insanlara xəbərdarlıq deyəndə nəyi nəzərdə tutduqlarını özlərinə dərhal geri çevirmək olar. Hər kəsin qulağına durub pıçıldamayacaqlardı ki, sabah manatın kursu dəyişəcək və ya əvvəlcədən ərzaq məhsullarını alıb yığın evə ki, bahalaşma olacaq. Rusiya Krımı işğal edəndən sonra bu ölkəyə yönəlik sanksiyalar başlayanda artıq hər kəs Azərbaycanda da xəbərdar olmalıydı ki, əsas ixracatı neft və neft məhsulları olan Rusiyanı zəiflətmək üçün neft amilinə xüsusi diqqət yetiriləcək və bütün sanksiyaların ana mənbəyini neftin qiymətinin ucuzlaşması təşkil edəcək. Yəni müasir dövrün insanı anlamalı idi ki, neftin ucuzlaşması nəticəsində 90 faizdən yuxarı ixracatı neft və neft məhsularına bağlı olan Azərbaycanda da yaxşı heç nə baş verməyəcək. Yəni gözlənilənlər baş verdi. Neftin qiyməti 50-60 ABŞ dolları civarında var-gəl etməyə başlayanda artıq Azərbaycanda da manatın sabitliyinin qorunması siyasətindən əl çəkildi və milli valyutanın dollara nisbətdə ucuzlaşması baş verdi. Bundan sonra əhalinin daha da yoxsullaşması qaçınılmazdır, onsuz da vergi yükünü qaldıra bilməyən özəl sektora amansız bir zərbə dəyib, böyük layihələrin icrası çətinləşdi, banklardakı əmanətlər ucuzlaşdı, maaşlar 35-40 faizlik malların qiymətinin qalxması qarşısında inflyasiya yükünü qaldıra bilməyəcək vəziyyətə gətirildi. Bunlar manatın devalvasiyasının ortada olan hələ başlanğıc nəticələridir.
Ancaq bu hadisənin bəlkə də sezməkdə çətinlik çəkdiyimiz bir müsbət nəticəsi var: Azərbaycan xalqı, cəmiyyəti kütləvi narahatçılıq yaşamağa, sabah barədə düşünməyə hamılıqla məcbur oldu. Varlısı da, yoxsulu da sanki illərlə arxayınlaşmışdılar ki, bu həyat beləcə sabit gedəcək. Rəsmi təbliğat da analoqsuz inkişaf, bölgənin lider dövləti, yenilməz ordu kimi epitetləri də gündəlik menyuda o qədər çox saxlamışdı ki, sanki artıq müharibə də bizim qələbəmizlə başa çatmışdı, sanki yüz il sonranın planlarını həyata keçirməyi düşünməkdən başqa yol qalmırdı. Əslində insanları bu deyimlər, lovğalıqlar, təriflər xeyli arxayınlaşdırmışdı. Bu sakitlik, bu sabitlik az-çox reallıqları anlayan, düşünən insanlarda narahtlıq yaratmaya bilməzdi. Lev Tolstoyun məşhur ifadəsini xatırlatmaq yerində olardı. Soruşanda ki, necəsən, cavab verirdi ki, “Allaha şükür, narahatam.” Məhz bu narahatsızlığın nəticəsidir ki, dünyanın harasında hansısa hadisə baş verirdisə, bizim reaksiyamız əksər vaxt özümüzlə müqayisə zəminində olmurdu. Ukraynanın şəhərlərinin Rusiya tərəfindən bir-bir dağıdılması və ölkənin hazırlıqsız müharibəyə yaxalanması, Liviyadakı, İraqdakı, Suriyadakı xaos, Misirdəki qarışıqlıqlar bizdə çox hallarda kənar ölkələrdə baş verən və bizə dəxli olmayan məsələlər kimi baxılırdı.
Artıq manatın devalvasiyası baş verdi. İnsanlar təşviş içində qoyduqları sualın cavabını tapa bilmirlər. Buyurun, işdir, birdən hazırda arxayın baxdığımız bu keçici sülhün devalvasiyası baş verərsə? O zaman müharibə təhlükəsi üçün təşviş keçirən cəmiyyət hamılıqla ayağa qalxıb kimi ittiham edəcək ki, niyə vaxtında xəbərdarlıq etmədiniz? Axı erməni hər gün gülləsini atıb xəbərdar edir ki, müharibə hələ bitməyib, bir də irimiqyaslı savaş ola bilər, indi hər kəs özünə sual versin ki, biz bu devalvasiyaya hazırıqmı?
Ona görə də illərdir ki, çalışmalarımızın ana xəttini insanların pafos borusundan gələn qidasını kəsməyə çalışırıq, daha realist olmalarını təlqin edirik.
Bu gün əslində manatın devalvasiyası ilə yanaşı iqtisadi populizmin devalvasiyası baş verdi, analoqsuz inkişaf pafosunun çöküşü baş verdi. Dövlət məncə anladı ki, xalqı dövlət həyatından hədsiz uzaq məsafədə tutmaqla böhran vəziyyətində təşviş, təlatüm yaşanmasına rəvac vermiş olur. Əgər insanlara alternativ seçim versən ki, manatın devalvasiyası yaxşıdır, yoxsa savaş nəticəsində Donbas kimi, Bağdad kimi, Hələb kimi şəhərlərəin xarabalığa çevrilməsi, əlbəttə ki, müqayisədə birinciyə üstünlü verərlər. Müqayisələr düşünən insanlar üçün var, düşünməyən insan baş verən faktın təsirindən, tüstüsündən çıxa bilmir. Çevrəmizdə ölən insanların çoxumuza ölümü xatırlatmadığı kimi, əlilə baxıb nə zamansa əlil ola biləcəyimizi düşünmədiyimiz kimi, var-dövlət hərisliyinin bir kəfən qədər dəyəri olmadığını anlamadığımız kimi... Budur illərdir arxayınlaşdırılan, laqeydləşdirilən bir cəmiyyət iqtisadi gerçəkliklərin və qanunauyğunluqların yaratdığı təlatümə hazır olmursa, demək ki, hələ ərazisi işğalda olan, fundamental problemləri çözülməmiş bir dövlətdə saxta ümid, analoqsuz müştəbehliyin azaldılması zərurətdir. İnsanları realizmə qaytarmaq lazımdır.Qısacası xalqı ritorika, pafos, yalan və illüziyalarla reallıq duyğusundan uzaqlaşdırmaq kritik anlarda ciddi təhlükələr ortaya qoya bilər. Ona görə də yeni tikilən yüzlərlə binanın altında hava hücumundan qorunmaq üçün sığınacaqlar nəzərdə tutulmur, köhnə tikililərin zirzəmiləri, mağazalar, barlardır. Ona görə orta məktəblərdə hərbi dərslər lazımi səviyyədə keçirilmir, ona görə də idman komplekslərinin qapısına qıfıl vurulur ki, fiziki hazırlıq bütün vətəndaşlar üçün əlçatmaz olsun, ona görə də yollar çəkiləndə nəinki ambulansların, yanğınsöndürən maşınların, hətta tankların hərəkəti düşünülmür. Ona görə mən hədsiz rahatlıqdan qorxuram, Qarabağı da hədsiz rahat olduğumuza görə itirdik. Bu rahatlıq bizdən hələ çox şeyləri də ala bilər.
Tolstoy kimi, “Allaha şükür, narahatam!” deyəcək bir cəmiyyət olmayınca vaxtında düşünüb problemlərimizi çözməyə canla-başla girişməyəcəyik.
Manatın devalvasiyası artıq baş verib. Bu gün arxayıncasına yaşadığımız keçici sülhün də yaxın zamanlarda devalvasiyası da baş verəcək. Milli Bank aldada bilər, çünki Milli Bankın ürəyi olmur, sadəcə pulu olur. Sağlam Düşüncə Bankı ürəklə işləyir- İnsan ürəyi ilə. Aldanmamaq üçün keçici sülhün devalvasiyasına, yəni müharibə risqinə hazır olmalıyıq."
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Mehriban Əliyevadan İlham Əliyevlə Zəngilan və Qubadlıya səfərləri ilə bağlı yeni paylaşımlar - FOTO
Nyu York moda həftəsində qeyri-adi trendlər
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Qarabağda müharibə faciəyə səbəb ola bilər
Arıqlamağa mane olan səhər vərdişləri
Azərbaycanda ən çox ölüm gətirən xəstəliklər
İsrail 74 məscidi viran qoydu
Merve Boluğurun anası qızının sevgilisindən danışdı
Çay evlərində ömrünüzü çəkirsiniz?..
“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi bəlli oldu
Növbəti dərs ilində YENİ QAYDALAR olacaq!
Zoologiya İnstitutundan gürzə AÇIQLAMASI
Hər şey öz əlimizdədir
Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?
Göygöldə zəlzələ olub
Maraqlı faktlardan (2)
Yoldaşını müayinə edən həkim qızı haqqında Həqiqəti Öyrəndi-FOTO
Qüsursuz dəri üçün 5 qızıl qayda
Putinin Serjə əsas zərbəsi
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Məşhur basketbolçu vəfat etdi
Azərbaycandan gedənlərin sayı açıqlandı
Azərbaycan III İslam Həmrəyliyi Oyunlarında 14-cü medalını qazanıb
Əncirli desert (foto resept)
Paxlava rekordlar kitabına düşdü
Ramazan ayının 19-cu gününün imsak və iftar vaxtları
“UNESCO ilə münasibətlər yeni mərhələyə qədəm qoyub”
Kiçik iş otaqları
Qat-qat xəmirdən börək (foto-resept)
İşias - kimdən yan keçib?
Onlar da AYRILDILAR-FOTO
İmmuniteti gücləndirən tərəvəzlər
Sabahın HAVAsı
Yaralılardan xəbər var
Azərbaycanda tələbə köçürmələri ilə bağlı yeni qaydalar açıqlandı
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
Yaşlandıqca cavanlaşan qadın-FOTO
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Pis xəbərlərin faydası da var
Bakıda Ermənistan bayrağı yandırıldı
Metro stansiyasının gözəl dizaynı
Övladları Bred Pitti istəmədilər
İlham Əliyev: Bu hərəkət qəbuledilməzdir
İdmançımız ermənini nokauta salıb Avropa çempionu oldu
Ən innovasiyalı dövlətlər - REYTİNQ
Qadınlar niyə öz həyat yoldaşlarını aldadır
Bu qidalar asılılıq yaradır!
Energetika Nazirliyinin strukturu təsdiq edildi
Tramp və xanımı koronavirusa yoluxdu
Sabah 26 dərəcə isti olacaq
- ŞƏRHLƏR