ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələrdən narahat olduğunu bildirib.ANS PRESS APA-ya istinadən xəbər verir ki, İ. Daçiç tərəfləri atəşkəsə tam riayət etməyə və 1994-cü ilin mayında imzalanmış atəşkəs sazişində müəyyən olunduğu kimi, hərbi qarşıdurmanı dayandırmağa çağırıb: “İnsan ölümlərinə səbəb olan silahlı toqquşmalardan kədərlənirəm, tərəfləri məsuliyyət nümayiş etdirməyə, gərginliyi daha da artıracaq addımlardan qaçmağa çağırıram”.İ. Daçiç qeyd edib ki, yalnız prezidentlər səviyyəsində yox, digər səviyyələrdə də birbaşa təmaslar qurmaq zəruridir: “2014-cü ildə Azərbaycan və Ermənistan prezidentləri arasında Soçidə, Nyuportda və Parisdə olan görüşlər doğru istiqamətdə müsbət addımlar idi. ATƏT birbaşa təmasları asanlaşdırmağa çalışır, lakin tərəflər də öz növbələrində komandanlıqlarını yuxarı pillədən aşağı pilləyədək atəşkəsə riayət etməyə məcbur etməlidirlər. Mən xüsusi nümayəndə Anjey Kaspşikə dəstəyimi ifadə edirəm. Ona birbaşa təması asanlaşdırmaq tapşırılıb və o, tərəflərin də yardımı ilə daha çox sülhyaradıcı tədbirlər hazırlayır. Mən həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəkləyirəm”.
ATƏT-in fəaliyyətdə olan sədri tərəfləri ATƏT-in bütün vasitələrindən yararlanmağa, yekun və dinc nizamlanma üçün tədbirli addımlar atmağa çağırıb.
ATƏT-in baş katibi Lamberto Zanier də bu bəyanatı dəstəkləyib və tərəfləri ATƏT-in Minsk Qrupu tərəfindən aparılan siyasi prosesə yenidən qoşulmağa səsləyib.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ay tutulmasının vaxtı məlum oldu
Gözəl dəri üçün kartof maskası
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
Qırmızı donlar
Kitabseverlər üçün kitab rəfləri
1 sms yaz, 1000 dəqiqə danış! - FİNAL - QALİB SEÇİLDİ!
Çanta və ayaqqabı kombinasiyaları
Gəlinlər üçün ayaqqabılar
Fındıq əzməli şokoladlı keks (foto resept)
Adel uzun vaxtdan sonra ilk dəfə FOTO paylaşdı
Baş Prokurorluqdan terrorizm əleyhinə bir neçə dildə maarifləndirici VİDEO
İsmayıllıda fövqəladə hal
Üç dəfə toyunu təxirə salan baş nazir ailə qurdu
Göz və dodaq rənginin dəyişdirilməsi (Dərs-12)
Azərbaycanda qız köçürmə, yoxsa.....
Hind toyuğu qızartması (foto resept)
Ən çılğın bayram davam edir
"Rusiya müharibəni qızışdıracaq"
Qarabağda yeganə Rus Pravoslav Kilsəsi də erməni vandalizminin qurbanı olub - FOTO
Gözdən əlillər üçün mobil əlavə-VİDEO
Apple sapfir şüşələrə keçir
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
"Gəlincik" tortlar
Azərbaycanı dünyaya tanıdan bəstəkarın ad günüdür
“Recep İvedik 6”nın çəkilişləri başladı - İlk FOTO
Britaniyada Santa Klausa maska taxmamağa icazə verildi
Hündür daban ayaqqabılar
Canlı əfsanə səfir oldu
Qan və qan damarları üçün
"Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur"
Deadpool 2 filminin yeni traileri-VİDEO
ÜST-dən qrip peyvəndinin koronavirusa təsiri barədə AÇIQLAMA
Abituriyentlərin nəzərinə: Qeydiyyat başlayır
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Fahriye "makiyajsızam" dedi, aləm qarışdı - FOTO
İstirahət gününün HAVAsı
Erməni əsgərlərinin açdığı atəş nəticəsində ev yanıb
Alkoqollu içkilərin satışı qadağan ediləcək
2017-ci ildə övlad sevinci yaşayan məşhurlar
Qırış yaradan vərdişlər
Azərbaycanda 45 yaşdan sonra evlənənlərin STATİSTİKASI
Yeni nazir Zakir Həsənov Müdafiə Nazirliyində təqdim olundu
İranda vəziyyət ağırlaşır- Bütün ölkə "qırmızı bölgə"dir
Uşaqların sosial-psixoloji inkişafı-13
Tanışlığın ilk mərhələsinin 8 sirri
Valideynlərə qadağan edilən 10 CÜMLƏ
İlk gündə 20 medal
Ordumuz erməni polkovnik-leytenantı məhv etdi
Qurban bayramında İŞİD-dən təhlükə
Fahriye və Burak uşaqları ilə bağlı hazırlıqlara başladılar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]