
"Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik".Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edərkən bildirib.
Silahlı Qüvvələrin zabit, gizir, miçman, çavuş, əsgər və matroslarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edən müdafiə naziri qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənib, xalqımızın milli şüurunun formalaşmasına nail olunub və dünya azərbaycanlılarının həmrəyliyi təmin edilib.
Z.Həsənovun sözlərinə görə, 2014-cü il xalqımızın, dövlətimizin və Silahlı Qüvvələrimizin həyatında əlamətdar və yaddaqalan uğurlu hadisələrlə zəngin olub: “Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmlənmiş, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapmış, müasir silah və texnika alınmış, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanmışdır. Şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.
Cənab Ali Baş Komandanımızın bu ilin avqust ayının 6-da təmas xəttində döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, əsgər, gizir və zabitlərimiz Vətənə ləyaqətlə xidmət edirlər.
Cəbhədə vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi oldu. İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildilər”.
Nazir bəyan edib ki, döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə-on qat alındı və bundan sonra da alınacaqdır: “Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik.
Düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır. İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır”.
Müdafiə naziri qeyd edib ki, xalq öz ordusuna inanır, ona güvənir və ona arxalanır: “Siz bu etimadı, bu inamı Vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğrultmalı, ölkəmizin təhlükəsizliyinin, müdafiəsinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalısınız.
Mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti bayramlar münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.
Yeni 2015-ci il arzularımızın həyata keçməsi ili olsun. Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm!
Bayramınız mübarək!”
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Mehriban xanım və qızları Psixonevroloji Mərkəzdə - FOTO
Ermənistan Azərbaycanı su ilə sınağa çəkmək istəyir
Ermənilər mövqelərimizi atəşə tutublar
Geyim seçmək dərdindən xilas olmaq üçün...
Beş gün vaxt verildi
Araş "Jara 2019"a gələcək - FOTO
Siz kimi məsləhət görürsünüz?
Şeyma və Eserin 3 il əvvəlki VİDEOsu QALMAQAL yaratdı
Ebru Şallı bu gün ərə gedir
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Baş Prokurorluqdan sayt rəhbərlərinə xəbərdarlıq
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şagirdlərin nəzərinə!
Dərs vəsaitində reklam yerləşdirilə bilməz - FƏRMAN
Banan mürəbbəsi (foto resept)
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Azərbaycanda daha dörd rayonun işi ASANlaşacaq
“Korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır”
Begemotla gəzinti
Zəngilan və Kəlbəcərdəki qızıl mədənlərində qazıntılarla bağlı müqavilələr imzalanıb
Arıqlama haqda yanlış məlumatlar (1)
Gəlinlər üçün toy günü manikürü
Körpəmizi ilk anından qoruyaq
Məktəblərdə hansı dərslərin keçirilməsinə icazə verilməyəcəyi açıqlandı - RƏSMİ
Prezident manatla bağlı vətəndaşlara müraciət etdi
Dünyanın ən “şirin” haker hücumu - FOTO
Səsverməyə ayı balası ilə gəldi – FOTO/VİDEO
Şagirdləri izləyən “ağıllı” geyim təqdim edildi
Dima Bilan xəstəxanalıq oldu
Gül kələmi şorbası (foto resept)
Koronavirusa yoluxanların sayı 198 mini keçdi
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
2020-nin mebel trendləri
Qızıl bazarında "qızıl dövr" başlayır
Şəkildə qırmızı effekt
Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
Soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək
Ziyafət üçün şlyapa hazırlayaq
Bu gecə ilk Qədr gecəsidir
Xoşbəxtəm, çünki... - I hissə
Putin İlham Əliyevə məktub göndərdi
Gəlinliklər
Şirələr və kompotlar
Azərbaycanda sərnişindaşıma bahalaşdı
Dərini gözəlləşdirən qidalar
Avropanın təkcə bu ölkəsində koronavirusa yoluxma halı qeyd olunmayıb
Məşhur rəsmlərə yeni nəfəs
Hamilə xanımlar üçün menyu
Elnur Aslanov: "Ərazi bütövlüyümüzün bərpa olunması üçün digər yollar heç vaxt istisna edilməyib"

- ŞƏRHLƏR