
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə deyib ki, artıq mütəxəssislər tərəfindən 1271 yeni söz müəyyənləşdirilib:
"Yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər hazırda da davam etdirilir. Yeni sözlər arasında informasiya texnologiyaları sahəsinə aid olan sözlər çoxluq təşkil edir. Yeni sözlər “Veboman”, “Verilənlər bazası”, “Vestübel”, “Vibrasiya ilə sıxlaşdırma”, “Vibrasiya söndürən”, “Vizual nəzarət”, “Kidneppinq”, “Kleym” və s-dir. Burada bu sözlərin hər birinin anlayışı bildirir. Yeni sözlərin bəziləri dilimizdə tamam başqa mənalarda işlədilir. Burada isə bu sözlər yeni anlayışda təqdim edilir. Məsələn, “veboman” sözü internet konfransları və çatların iştirakçısı, internet nəşrlərinin müəllifi mənalarında təqdim edilir".
S.Sadıqova bildirib ki, bu sözlər indiyədək nə Azərbaycan dilinin orfoqrafiya, nə də izahlı lüğətlərinə daxil edilməyib. Yeni sözlərin müəyyənləşdirilməsi başa çatdıqdan sonra onların gələcəkdə hazırlanacaq orfoqrafiya lüğətlərinə daxil edilməsi planlaşdırılır.
Yeni sözlərin bəzilərini mənaları ilə birgə təqdim edirik:
KEMPİNQ – 1) avtoturistlər üçün xüsusi yay düşərgəsi. 2) əsasən, şəhərlərarası yol üstündə yerləşən, gecələmək üçün şəraiti olan yığcam, birmərtəbəli taxta və ya daş ev, kiçik hotel.
KİBERCİNAYƏTKARLIQ - kompüter sistemlərinin və şəbəkələrinin köməyi ilə, yaxud kompüter sistemlərinə və şəbəkələrinə qarşı həyata keçirilən istənilən cinayət əməlidir. Başqa sözlə, virtual mühitdə həyata keçirilən istənilən cinayət növünü “kibercinayət” adlandırmaq olar.
KİDNEPPİNQ – Uşaq oğurluğu. Ümumiyyətlə, adam oğurluğu da bu sözlə ifadə olunur.
KİOSK – interaktiv informasiyanın avtonom mərkəzi (multimedia sistemlərində).
KLEYM – 1) alıcının ona satılmış malın keyfiyyətinin pis olduğuna görə satıcıya tələbi; 2) iddia, reklamasiya.
İSTERİKA – nevroz qrupundan xəstəlik; tutmalar, əsəbi gülüş, göz yaşları ilə müşayiət olunan psixi pozğunluq.
İZOBAT – xəritədə dəniz dibinin bərabər dərinliklərində nöqtələri birləşdirən xətt. Kontinental şelfin xarici hüdudunun müəyyənləşdirilməsinin distansiya meyarının növmüxtəlifliyi kimi tətbiq edilir.
İZOKVANTA – müəyyən edilmiş həcmdə məhsul istehsalını mümkün edən müxtəlif xərc kombinasiyalarını bildirən xətt.
JAVA – elektron hesablama maşınında (EHM-də) mövcud proqramlaşdırma dillərindən biri. Yeni, müasir dillərdən hesab olunur. Əksər kompüterlərdə işləyir. Bu dildə yazılan proqramların ölçüsü xeyli kiçik, lakin sürət aşağıdır. Odur ki, bu dildə yazılan proqramlar daha çox internetdə və mobil telefonlarda geniş yayılıb.
JİM – çıxış vəziyyətindən ayaq üstə, uzanaraq, çömbəlməklə bədənin hər hansı bir hissəsinin köməyi olmadan ştanqı sinəyə və ya çiyinlərə düz qollarla yuxarı qaldırma.
JÜLEN – fransız mətbəxinə aid olan yemək növü: pendirin altında bişirilmiş göbələklər. Həmçinin jülen toyuq ətindən və dəniz məhsullarından hazırlanır.
KALKULYASİYA – istehsal edilən məhsulun və ya xidmətin maya dəyərinin hesablanması; bu məqsədlə tələb olunan bütün xərclərin pul
ilə ifadəsi.
KAMBİO – borc məktubu, veksel.
KAMBİST – veksel əməliyyatları və sikkə ticarəti ilə məşğul olan şəxs.
KANTE – Ağac şəkilli sintaktik təsvirdə tərəfləri birləşdirən xətlər.
KARDİOCƏRRAHİYYƏ - Ürək cərrahiyyəsi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bürcünə görə analar necə davranırlar?
Hərbçilərin olduğu avtomobil minaya düşdü, 1 nəfər öldü
Çayın zərəri də var
"Soyuq müharibə" yenidən başlayır
Dovşanın son hədiyyəsi - İlin son qalibləri!
Uşaq sağlamlığı üçün tövsiyələr
Günün ulduz falı
Kremli və cemli peraşki (foto-resept)
Oğruların, quldurların qənimi: onlar haqda nə bilirik?
Yanmış tavanı necə təmizləməli?
Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlılarının birgə təlimləri keçirilir
Yumurtalıq xərçənginin simptomları
Ekiz bacıların arzusunu çin etdi
Toy dəvətnamələri
Evdə hazırlaya biləcəyiniz 3 üz maskası
Son vaxtlar “donan” Xəzər dənizində daha bir narahatedici vəziyyət - Nazirlikdən AÇIQLAMA
Ana-bala olduqlarına heç kim inanmır - FOTO
Acun sözünü tutdu
Məzuniyyətdə cavanlaş
İki başlı uşaq doğuldu
Azərbaycan təhsilində yeni layihəyə start verilir
Nemtsov qətlində şok açıqlama
HAVA necə olacaq?
Jurnalistlərə şad xəbər
Trampın qızı Mayamidə “milyarder bunkerində” torpaq alıb - FOTO
Gülümsəyən qız
Ölkələrə görə oruc tutma müddəti
Avropa Oyunlarındakı voleybol yarışlarında rəqiblər müəyyənləşib
İşias - kimdən yan keçib?
Belarusdan Azərbaycana maraqlı təklif
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
Türkiyədən İŞİD-ə zərbə
Azərbaycanın xəbər saytları Cənubi Qafqazda liderdir
İnsanların xarakterlərini göstərən rəsmlər
Londonun ən bahalı boşanma məhkəməsi başlayır - FOTO
İstanbula getmək istəyənlərin nəzərinə
Hava haqqında - 01.12.2013
Ramazan bayramı ilə bağlı qeyri-iş günləri açıqlandı
Süfrə nümunələri
Ermənilər yenə səfirliyə yumurta atdılar
Yolu izah edən “ağıllı” ayaqqabı hazırlandı
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Ledi Qaqa yenə Geyimi ilə Diqqət Çəkdi-FOTO
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Günün ulduz falı
Azərbaycanda insanların ürək ağrısı
Azərbaycan ordusunun işğaldan azad etdiyi 172 məntəqə interaktiv xəritədə - VİDEO
Araq şüşəsinə əl vuran adam nə etməlidir?
Castin Biberin paylaşımı diqqət çəkdi-FOTO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO















- ŞƏRHLƏR