
Çin Elm Akademiyası tərəfindən aparılan tədqiqata görə, 32 min il əvvəl qurdlardan ayrılan itlərin beyin və həzm sisteminin inkişafında insanlara bənzər dəyişikliklər baş verib.
Macarıstan alimləri heyvan sahiblərinə itlərlə heyvan kimi deyil, dost kimi davranmağı məsləhət görür. Çünki onlar insan hisslərini açıq-aydın başa düşür. Alimlər belə qənaətə gəliblər ki, Avstraliyada yaşayan vəhşi Dinqo itləri dünyada ən qədim it cinsidir.
Kornoul və Kaliforniya universitetləri alimlərinin apardıqları tədqiqatlara görə, Dinqonun tapılan ən qədim kəllə sümüyünün yaşı 5 500 ildir. Bundan əlavə, digər it cinslərindən fərqli olaraq Dinqo genetik cəhətdən canavarlara daha yaxındır. Digər it cinsləri qarışıq nəticəsində yaranıblar, Dinqolar isə demək olar, heç bir it cinsi ilə qarışmayıb.
“Nature” jurnalı yazır ki, Dinqolar it kimi hürmür, canavar kimi ulayırlar. Lakin alimlər bildirirlər ki, son illərdə dinqoların digər it cinsləri ilə qarışması halları çoxalıb.
Azərbaycanın da qədim it cinsləri olub ki, bunların əksəriyyətinin artıq nəsli tükənib. Hazırda mövcud olan Qafqaz çoban iti regionda yaşayan ən nadir it cinslərindəndir. Bu ad bu it cinsinə ruslar tərəfindən verilib. Ancaq bu cins tək növ deyil. Qafqaz çoban iti Gürcü çoban iti, Azərbaycan çoban iti, Dağıstan çoban iti və başqa alt növlərinə ayrılır.
Qafqaz çoban itləri azsaylı cinslərdəndir ki, mənşəyi antik dövrlərdən gəlir. Onlar iri quruluşlu və kobud görünüşlü heyvandır. Cinsin çəkisi 46-90 kiloqram, hündürlüyü isə 74-88 sm-dir. Soyuğa və istiyə qarşı qoruma təmin edən sıx tükləri var. Qafqaz çoban iti müxtəlif rənglərdə ola bilər, ancaq rəngi boz və boz üzərində ağ ləkələr olan uzun tüklü itlərə daha çox üstünlük verilir. Bu növün əsas xüsusiyyəti heyvanları və ətrafı qorumasıdır. Onlar ətrafı yaxşı öyrənmə, edəcəyi işi yaxşı qavrama və xidmət etmə xüsusiyyətlərinə malikdir.
Bu cins itlərə xas olan xüsusiyyətlər - hər an hazır vəziyyətdə olma, diqqətlilik, güclü qoruma instinktidir. Qafqaz çoban itləri yadlara qarşı təcavüzkar, amma sahibinə və yaxınlarına həddindən artıq bağlı və yumşaqdır. Xüsusilə uşaqlara qarşı yumşaq və qoruyucudur. 90-cı illərin sonundan Qafqaz çoban itinin nəslinin qorunması üçün işlər başlayıb. İkinci Dünya müharibəsindən sonra rusların Qafqaz çoban itlərinin çoxlu sayda Rusiyaya aparılması nəticəsində bu endemik cinsin nəslinin tükənməsi təhlükəsi ortaya çıxmışdı.
Digər cinslərə gəlincə, onların hər biri öz xüsusiyyətinə görə fərqlənir. Məsələn, İngilis Bulldogu ən tənbəl it hesab edilir. Bu, mənzil şəraitində saxlamaq üçün ən ideal olan bir cinsdir. Tənbəl xarakteri ilə tanınan Bulldog iri quruluşu və qorxuducu görkəmi ilə potensial oğruları qorxudacaq qabiliyyətdədir. Uyğun quruluşu isə birlikdə gəzməyi, bir yerlərə getməyi asanlaşdırır.
Böyük itlərdən xoşlananlar və tək qalan zaman qorxanlar üçünsə Boxer ideal cinsdir. Son dərəcə sadiq olan bu itlər sahibləri təhlükədə olmadığı müddətdə olduqca şirindilər, lakin sahibləri təhlükədədirsə, onu qoruyacaq qədər də güclü və qorxucu olurlar.
Kiçik boylu Puglar məktəbə gedənlər üçün idealdırlar. Üstəlik, dəyişik mühitlərə son dərəcə asan adaptasiya olurlar, davamlı hərəkət halında olmaq onları qorxutmaz.
Yaşlı insanlar üçün Schnauzer çox uyğun bir cinsdir. Yaxşı gözətçi və yoldaşdırlar. Çox da böyük deyillər. Uşaqlarla yaxşı anlaşarlar.
Evdə bir işiniz varsa itə baxmaq çətindir. Davamlı diqqət istəmələri işinizə maneə törədə bilər. Danua cinsi isə evdən çalışanlar üçün idealdır çünki ölçülərinə rəğmən, son dərəcə nəzakətli, sakitdirlər və nadir hallarda hürərlər. Lakin hürdükləri zaman səsləri dərindən və qüvvətli gəlir.
Türk iti olan Kanqaların boyunun ölçüsü 70-85 sm, çəkisi isə 45-70 kilodur.
Məşhur Rottveiler cinsli itlərin qiyməti 6 min dollardan, gözəl tüklü Tibet cinsinin qiyməti 7 min dollardan, Akita cinsinin qiyməti 4500 dollardan, Lowchen cinsinin qiyməti 3 min dollardan, Alabay iti isə 4 min dollardan başlayır. Samoyed it cinsinin qiyməti 4- 6 min dollar arasında dəyişir.

XƏBƏR LENTİ
Bir ildir heç nə yeməyən qız: “Heç olmasa bir qidanın dadına baxa bilsəydim...”
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Bakteriyaları 60 saniyəyə məhv edən yeni diş məcunu
Beren Saat bir dəri, bir sümük qalıb - FOTO
"Medcezir" serialındakı ev satılır-QİYMƏT
Alişan oğlu haqqında vacib qərar verdi-FOTO
Paytaxt prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Azərbaycanda daha 131 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Şamı (foto resept)
Erməni tələbə "Xocalıya ədalət" kampaniyasına dəstək verdi
Badımçanlı rulet (foto resept)
Vergidə işləmək istəyənlərə imtahan
Leyla Əliyevadan xanımlarla bağlı paylaşım
Toyuq ətli və köklü plov
Dilan Çiçək və Burak Dəniz eyni serialda - FOTO
Sağlamlıq resepti
Məşhur cütlük evlənir-FOTO
Aktrisa ayrılıq xəbərlərindən danışdı
Qatıqla gözəlləşin
Azərbaycan qadınları Orduya yazılır
Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?
Kişilərin gəlin olduğu mədəniyyət
Məni sevdiyini deyirdin...
Azərbaycan 300 milyon itirdi
Fidel Kastronu belə görməmişdiniz
Yeni "Galaxy S9"-u təqdim edildi-FOTO
9 illik gəlinə kişi olduğunu dedilər
Sabah Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edildi
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Aktrisanın əməliyyatdan əvvəlki FOTOsu GÜNDƏM Oldu
İşıq saçan delfinlər peyda oldu – VİDEO
İnternat uşaqları üçün tədbir olacaq
Bu günün hava proqnozu
Kəndi işğaldan azad olan Şəhriyar Məmmədyarov: “Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur”
Mübariz İbrahimov
Yeni il kostyumunu özümüz hazırlayaq
Azərbaycanda Ermənistan mənşəli məhsullar satılır?
Payız aylarında izləyə biləcəyiniz filmlər
Məşhur cütlük qaçqın uşaqlara 2 milyon bağışladı
Orta məktəblərdə şagird sıxlığı ilə bağlı normalar təsdiqləndi - RƏSMİ
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşdirilir
Obama kirayə qaldığı evi satın aldı, qiyməti...
“WhatsApp”da qoşa mavi xəttə son
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Məşhur aktrisa vəfat etdi
İntiharların 15 ümumi səbəbi (1)
Kayli Cenner açıqlaması ilə TƏƏCCÜBLƏNDİRDİ
Azərbaycana giriş-çıxış məhdudiyyətinin müddəti uzadıldı - RƏSMİ
Bu ölkə kosmosa 20 peyk göndərdi - Rekord

- ŞƏRHLƏR