Bu həftə dərc olunan və kitabxanalara, hərbi hissələrə göndərilən 98 səhifəlik vəsait vətəndaşların mümkün basqın, işğal və hərbi münaqişə zamanı davranış qaydalarından bəhs edir.
"Ekstremal situasiyalarda və ya müharibə mərhələsində özünü necə aparmalı" adlanan vəsait 1940-1991-ci illərdə sovet nəzarəti altında yaşayan, amma indi Avropa Birliyinin və NATO-nun üzvlüyünün çətiri altında təhlükəsizliyini təmin edən Litvanın böyük narahatlığını göstərə bilər.
Vilnüs rəsmiləri hələ ötən il deyiblər ki, Ukraynada baş verənlər Rusiyanın təhlükəli qonşu kimi qaldığını göstərir.
Müdafiə naziri Juozas Olekas "Reuters"ə müsahibəsində bildirib ki, Rusiya Ukraynada aqressiv hərəkətlərə başlayanda litvalılar başa düşüb ki, qonşu dostcanlı deyil. O deyir, Rusiya və rusiyapərəst seperatçılar tərəfindən əraziləri işğal olan Gürcüstan və Ukrayna nümünəsi göstərir ki, onlar da oxşar hadisələrdən sığortalanmayıb. Juozas Olekas vəsaitin təqdimatında bildirib ki, orta Litva vətəndaşlarından vətənin müdafiəsi ilə bağlı suallarla tez-tez qarşılaşıb.
Müdafiə Naziriyinin veb-saytından yüklənməsi mümkün olan vəsaitdə düşmən əsgərlər evə girən zaman necə gizlənməklə bağlı da məsləhətlər var.
Burada həmçinin düşmən əleyhinə mülki itaətsizlik formaları - tətillər, blokadalar, dezinformasilar, kiberhücum kimi instruksiyalar da yer alıb.
Baxmayaraq ki, vəsaitdə Rusiya spesifik olaraq xatırlanır, amma fərqlənmə nişanı olmayan və ya hansısa dövlətə məxsusluğu bilinməyən hərbçilərin daxil olduğu "hibrid müharibəyə" necə cavab verilməsi ilə bağlı məsləhət də yer alıb. Bu məsləhət açıq-aydın Ukraynadakı müharibənin əlamətlərini özündə əks etdirir, axı Moskva da Ukraynada separatçıları silah və əsgərlə təmin etdiyini boynuna almır.
"Litva vətəndaşları onların ərazilərində və ya hardasa kimliyi məlum olmayan silahlı şəxsləri müşahidə edərsə, dərhal hakimiyyəti məlumatlandırmalıdır" - deyə vəsaitdə məsləhət edilir.
Müdafiə Nazirliyinin vəsaiti litvalıları mümkün evakuasiyasını da vurğulayır. Vəsaitdə cənubdan Polşaya, qərbdən bərə ilə Polşa, Almaniya, İsveç, Finlandiyaya keçməkdən danışılır. Litvanın LNG qaz terminalının sahilyanı xətləri istənilən düşmən üçün strateji əhəmiyyətlidir, buna görə dəniz yolu ilə evuakasiya da eyni zamanda təhlükəli sayılır.
Litvalılara məsləhət görülür ki, gözlənilməz hadisələrdən xilas olmaq üçün indidən tədarük görsünlər: maşının yanacaq çəni dolu olsun, ərzaq ehtiyatı tutulsun, ailənin qoca və azyaşlılarına, o cümlədən ev heyvanlarının xüsusi ehtiyacları əvvəldən hazırlansın.
Eyni zamanda Litva yavaş-yavaş öz hərbi texnikasını gücləndirir, hərbi büdcəsini artırır. Litvanın 3 milyon əhalisi var.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Valideyndə uşağa məhəbbəti qanun aşılamalıdır?
Azərbaycanlı müğənni ana oldu
2021 Yaz/Yay Kopenhagen moda kolleksiyası
3 iştirakçı birdən "SURVİVOR"dan uzaqlaşdırıldı-SƏBƏB
Günün ulduz falı - 30.08.2013
Həftənin ilk iş günü Azərbaycanda hava necə olcaq?
“Qalatasaray” klubunun futbolçuları COVID-19-a yoluxub
Övladlarının cinsiyyəti bəlli oldu
Daha bir serial erkən bitdi
Dilqəm Əsgərov və Şahbaz Quliyev nə zaman Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO
Seyfi Güney və Osman Delicenin küçə sənəti
Dəri ləkələri üçün gilas maskası
Şahzadə Harrinin keçmiş sevgilisi ərə getdi
Eser Yenenlerden hamiləlik pozu-FOTO
2019-un trend dodaq boyası rəngləri
Hər 3 adamdan 1-i kökdür
"Spice Girls" qayıdır - FOTO
Sinoptiklərdən xoş xəbər
Rəqəmli pazllar (3)
Bulvara qənim kəsilənlərə XƏBƏRDARLIQ
Ağdamda güclü atışma
Bakı qarın əsarətində
Yeni toy "adətləri"
Azərbaycan polislərinə yeni silah veriləcək
Kartof salatı (foto-resept)
Fahriye Evcenin 10 minlik çantası-FOTO
Dünyanın ən zəngin adamı dəyişib
Gözəl saçlar üçün 9 məsləhət
İyun ayının qalibləri!
Təyyarədə evlilik təklifi - FOTO
Bəs, Beren Saat hanı?
Alişan və Buse birlikdə veriliş aparacaqlar
ASAN Xidmət mərkəzlərində rüsumlar
Sabahın HAVAsı
Tökülən saçlar üçün yulaflı şampun
Mövsümi allergiya nədir və ondan necə qorunmalı?
VİDEO qadını zəngin etdi və ailəsinə qovuşdurdu
WhatsApp-la bağlı sirr açıldı
Xoşbəxtlik bağırsaqlarda gizlənir
Parisdən Karen bəyanatı
Ali məktəblərə YENİ QƏBUL QAYDALARI təsdiqləndi
Azərbaycanda hava soyuyacaq
Günün qoroskopu:Bədxərclik etməyin!
"İlin qadını" o oldu-FOTO
Günün ulduz falı - 21.02.2014
Tugçe Aral Cennifer Lopezi təkrarladı-FOTO
Pensiyalar artırıldı
- ŞƏRHLƏR