Adətən oğlan uşaqlarının dünyaya gəlmə xəbəri valideyn və onun ətrafını qız uşaqarının doğulma xəbərindən daha çox sevindirir. Əgər ailənin ilk övladı oğlandırsa, nəvə nəslin sevimlisinə çevrilir, olduqca ərköyün böyüdülür. Ailəyə qız övladının gəlişi ikinci körpənin mütləq planlanmasına, tanış-bilişin oğul arzulamasına, "eybi yox, qız uşağı da yaxşıdır" kimi fikirlərin bildirilməsinə gətirib çıxarır ki, bu ayrı-seçkilik uşaq böyüsə belə, aradan qaldırılmır.
Tərbiyə üsulları da fərqli olur. Məsələn, əgər qız uşağına sahibsənsə xanım-xatın davranışlara yiyələnməsi üçün tərbiyə etməli, ona sadəcə "ağıllı gəlincik", qazan-tava dəsti almalısan. Oğlan uşağıdırsa, həyətdə oynaya bilər, dostları ilə dalaşa, cavab qaytara bilər, istədiyi oyuncaqlar - maşından tutmuş silaha kimi aldıra bilər. Artıq yeniyetmə yaşına çatdıqda aradakı tərbiyələndirmə fərqi də özünü kəskin formada göstərir. Uşaqlıqdan bu yana vərdiş edilmiş hərəkətlər birdən-birə tərbiyəsiz davranış kimi qiymətləndirilib qadağaya çevrilir. Bu cür ikili tərbiyə üsulu ilə böyüyən uşaqların əksəriyyəti artıq həddi-büluğa çatdıqda pis vərdişlərə sahib olur və valideynin arzu və xəyal etdiyi oğlan uşağı fikri ilə üst-üstə düşmür. Problem isə oğlan uşaqların düzgün böyüdülməməsi, onlara sevgidən çox şiddətin aşılanmasıdır.
İngiltərədə 4-8 yaş arası oğlan uşaqları üzərində aparılan araşdırmaların nəticəsində məlum olub ki, ailədə ata sevgisindən məhrum olan uşaqların şiddətə meylliliyi daha azdır. Belə uşaqlar daha az rəqabətə girir, qadın-kişi ayrımı etmir, qarşı cinsə qarşı daha mehriban davranır, ətraf mühitin pis sözlərinə uyğun davranmamışdan öncə düşünür. Bu da ailədə qadın tərbiyəsi altında böyüyən körpənin heç bir şiddətə meylli davranış, oyun, hərəkətə şahid olmamasından irəli gəlir. Araşdırma zamanı məlum olub ki, ailədə ata və ya digər ailə üzvləri tərəfindən ərköyünləşdirilən uşaqlar oyuncaq mağazalarında tanklara, təyyarələrə əl uzadır, oyuncaq kimi qorxulu cizgi film personajlarına maraq göstərir, rəng seçimində tünd, xüsusən göy rəngə diqqətini cəmləyir, qarşısındakı qız uşaqlarına qarşı "vur onu" əmrinə daha tez tabe olub əl qaldırırlar. Əksinə, uşağa bir fərd kimi yanaşıb oğlan olmasını üstünlük hesab etməyən ailələrin uşaqları mağazalarda sökülüb yığılan və diqqət tələb edən oyuncaqlara, yumşaq ayılara əl uzadır, rəng seçimində sarı, bənövşəyi və daha mülayim tonlara diqqət cəmləyir, qız uşaqlarına qarşı "vur onu" əmrinə tabe olmamışdan əvvəl səbəbini soruşur və uzun müddət düşünür.
Psixoloq Emil Behrudinin fikrincə, Azərbacanda azyaşlı oğlan uşaqlarının bu qədər gərgin və necə deyərlər "ipə-sapa yatmayan" olmasının səbəbi elə onların böyüdülmə tərzləridir. Bu səbəbdən azyaşlı Azərbaycan uşaqları Avropa uşaqları ilə müqayisədə gözlə görülə biləcək qədər geridədirlər. İstər təhsil, istər tərbiyə, istər davranış, istər uşağın öz şəxsi keyfiyyətləri baxımından olduqca fərqli olan uşaqların təməli düzgün qoyulmadığından bu gün gənclərin əksəriyyəti siqaret və içki düşkünü, çayxana və gecə həyatı, davaya meylli, qadına qarşı aqressiv olurlar: "Aradakı fərq çox böyükdür. Məsələn, Avropada ata uşaq üçün əlində pult heykəl deyil, doğma insandır. Uşağa olmaz və ya yox deməyi sevmirlər. Bu sözlər əvəzinə niyə olmazı və niyə yoxu izah edirlər. Səs tonunu qaldırmırlar. Uşağa nəsə izah edəndə sevimli və ya əzizim deyə xitab edirlər. Valideynlər uşaqlarının arzu və istəklərini yerinə yetirən "sehrli cin" rolunu öz üstlərinə götürmürlər. Onu məsuliyyətli, gəlirini- çıxarını hesablamağı bacaran və işgüzar böyütmək üçün çalışırlar. Həyətə buraxılan uşaqların ardıyca dəfələrlə "ay uşaq, evə gəl" deyə səslənmirlər. Onlara qayda-qanun öyrədilir və artıq uşaq böyüdükdə bunlara əməl etmək kişilik qüruruna toxunmur. Bu tərbiyə üsulu qız və oğlan uşaqları üçün eyni olduğundan oğlan özünü bir pillə yuxarıda görmür və lazım olarsa bacı, ana və digər qadınların da işlərini görməkdən çəkinmir".
Azərbaycanda mövcud vəziyyətin tamamilə fərqli olduğunu bildirən həmsöhbətimiz hesab edir ki, uşaqları insan olaraq böyütməmişdən əvvəl cinsinə görə seçim edərək böyütmək ən böyük səhvdir. Bu səhvi də hər bir yerli ailə elə uşaq dünyaya gələn kimi edir. Rəng seçimi ilə başlayan ailə yaş ötdükcə oyuncaq, davranış və bu kimi nüanslarda da ayrıseçkiliyə yol verir və nəticə də göz qabağında olur: "Bizdə dünyaya gələn oğlan uşağı avtomatik mavi rəngə bürünür. Ağıl kəsəndən sonra uşaq istədi-istəmədi maşın oyuncaqları alınır. Ən kiçik səhvində "sən kişisən, belə olmaz" töhməti edilir. Ardıyca həyətə buraxılan uşaqlara nəzarət və "səni sərbəst buraxmışıq, amma gözüm üstündədir" münasibəti göstərilir. Bir az böyüdükdə ata, əmi, dayı və bu kimi birinci dərəcəli yaxın insanların "kişiyanə" məsləhətlərinə əməl edilir. Uşaq insan kimi deyil, cinsiyyət ayrımı edilərək "kişi" kimi böyüdülür. Bu gün təəssüf ki, artan cinayətlərin, ailə içi şiddətin, ata olmağı bacarmayanların, məsuliyyət götürməyənlərin günahkarı birinci onların valideynləridir. Özünə güvən və cəmiyyətə davam gətirmək üçün özünəgüvən, məsuliyyət, müstəqillik şərtdir ki, o da yerli ailələrin uşaqlara öyrətdiyi ən son məsələlərdir".
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR