
O bir qadının ola biləcəyindən də artıq zərif, eyni zamanda ən yenilməz rüzgarlara duruş gətirəcək qədər güclüdür. O dünyamızda mərhəmətin və sədaqətin üstünlüyünə, “xeyir şərə qalib gəlir” formuluna özü qədər əmin olan romantik, habelə beynəlxalq auditoriyaları Əl-Farabidən, Avropa intibah dövründən danışaraq, kəskin məntiqi, intonasiyası, intellekti ilə heyran qoyan realistdir.
Zəngin daxili aləminin özəyini təşkil edən yaradıcılıq, incəsənətin, demək olar ki, hər bir sahəsinin zərif duyumu, musiqini xatırladan həzin səsi – mümkündürmü bu özəlliklərin sahibi mədəniyyətin, şeirin, sənətin özü qədər əsrarəngiz fransız dilinə, mədəniyyətinə vurğun olmasın? Elə frankofoniya sahəsində verdiyi əməyə, ziyalı mühitində Azərbaycanın adını yüksəklərə qaldırdığına görə Fransa dövləti nüfuzlu Akademik Palma ordeni ilə Ona təşəkkür etməyi özünə borc bildi.
O, Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif edilib.Macarıstan Prezidenti Pal Şmidt isə Onu bu ölkənin Komandor xaç ordeninə şəxsən layiq görüb.
Eyni uğurla həm Mirzə Ələkbər Sabir poeziyasından, həm dahi Cübrandan, həm Şərq və Qərbdə ümumbəşəri ideallardan, həm də aviasiya tariximizdən o qədər bəlağətlə, ahənglə bəhs edir ki, bu dərəcədə informasiyalılığa yalnız mat qala bilirsən. Milli geyimlərimizdən, qloballaşma dövründə mədəniyyətlərin dialoqundan, multikulturalizmdən, Rusiya dövlətçiliyinin tarixindən, Nizami Gəncəvi yaradıcılığından saatlarla maraqla danışan O - “Xəyallarımız reallığa çevrildi...” - deyərək, Britaniyanın məşhur Oksford Universitetinin ən nüfuzlu şərqşünas alimləri ilə Nizami irsinə yeni cığır açmağa da müvəffəq olub. Bu qocaman Universitetdə dahi Nizaminin adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması!
O, “İntizar” və "Qarabağnamə" operalarının librettolarının müəllifidir…
O, deyir: “Baxmaq hələ görmək deyil” Şerlok Holmsun sözlərini xatırlayaq: “Siz baxırsınız, lakin siz müşahidə etmirsiniz, bu isə böyük fərqdir”. Yaşa dolduqca həyatı müşahidə etməyə başlayırsan”. Özü yaşa dolduqca sadəlik və zərifliyi, cazibə, dəbdəbə və təbii gözəlliyi bir arada təcəssüm etdirməyi əla bacarıb. Onun görünüşü də yaradıcı daxili aləmini tam təzahür etdirir. İncə zövq, kübarlıq və nadir istedad… Məşhur Hollivud ulduzu Demi Murun obrazına vurğundur... Əksər qadınlardan fərqli olaraq, qocalmaqdan heç qorxmur, tam əksinə : “Düzdür, bu kədərlidir, ancaq bunun ümumiyyətlə baş verməməsi daha kədərlidir!”- bu fikirdədir qəhrəmanımız…
Filologiya elmləri doktoru, professordur. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəridir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimidir. Titullarını, qazandığı fəxri adları hələ uzun sadalamaq olar.
Amma bunu etməyə, bu ecazkar, sirli olduğu qədər də sadə və səmimi xanımın kim olduğunu deməyə artıq ehtiyac yoxdur. Sonda Nərgiz Paşayevanın bu fikirlərini vurğulamaq tam yerinə düşər: “Sevilən olmaq, gözəl olmaqdan daha yaxşıdır. Çünki sevilən insan həmişə gözəldir, gözəl insan isə həmişə sevilən olmaq demək deyil”. Nə xoş Sizə, doğulduğunuz günə, Nərgiz xanım! Çünki Siz bunların ikisini də qazanmağı və yaşatmağı bacarırsınız!
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
2015-ci ilin Ford Mustang-ı satıldı
Dadlı evlər
Bölgələrimizin mətbəxi - paytaxtımız Bakı
Milyarderlər harada dincəlirlər?
Balıq bürcünün ən əsas 6 xüsusiyyəti
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Alpinistlərimiz Kazbeki fəth etdilər
"Barselona"nın daha 2 ulduzu sıradan çıxdı
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
"Terminator 6" filmindən ilk FOTO
Rus dili - РљРє
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
Bayram günü 39 dərəcə isti olacaq
Dərinizə uyğun ətri necə seçməli?
Messinin oyununu canlı izləmək istəyən azərbaycanlıların nəzərinə
Səhiyyə Nazirliyindən insanlara xəbərdarlıq
Arıqlamaq üçün saqqız çeynəyin
Azərbaycanda yeni şəhər
"Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb"
Məktəblərdə dərs günləri necə müəyyənləşəcək? - Nazirdən AÇIQLAMA
Üzeyir Hacıbəyovun anım günüdür
Küçəyə zibil atanı belə biabır edirlər-FOTO
Prezident yeni baş konsul təyin etdi
Rusiyaya qarşı cihad elan edildi
Vaşinqtonda Azərbaycanın zəngin mədəniyyəti təqdim edilib - FOTO
Günün qoroskopu: bu gün xeyli plan qura bilərsiniz
Ən uzun körpüdə - FOTO
Dahilərdən gözəl sözlər-1
Şərdar Ortaç Gürcüstana buraxılmadı - SƏBƏB
Azərbaycan apardığı irimiqyaslı arxeoloji qazıntılara görə MDB üzrə ilk yerləri tutur
İnsan sifətli donuz balası görənləri dəhşətə gətirdi – VİDEO
Dost deyə-deyə...
Baxmaqdan doymayacaqsınız
HAVA necə olacaq? 5 İyun
Dubaya getməyə hazırlaşanlara bəd xəbər
Yuxusuzluq üçün şəfalı daşlar
Mətbəx stolları
Təbii antibiotiklər
Prezident və xanımı açılış mərasimində - FOTO
Bülent Ersoy estetik klinikada 10 saat keçirtdi
"Tibbi sığorta haqqında qanun"da nələr dəyişməlidir?
Ucuz Nokia Lumia 630 göstərildi
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Göz rənginə görə ənlik seçimi
Girovlar üçün müraciət
Uşaq ayaqqabıları (2)
Dünyanın ən təmiz gölü
328 gün kosmosda qalan qadın Yerə endi
Evdə şokolad (foto resept)
Göz boyanız qırılıb? Bərpa edək!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]