
Ən qədim təqvim Ay təqvimi olmuşdur. İlk Ay təqvimi Miladdan öncə III minillikdə tərtib edilmişdir. Bu təqvimə görə, Ayın Yer ətrafında dövr etməsi vaxtı – 29 sutka 12 saat – əsas vaxt ölçüsü kimi qəbul edilir və bir ay adlanır. Bəlkə də, bir çox dillərdə “ay” sözünün həm səma cismi, həm də zaman vahidi bildirməsi bununla əlaqədardır. Ay təqviminə görə bir il on iki aydan ibarətdir. Bu təqvim sonralar Şərq ölkələrində geniş yayıldı. Bu gün iyirmidən çox Şərq ölkəsi Ay təqvimindən istifadə edir.
Müasir dövrdə təqvimin geniş yayılmış növü Günəş təqvimidir. Bu təqvimin vətəni Qədim Misirdir. Misirlilər Nil çayında suyun nə vaxt bol olacağını əvvəlcədən bilməli və həmin vaxta qədər kanalları təmizləməli, bəndləri möhkəmlətməli idilər. Əgər Nilin suyunu bəndləyib əkinlərə verməsə idilər, su axıb dənizə gedərdi və tarlalar susuz qalardı. Bütün ölkənin həyatı və abadlığı isə məhsuldan asılı idi.
Misir kahinləri gördülər ki, iyunun 22-də, ən qısa gecədən sonra günəş çıxmazdan əvvəl səmada parlaq Sirius ulduzu görünür. Elə həmin vaxt çayın suyu daşır. Onlar hesabladılar ki, Sirius ikinci dəfə görünənə qədər 365 gün keçir. Bu uzun müddəti hər biri 30 gün olan on iki mərhələyə böldülər. Artıq qalan beş günü isə ilin axırına caladılar. Beləliklə, Günəş təqvimi yarandı.
Bir neçə il sonra müşahidə etdilər ki, Sirius ulduzu “gecikir”! Təqvim üzrə il qurtarırdı, Sirius isə görünmək bilmirdi. Təqvim tələsirdi! Kahinlər başa düşdülər ki, vaxtı düzgün hesablamayıblar. Sən demə, il 365 gün və 6 saatdan ibarət imiş. Fərq o qədər də böyük deyildi, amma dörd ildə bir sutka edirdi.
Təqvimi çox sonra Roma sərkərdəsi Qay Yuli Sezar dəyişdi. Tarixə yulian təqvimi kimi daxil olmuş bu təqvimə görə, bəzi aylarda 30, bəzilərində 31, fevral ayında isə cəmi 28 gün vardı. Hər dörd ildən bir bu qısa aya bir gün əlavə edilirdi ki, təqvim irəli getməsin. Həmin ildə 366 gün olur, ... biz ona uzun il deyirik. Bizim indi istifadə etdiyimiz təqvim belə yarandı.
Beləliklə, yeni təqvim yarandı. Lakin sonralar daha ciddi hesablamalar nəticəsində məlum oldu..., bir ilimiz, əslində, 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir. Adama elə gəlir ki, il üçün 11 dəqiqə 14 saniyənin böyük əhəmiyyəti olmaz, ... hesablamalar göstərir ki, bu kiçik zaman kəsiyi təqvimdə hər 400 ildə təxminən sutkanın artıq qalmasına səbəb olur. Bunu nəzərə alaraq 1582-ci ildə Roma papası XIII Qriqori təqvimdə yeni düzəliş etdi. ..., onun göstərişi ilə təqvim 12 gün qabağa çəkildi.
“Təqvim” anlayışı ilə “il hesabı” anlayışını fərqləndirmək lazımdır. “İl hesabı” dedikdə ilin, tarixin başlandığı gün, hadisə nəzərdə tutulur. Qədim və orta əsrlərdə ayrı-ayrı xalqlar müxtəlif il hesablarından istifadə edirdilər. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda il yazın gəlişi ilə başlanırdı. Bəzi ölkələrdə ilin başlanğıcı kimi yeni hökmdarın hakimiyyətə keçməsi, bəzilərində paytaxt şəhərin əsasının qoyulması (Romada), Olimpiya oyunlarinin keçirilməsi (Yunanıstanda) və s. qəbul edilmişdi. Orta əsrlərdə Avropa ölkələri yanvarın 1-ni ilin ilk günü kimi qəbul etdilər. Bunu İsa Məsihin doğum günü ilə əlaqələndirirdilər. Ərəblər ilin başlanğıcı üçün Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi (hicrət) gününü (miladi tarixlə 16 iyul 622-ci il) götürmüşlər. Müsəlman ölkələrində geniş yayılmış bu il hesabı “hicri tarix” adı ilə məşhurdur.
Azərbaycanda qriqorian təqviminə keçid və yeni ilin yanvardan başlanması 1918-ci ilə təsadüf edir.
Rafiq Ələkbəroğlu

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR