Yaxın günlərdə gələn ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi başlayır. Büdcədə hərbə ayrılan vəsaitdən sonra ən vacib sahələrdən biri elmdir. Əməkdaşımız da diqqəti büdcədə elmin inkişafına ayrılan vəsaitin həcminə çəkib. Bu il maliyyəçilər elmə əvvəlki ildən az vəsait ayırmaq qərarına gəlib. ANS TV-nin məlumatına görə, dövlət büdcəsindən elmə ayrılan xərclərin həcmi azaldılıb. Ötən il elmə 146,8 milyon manat vəsait ayrılmışdısa, 2015-ci ilin büdcəsində bu rəqəm 142,5 milyon manat olub. Mütəxəssislər xərclərin azaldılmasına, həm dünya bazarında neftin qiymətinin aşağı düşməsi, həm də büdcənin xərclərinin artması ilə əlaqələndirirlər.Yəni, gələn il ölkədə həm Avropa Oyunları keçiriləcək, o cümlədən bir sıra iri qaz layihələririn icrasına başlanılacaq ki, bu da ayrı-ayrı sahələrə ayrılan büdcə vəsaitlərində öz sözünü deyir. Elm sahəsi də bu mənada üç faiz itirdi. Özünü elmə həsr edənlərin əməkhaqqlarının onsuz da aşağı olması fonunda büdcənin azaldılması elə də təqdir olunmur. Amma Mİlli Elmlər Akademiyasının akademik katibi Teymur Kərimli nikbindir. O deyir ki, əvvəla büdcə məsələsi hələ Milli Məclisin müzakirəsinə çıxarılmayıb. İkincisi, elm təkcə büdcədən qazanmır.AMEA-nın akademik katibi Teymur Kərimlinin sözlərinə görə, elmin vəsait qaynağı təkcə büdcə deyil: “Hazırda Azərbaycanda Elmin İnkişaf Fondu fəaliyyət göstərir. Bu fond isə dövlət fondudur. O elmə çox böyük yardım göstərir. Bu da Azərbaycanda elmin inkişafı üçün bir stimuldur. Bundan əlavə bizim alimlərimiz, çox böyük qrantlar udurlar, məhz bu qrantlarında köməyi dəyir”.Ekspertlər isə düşünür ki, elmə ayrılan vəsaitin azaldılması onsuz da ciddi əməkhaqqı problemi olan alimlərimizin vəziyyətini bir qədər də ağırlaşdıra, gənclərin elmə gəlişinin qarşısını ala bilər. Akademiyada isə belə düşünmürlər. Qurumda deyirlər ki, keçid dövrünün geriləmələri arxada qaldı, indi elm sahəsində intensiv inkişaf var və alimlərin sayı da günü-gündən artır.Bu səbəbdəndir ki, bu gün təkcə Elmlər Akademiyasında 2046 fəlsəfə doktoru, 560 elmlər doktoru var. Azərbaycan üzrə götürsək, fəlsəfə doktorlarının sayı 9 minə, elmlər doktorunun sayı 2 minə çatır.Bu statistikanı zənginləşdirənlər arasında Şəbnəm Həsənlinin də payı var. Şəbnəmin valideynlərinin hər ikisi professor, qardaşı elmlər namizədidir, özü də müdafiəyə hazırlaşır. Kiçik elmi işçi kimi Şəbnəmin də elmdə böyümək arzusu var. Ondan soruşanda ki, hara qədər böyümək istəyirsən, ümumiyyətlə bu qədər elmi müdafiələr bizə nə isə qazandırırmı? - belə bir cavab aldım."Hər insanı kəşf edə bilmir, ancaq hər gəncin yazıb ortaya qoyduğu dəyərlər isə yeni kəşflərin yaranması üçün stimuldur. Əməkhaqqına gəlincə isə bunu deməsəm daha yaxşı olar".Əslində süjetimə burda nöqtə də qoya bilərdim. Amma bu gün Milli Elmlər Akademiyasında sələflər və xələflər mövzusunda keçirilən simpoziuma Türkiyədən təşrif buyuran 92 yaşlı Zeynəb Korkmazdan da danışmaq istəyirəm. Düzdür, 20-dən artıq kitab müəlilfi olan Zeynəb xanımın bizim mövzuya dəxli yoxdur, amma onun bizim gənc alimlərə nümunə və stimul oalcaq həyatı və sözləri var."Elm elə bir şeydir ki, insanı həyətda canlı tutar. Elmə bağlanırsan özünü elmə həsr edirsən".Zeynəb xanımın timsalında həm də elm qocaları sevmir - fikrinin inkarını gördüm. Ona uzun ömür, Azərbaycan elmini yaşadanlara isə uğurlar arzulayaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
50 milyon dollarlıq brilyant müəmmalı şəkildə yoxa çıxdı
Bu gecə dünyanın ən güclü komandaları üz-üzə gəlir, baş hakim türk olacaq
Hamiləliyin əlamətləri
Bakıda sosial mənzillər tikiləcək - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Manatın məzənnəsi
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Qadın ölümündən 55 gün sonra ana oldu
Azərbaycanda yumurta döyüşdürənlər: qiyməti kimlər qaldırır?
Almanın faydaları
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Xərçəngin boyun uzun olması ilə əlaqəsı varmı?
Həyat dərsi
Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar...”
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Cinsi həyatın düşmənləri
LG yeni smartfonu təqdim etdi
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən Qarabağa dair birgə BƏYANAT
Alimlərdən yeni rekord
Ingilis dili- XXX dərs
Noxudun faydaları
37 hərfdən ibarət, şeir kimi soyadı
Azərbaycanda zəlzələ oldu
Məşhur prodüseri öldürmək istədilər-FOTO
"Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır" - YENİLƏNİB
Evdəki mənfi enerjini necə təmizləməli?
Qaynananızı tanıyın
Kırmızıgül anasının 2 milyonundan danışdı
Rəngarəng koftalar
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü qeyd olunur
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Bayram günü HAVA necə olacaq?
Dünyada ən çox qazanan aktyor kimdir?
Hörmə kofta modelləri
Görkəmli bəstəkar Qara Qarayevin ad günüdür
Yumurtalıq kistasının partlaması
Azərbaycan qış rejiminə vaxtından əvvəl keçəcək?
İşğal olunmuş 7 rayon qaytarılacaqmı?
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama
Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO
Qarpızlı yay salatı (foto resept)
Azərbaycana qar yağacaq
Karbon pilinqi
Bu gerçəkdir, model deyil
Türkiyədə məktəb və bağçalarda tətil elan edildi
Gənc xanımlar üçün gündəlik geyim təklifləri
Azərbaycanda 45 yaşdan sonra evlənənlərin STATİSTİKASI
Böyüməmiş ana olan qızlar
Bu təqaüdçülər pensiyalarını artıra biləcəklər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]