
Uşaq dünyaya sağlam gəlirsə, normal olaraq onun heç bir inkişaf problemi olmamalıdır. Vaxtında iməkləməli, tutmalı, qalxmalı, danışmalı, gəzməli və bu kimi hərəkətləri yerinə yetirməlidir. Bu cür normal inkişaf etməyən uşaqlarda hər hansı bir davranış pozğunluqları meydana çıxır ki, bu da vaxtında aşkarlanır və uşağın valideynləri, eləcə də həkimlər tərəfindən aradan qaldırılır.
Amma bir hal da var ki, uşaq tamamilə sağlam doğulur, onda heç bir əks hərəkət nəzərə çarpmır. Elə ki, oxuma və yazma yaşına çatılır, valideyn uşaqda gerilik müşahidə edir. Maraqlı haldır ki, zəka problemləri olmayan və normal inkişaf edən bir uşaq oxuma və yazmada çətinlik çəkir. Bu, o deməkdir ki, uşaq disleksiyadan əziyyət çəkir. Disleksiya xəstəlik deyil. Sadəcə, insanın fərqli yaradılışıdır.
Disleksiyanın formaları çoxdur. Məsələn, bir uşaq disleksiyadan əziyyət çəkirsə, ola bilər ki, onun sadəcə oxuma ilə problemi var. Digər bir uşaq oxuma və yazma ilə yanaşı danışmada da əziyyət çəkir. Bir başqası disleksiyanın digər formasından - eşitmə və qəbul edə bilməməkdən əziyyət çəkir.
Psixoloq Emil Behrudinin sözlərinə görə, disleksiya uşaqlar arasında geniş yayılsa da, nədənsə valideynlər bunu ciddi qəbul etmir. "Uşaq zamanla oxumağı öyrənəcək" deyib problemin kökünü axtarmamaq və necə deyərlər, uşağı özbaşına qoymaq zamanla problemin həll olmasına deyil, uşaqda həqiqətən geriliyin yaranmasına səbəb olur. Çünki valideyn normal oxuyan, sadəcə hecalaya bilməyən, hərfləri səhv yazan və oxuyan uşağını problemli kimi qəbul edə bilmir. Əslində isə inkişafda olan uşaq üçün bu olduqca böyük bir problemdir: "Oxuma problemi yaşayan disleksi uşaqlarda əsas problem görmə deyil, beynin qəbul etməsidir. Bu o demək deyil ki, uşağın beynində hər hansı bir problem var və ya disleksiya beynin xəstəliyidir. Beyin tamamilə sağlam olur. Təsəvvür edin ki, iki kamera ilə də şəkil çəkilir və şəkillər üst-üstə qoyulduğu zaman görüntü bulanıqlığı yaranır. Səbəb isə iki fərqli əldən şəklin çəkilməsi və üst-üstə düşməməsidir. Disleksiya da belədir. İki göz ayrı-ayrılıqda mətni qəbul edir, şəklini çəkir. Lakin şəkillər beynə ötürüldükdə bu şəkillər üst-üstə düşmür. İki gözdən eyni anda gələn mesajda görüntü xəfif titrəmə ilə iç-içə keçmiş olur. Bu isə oxşar hərflərin səhv salınmasına, oxuma və yazma zamanı problemin yaranmasına səbəb olur. Disleksiya uşaq böyüdükdə aradan qalxa bilir. Amma nəzərə almaq lazımdır ki, uşağın inkişafı üçün bəlli bir yaş həddi var və bu müddətdə uşağın oxumada problem yaşaması onun inkişafını yarıda qoya bilər".
Psixoloq deyir ki, günümüzdə müxtəlif fərziyyələr olsa da disleksiyanın səbəbləri bilinmir. Uşaq disleksiyalıdırsa, niyə belə olduğunu deyil, bundan sonra nələr edə bilərik sualı ətrafında düşünülməlidir. Öyrənmədə çətinlik çəkən uşaqlara qarşı zor tətbiq etməməli, onlara kömək edərkən əsəblərə hakim olmalı və səbirli davranılmalıdır, ən əsası mütləq bir mütəxəssisə müraciət etdilməlidir: "Normal beyində sağ yarımkürə sol yarımkürədən fərqlənir. Disleksiyalı uşaqlarda isə hər iki yarımkürənin ölçüsü eyni olur. Normal beyində fərqli yarımkürələr müxtəlif vəzifələri yerinə yetirdiyi halda, eyni kürəli beyinlərdə eyni vəzifə yerinə yetirilir. Bu, beyin xəstəliyi deyil ki, sonradan müalicə olunaraq bərpa olunsun. Əgər körpə artıq disleksiya ilə doğulubsa, bundan sonrakı həyatı üçün çalışmaq və bunu belə qəbul etmək lazımdır. Disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü büruzə verən öyrənmə çətinliyidir".
Həmsöhbətimizin sözlərinə görə, disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Bilmək lazımdır ki, zəka səviyyəsi yüksək olan uşaqarda da buna rast gəlmək mümkündür. Böyük alim Albert Einstein, intibah dövrünün böyük memar, heykəltaraş və rəssamı Leanardo da Vinçi, kino ulduzu Tom Cruise, musiqiçi və kino aktyoru Cher və məhşur aşbaz və televiziya aparıcısı Camie Oliver disleksiyadan əziyyət çəkən məşhurlar sırasındadır. Disleksiya sadəcə oxumada problem yarada bilər. Əgər valideyn uşağın hərtərəfli inkişafı üçün əlindən gələni edirsə, kiçik dəstək ilə disleksiya problemini də aradan qaldırmaq mümkündür.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Çimərlikdən qum götürdüyünə görə fantastik məbləğdə cərimə ödədi
Leonid İvaşov: “Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”
Gözlərə qulluq
Qışda sağlam hamiləlik keçirmək üçün...
Hakan Şükürdən 20 Yanvar tviti
Amerikalı musiqiçi nadir kolleksiyanın sahibidir
Əl işlərim
Bazarda od tutub yanan qiymətlər
Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI
Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
"Kuzenlerim" serialının aktyor və aktrisaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ziddiyyətli ata sözləri
Qadın gərək hər yaşda gözəl olsun.
Kamal Sunalın ölümündən 19 il keçir
Supernova
Ziyafət üçün yay donları
Britaniyanın Baş naziri koronavirusa yoluxdu
Gözəl dodağa sahib olmağın yolları
Dünyanın ilk uçan velosipedi
Fotoda yaxşı görünmək istəyirsiniz?
Bu uşaq "r" hərfini deyə bilmədi də...
Müəllimə dərs saatına yox, işinə görə maaş veriləcək
Sevən ürəklər peçenyesi (foto resept)
Marsa səyahətin tarixi açıqlandı
İstirahət günü Azərbaycanda çimərlik havası olacaq
Gül kələmli alfredo (foto resept)
Yaxşı pensiya almağın yeni yolu
Bakıda güclü partlayış
Çiy balıq yeyən qadın balıqdan hamilə olduğunu öyrəndi-FOTO
Nənəsini qucaqlamaq üçün xüsusi kostyum ixtira etdi - VİDEO
Bədənizin səsini eşidin
Təhlükəli yollar
Həcc savabına bərabər namaz
Əzizim əziz, əyləncəsi isə çox baha...
Kağız gəlinciklər - 3
Şamaxıda zəlzələ olub
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO
Azərbaycanda yollarda vəziyyət necədir?
Virusun ikinci dalğası nə zaman gəlir?
Bunları bilməliyik
Dünyanın ən bahalı brendi bəlli oldu
Ədviyyatların düzgün istifadəsi
Məşhur aktrisanı kimsə tanımadı-FOTO
Təbiətdən təsirlənərək hazırlanan tortlar
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
"Çukur"dakı Azərbaycanlı aktyor
ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA
Uşaq qidasının içindən qurd çıxdı - Bakıda
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri















- ŞƏRHLƏR