ANS TV-nin məlumatına görə, bütün ölkə ərazisində ətin qiyməti ucuzlaşıb. Aran rayonlarında bu rəqəm 2 manat olmaqla enmə daha kəskin nəzərə çarpır. Məsələn, Bərdədə əvvəl 7 manata olan mal ətinin kilosu indi alıcılara 5 manatdan təklif edilir. Qəssablar ucuzlaşmanı müxtəlif səbəblərlə izah edir.
“Ət məhsulunun qiymətinin aşağı olamsının əsas səbəbi alıcılıq qabiliyyətinin aşağı düşüməsidir. Bizdə də mal-qaranı bazara satışa çıxarmışıq. Çəkisi 250 kiloqram olan mala qəssab deyir ki, 200 kilodur. Bu səbəbdən də əti gətirib özümüz burada qiyməti 5 manatdan satırıq” – deyə qəssab Fəzail Əliyev bildirib.
Ekspertlər ət bazarında hökm sürən ucuzlaşmanın heyvanlara verilən yemin qiymətindəki artımla əlaqəli olduğunu deyirlər. Ötən il yaşanan quraqlığa görə ölkə ərazisində yem məhsullarının tədarükünün aşağı düşməsi mal-qaranın əsas yem bazasını təşkil edən ot bağlamasının qiymətini 5 manata qaldırıb.
Buna görə də fermer saxladığı heyvanı qısa müddətdə ət kimi bazara vermək daha sərfəli olub. Bu bazarda baş verən qəfil ucuzlaşma paytaxt da hiss olunur. Bir müddət əvvəl keyfiyyətindən asılı olaraq 9 manat - 10 manat 50 qəpiyə satılan mal ətinin qiyməti indi 6-8 manat civarındadır.
Ucuz aldıqları heyvanı münasib qiymətə də piştaxtaya çıxaran qəssablar nəticədən razı görünürlər.
Qəssablardan fərqli olaraq ekspertlər bu ucuzlaşmanın davam edəcəyi qənaətində deyillər. Ət sarıdan bazarda yaranan bolluq indi qiymətlərin ucuzlaşmasına səbəb olsa da, növbəti aylarda problemə yol aça bilər.
Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, yem qıtlığı ilə əlaqədar olaraq mal-qaranın zəifləyəcək: “O cümlədən də heyvanlar arasında tələfat halları da baş verə bilər. Ümumi götürəndə mal-qaranın sayında bir azalma olacaq. Bu da ət təklifinin azalmasına yol açacaq. Bu isə ət məhsulunun artımına səbəb olan amildir”.
Kənd Təsərrüfatı Nazirliyindən isə səslənən proqnozla bağlı narahatçılığa əsas olmadığını bildirdilər. Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev deyib ki, bahalaşma olarsa, bunu bazar özü tənzimləyəcək. Lakin nəzərə alsaq ki, ət Azərbaycanda əsas qida məhsullarındandır onun qiymətinin artması bazarda digər məhsulların qiymətinə də təsirsiz ötüşməyəcək.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı
Azərbaycan dili - IV dərs
Hadise ayrılıq xəbərlərinə açıqlama verdi
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
2020-ci ilin trendləri
Rasim Əliyevə "İstiqlal" ordeni verildi
Bu dəfə Yaşar Sereni məhkəməyə verdi-SƏBƏB
Kəlbəcərli girovlardan biri buraxıla bilər
Noxud şorbası (foto resept)
Çiyələyin mikroblarını necə təmizləməli?
Komediya ustası səhnədə öldü-FOTO
Mədə turşuları
Tom Cons Antalyada konsert verəcək
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
Bir yalnızlıq simfoniyası
Makiyajla məşhurlara çevrilən Alexis
Bakıda bir neçə sahibkarı aldadaraq külli miqdarda pulunu ələ keçirən qadın tutulub
Azərbaycan kinosunda yeni qanun
Ərdoğan terrorçulara od püskürdü
Könüllü işləmək istəyənlərin nəzərinə
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Qırışları aradan qaldıran maska
Ebunun konset bileti neçəyədir?
Eyni geyimləri müzakirələrə səbəb oldu
Hava haqqında
Mayın ilk gününə olan hava proqnozu
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
"Çukur" final edir-SƏBƏB
Serenay Sarıkaya Kerem haqqında danışdı
Çimərlik ayaqqabıları
Yaz üçün gözəl donlar
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Maraqlı divar saatları
Erkən qırışların səbəbləri
İşdən ixtisara düşmək istəmirsizsə...
Sənədsiz evlərə bəd xəbər
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Mətbəx dekorasiyası nümunələri
Qaydalar avtobus sürücüləri üçün deyil?
Kütləvi ixtisarla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA
Bakıda taksidə doğulan uşağın görüntüləri-VİDEO
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
Verilişdə gərgin anlar: Azərbaycanlı qızın ürəyi getdi
Yeni türk nəsilini necə yetişdirməli?
Putin diktatora dəstəyini kəsdi
Sürüşmə sahələri aktivləşib
Gözəl bilərzik modelləri
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
Noyabr ayının qalibləri!
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]