
Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik fonunda qarşıdurma səngimir. Missuri ştatında yaşananlardan sonra növbə Arizona ştatına çatıb. “Rəngli”, daha doğrusu, “qara” inqilab qorxusu artıq Birləşmiş Ştatların başının üstünü Domokl qılıncı kimi almağa başlayıb. Bu dəfə ABŞ-ın Arizona ştatında polis zabiti yanlışlıqla 34 yaşlı Afrika mənşəli yerli vətəndaşı güllələyib. Mülki şəxs əlini döş cibinə atdıqda, polis onun silah çıxaracağını zənn edərək atəş açıb. Halbuki orada dərman var imiş. Hadisədən əvvəl polis həmin şəxsin narkotik alveri ilə məşğul olmasından şübhələnib və iki şəxs əlbəyaxa olublar.ABŞ-ın bir çox şəhərində son vaxtlar etiraz aksiyaları keçirilir. Avqust ayında afroamerikalı gənc Maykl Braunu güllələyən Darren Uilson adlı polis məhkəmənin qərarı ilə həbsdən azad edildikdən sonra aksiyalar yeni vüsət alıb. Nyu-Yorkda qaradərili Erik Qarneri boğaraq öldürən polis Deniel Pantaleo haqda da analoji qərar verilib. Buna etiraz olaraq Nyu-Yorkda minlərlə insan küçələrə çıxıb. Manhetten körpüsündə nəqliyyatın hərəkəti bir neçə dəfə dayandırılıb. Polis bəzi aksiya iştirakçılarını həbs edib. Vaşinqton, Boston, Çikaqo və Pittsburq şəhərlərində də aksiyalar keçirilib. Artıq Maykl Braunun öldürülməsi işinə baxan prokuror məhkəmə prosesinə aid bütün materialları, istintaq araşdırmasının nəticələrini, şahidlərin ifadələrini və digər maddi dəlilləri ictimailəşdirib. Bu, Amerika tarixində nadir hadisə hesab olunur. ABŞ-ın baş prokuroru Erik Holder fakta dair federal səviyyədə istintaq araşdıması başladıldığını deyib. Ekspertlər indi bir sualın üzərində durublar. “Darren Uilson Maykl Brauna atəş açan zaman onun insan haqlarını pozubmu?” Erik Holder bildirir ki, departamentin istintaqı daha dolğun və müstəqil şəkildə davam edəcək: “Proses hələ başa çatmayıb. Biz qanun keşikçiləri ilə cəmiyyət arasındakı qarşılıqlı etibarı bərpa etmək üçün ciddi şəkildə bu işlə məşğul oluruq”.
Bir müddət əvvəl Darren Uilson əməlinə görə Braunun ailəsindən və ümumilikdə, afroamerikalı vətəndaşlardan üzr istəmişdi. Hadisənin baş verdiyi Fergüson şəhərində fəallarla polis arasında qeydə alınan qarşıdurmalar zamanı çoxsaylı zorakılıqlar baş verib.
Qaradərili gəncin qətlinə görə məhkəmədə polisin bəraət alması qərarına etiraz olaraq keçirilən aksiyalar Birləşmiş Ştatlarda artıq narahatlıqla qarşılanır. Bu etirazlar həm də fövqəldövlətdə irqçilik probleminin dərin köklərinin olmasından xəbər verir. Vəziyyəti ağırlaşdıran məqamlardan biri təkcə bu hadisədən sonra 6 qaradərili gəncin polis tərəfindən silahla öldürülməsi faktıdır. Beləliklə, Amerika hökuməti təşviş içindədir. Dövlət rəsmiləri ölkədə irqi zəmində baş qaldıra biləcək kütləvi qarşıdurmaları əngəlləmək üçün əlindən gələni edir. Situasiyaya Barak Obamanın reaksiyası da var. Amerikanın ilk qaradərili prezidenti sadəcə nümayişçiləri sakitliyə çağırıb, polisin həddən artıq güc tətbiq etməsini pisləyib və günahkarları cəzalandırmağı tapşırıb. Lakin Obamanın bəyanatı, çətin ki, sakinləri sakitləşdirə bilsin və iğtişaşlar səngisə də, hələ davam edəcək.
Yeri gəlmişkən, qeyd edilir ki, qaraların hakimiyyətdən narazılığının dərin səbəbləri var. Sent-Luis və ona bitişik qəsəbələrdə, o cümlədən Ferqusonda əhali arasında işsizlik səviyyəsi yüksəkdir. Əhalinin 20 faizdən çoxu kasıblıq həddində yaşayır. Qaradərililər hesab edirlər ki, hakimiyyət onların problemlərinə yetərincə diqqət ayırmır və irqi ayrı-seçkiliyə yol verir. Qaradərililərə qarşı irqi ayrı-seçkiliyə yol verildiyini təkcə Fergüson sakinləri demirlər. Həmişə insan haqlarının pozulmasına görə ABŞ-ın tənqidlərinə məruz qalan Rusiya dərhal Ferquson hadisələrindən və bu hesabatın müzakirəyə çıxarılmasından fürsət kimi istifadə edib. Rusiya XİN bəyanat yayaraq bildirib ki, BMT ekspertləri ABŞ-da etnik və irqi azlıqların hüquqlarının kobud şəkildə pozulmasına dair çoxsaylı faktlar aşkar ediblər. “Biz Birləşmiş Ştatlar hökumətini öz ölkəsində qayda-qanun yaratmağa daha çox diqqət göstərməyə, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına dair öhdəliklərinə əməl etməyə çağırırıq”, - deyə Rusiya XİN bildirib.
Təbii ki, bəyanatda Fergüsonda polisin silahsız qaradərili gənci güllələməsi faktına da istinad edilmişdi. Rusiya XİN bildirirdi ki, ABŞ-da yeni dərmanları adətən qaradərili məhbusların üzərində sınaqdan keçirirlər və irqi azlıqlara mənsub qadınlar arasında “məcburi sterilizasiya” həyata keçirilir.
Qeyd etmək lazımdır ki, indi Fergüsonda olduğu kimi, qaradərililərin üsyanları ABŞ-da əvvəllər də baş verib. Belə görünür ki, ölkəyə ilk dəfə qaradərili prezidentin başçılıq etməsi də irqi zəmində əsrlərlə davam edən problemi aradan qaldırmağa kifayət etməyib. Ancaq hakimiyyətin də qaradərililərdən narazı qalması üçün əsasları var. Bir qayda olaraq qaradərililərin sıx yaşadığı şəhərlər və iri şəhərlərin “zənci kvartalları" cinayətkarlığın yüksək səviyyədə olması ilə xarakterizə edilir. Qaradərililərin ABŞ əhalisinin cəmi 12 faizini təşkil etməsinə baxmayaraq, ölkədə törədilən bütün qətllərin yarıdan çoxu onların payına düşür, soyğunçuluq hadisələrinin isə 60 faizə yaxınını onlar törədir. Bu baxımdan, Amerika polisinin istənilən qaradərili gəncə potensial cinayətkar kimi baxması boş yerə deyil.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Bakı-Sumqayıt-Binəqədi yolunun tikintisinə 8,5 milyon manat ayrıldı
Bu rayonlarda işləyən müəllimlərin MAAŞLARI ARTACAQ
Bakıda Yeni ilin ilk müjdəçisi göründü
Mobil telefonlar haqqında bilmədiklərimiz
Dolmabalıq (foto resept)
Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Prezidentdən qanuna dəyişiklik - Məzuniyyətə çıxanlar bir aylıq əlavə müavinət alacaq
Rəsədxana işçisi qasırğadan danışdı
Bu gün 36.613 şagird imtahan verəcək
“Fəvvarələrin qış nağılı” şousu başlanır
Əkizlər 100 yaşlarını qeyd etdilər
Yeni parol beyin olacaq
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Obama Trampı tənqid etdi: “Hüquqlarımıza hücum edirlər”
Azərbaycanda bu banklar da bağlandı
Yumşaq divan dəstləri
Sağlam yeməklər bişirmək üçün 5 addım
Ali məktəblərə sənəd verənlər üçün SONUNCU GÜN
Pike Etirafı ilə Gündəmdədir
Aloe Vera və dəri baxımı
14 yaşı tamam olmamış şəxslərə dərman satılması QADAДћAN EDİLDİ
Azərbaycanlı xanımın videoları dünyanın ən reytinqli səhifəsində - VİDEO
Bu robot dəfnlərdə rahibləri əvəzləyir
1/4 finalda "erkən final" ab-havası
Rahatlığı ilə seçilən 3 ayaqqabı
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (2)
Məşhur serial ekranla vidalaşır
Əri G-20-də olan birinci xanım belə rəqs etdi
Qızdırması olduğu üçün imtahana buraxılmayanlara daha bir ŞANS
Karamel toyuq (foto resept)
Şaxta Azərbaycanı nə vaxt tərk edəcək?
"Azəriqaz"dan qazın təzyiqindən şikayətlənənlərə cavab gəldi
Xəbəriniz varmı: məhşər artıq başlanıb
Günün ulduz falı
Qıvırcıq saçlar üçün 3 tövsiyə
Ramazanda ürəyi yoran xətalı vərdişlər
Bakıda Dağıstan Mədəniyyəti Günləri başlandı
Qayınana və qayınata evində xoşbəxtlik varmı?
Madonna da koronavirusa yoluxubmuş
Niderland Türkiyədən üzr istədi
Telefondan ayrı qalmamaq xəstəlikdirmi?
Ermənilər Araza möhtacdır
Məşhurların əsl adları sizi təəccübləndirəcək - SİYAHI
Krediti olanların nəzərinə!
Xoşbəxt olmaq asandır
Supernova nəticəsində minlərlə Dünya yarana bilər
McLaren P1-in sirrini açdı
Yaşayış evindən öz-özünə çıxan yanğının səbəbi bəlli oldu - FOTO















- ŞƏRHLƏR