
Yeni tədris ilinin başlanması ilə paytaxtın müxtəlif yerlərində məktəb bazarları fəaliyyət göstərir. Bazarlarda hər şeydən çox diqqəti cəlb edən irili-xırdalı məktəb çantalarıdır. Qiymətləri və keyfiyyətləri də müxtəlif.
Satışdakı çantaların bəzisi elə materialdan hazırlanıb ki, uşaq kitab dolu bu çantanı çiyninə atarsa, yəqin, qısa bir zamanda onda bel əyriliyi yarana bilər. Çantaların materialı bir kənara, tədris ocaqlarından keçirilən dərslər, kitab-dəftər o qədərdir ki, uşaqlar məktəb çantalarının altında əyilib, ikiqat olur.
Mütəxəssislərin fikrincə, kürək çantaları yükün bədənin güclü əzələləri üzərində paylanması üçün hazırlanıb. Buna baxmayaraq valideynlər hər zaman uşaqları ilə maraqlanmalı, uşağın boynunda, kürəyində ağrı, əllərində qarışqalanma- gizildəmə olarsa, mütləq mütəxəssisə müraciət etməlidirlər.
Çantanın asqılarının uzun və zəif olması bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərinə həddindən artıq ağırlıq düşür və ağrı meydana gəlir. Bu problem zamanında diqqətə alınmazsa, gələcəkdə uşaqda xroniki bel ağrıları və əyrilik yarana bilər.
Ortoped Nazim Abbasovun sözlərinə görə, çanta ağır olarsa və ya təktərəfli çiyin asqısından istifadə edilərsə, bu zaman uşağın əzələlərinə güc düşür. Xüsusilə boyun sürətli artdığı yaşlarda tək əl və ya çiyinlə daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolyoz) kimi duruş pozuntusuna səbəb ola bilər. "Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edir. Dar və sərt olan çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığı saldığı üçün qan dövranının pozulmasına və ağrıya səbəb olur. Çantanın çiyin asqılarının nazik və çantanın ağır olduğu zaman sinirlərə edilən təzyiq əl və qol sinirlərini zədələyə bilər. Bunun nəticəsində ağrı müşahidə edilir. Ağır çanta daşıma, ya da təktərəfli daşıma zamanı boyun əzələlərində gərginlik, baş və boyunda ağrı və gərginlik müşahidə edilə bilər".
Ağır və əlverişsiz şəkildə kürək çantası daşıyan uşaq pilləkən çıxırsa, ayaq əzələləri də gücə məruz qalır və ağrı müşahidə edilir. Həkimin dediyinə görə, kürək çantasının ağırlığı uşağın çəkisinin 15 faizini keçməməlidir. Bu da ibtidai siniflərdə 3-5 kq, bir az böyük uşaqlar üçün isə 8 kq-dır. Əgər məktəblinin daşıdığı çanta ağırdırsa, bunu yüngülləşdirmənin yolları axtarılmalıdır. Belə ki, kürək çantasında ağır olan əşyalar çantanın kürəyə baxan tərəfinə, yüngül olanlar isə kürəkdən uzaq olan hissəsinə, kiçik və yüngül olanlar çantanın ciblərinə yerləşdirilə bilər, ağırlıq çantanın sağ və soluna bərabər paylanmalıdır. Çantanın asqıları çiyin üzərində uyğun şəkildə oturdulmalı və hər dəfə kitab qoyulduğu zaman bu asqılara nəzarət edilməlidir.
Uşaqlara çantalardan düzgün istifadə etmək öyrədilməlidir. Birtərəfli daşıma, çantanın boyundan asılması uşağın əzələlərinə zərər verə bilər. Kürək çantanı daşıyan zaman uşağa belini düz saxlamağı başa salın və bu əzələlərin güclənməsi üçün evdə məşq etdirin. "Çanta seçən zaman cütasqılı və asqısı geniş, yumşaq olan çanta seçin. Asqısı birtərəfli olan çantalar ağırlığı kürəkdə bərabər paylamadığı üçün asılan tərəfə daha çox ağırlıq salır. Çalışmaq lazımdır ki, seçilən çanta yüngül materialdan olsun. Təkərli çantalar dərsliyi çox ağır uşaqlar üçün daha məsləhətlidir. Uşaqlar çanta daşıyarkən cüttərəfli istifadə etməlidir. Çanta bədənə yaxınlaşana qədər asqılarını möhkəmləndirin. Asqılar çantanı 5 sm belin üstündə tutmalıdır. Çantaya hər gün nəzarət etməli, ehtiyac duyulmayan ağırlıq yaradan əşyalar çantadan çıxarılmalıdır".
Ağır kürək çantası uzun müddət daşınmamalıdır, əgər ayaqüstə qalacaqsınızsa, çantanı çıxarıb yerə qoyun. Çantanı qaldırarkən dizləri qatlamayın. Valideyn hər zaman övladının çantasına nəzarət etməli, artıq əşyaları çıxarmalı, təmizləməlidir.
Ağır çantalar təkcə uşaqlar üçün deyil, böyüklər üçün də sağlamlığa zərərdir. İdeal kürək çantasının ağırlığı insan çəkisinin 20%-ni keçməməlidir. Ağır çanta daşıyan insanlarda bel, boyun, çiyin ağrısı tez-tez müşahidə edilir. 5-ci sinifdən sonra uşaqların çox hissəsi çantanı təktərəfli daşımağa başlayır ki, bu da skolyoz xəstəliyi riskini artırır. Əgər çantanı təktərəfli daşıyırsınızsa, hər 15 dəqiqədən bir çantanın yerini dəyişib, o biri çiynə salın.
Təhsil üzrə ekspert Etimad Vəliyev deyir ki, ağır çanta problemi hələ sovet dövründən mövcud olub. İnsanlar düşünürdü ki, zaman keçdikcə, kitabların sayı azalacaq və çantalar yüngülləşəcək. "Amma elə olmadı. İndi bəzi məktəblərdə 1-ci siniflər belə 5-6 dərs keçirlər. Kitabların, iş dəftərlərinin, məktəb vəsaitlərinin ağırlığı uşağa bəs edir. Düşünürəm ki, uşaqlara planşet vermək ideası maraqlıdır. Bu, uşaqların çanta yükünü azaldacaq".
Müsahibimizin sözlərinə görə, bəzi məktəblərdə uşaqlara ev tapşırığı verilmir, uşaqlar dərsi elə dərs saatlarında öyrənirlər. Belə məktəblərdə təhsil alan uşaqların çanta yükü də az olur. "Amma təəssüflə qeyd etməliyik ki, belə tədris mexanizmi hələ ki, özəl məktəblərə şamil olunur. Dövlət məktəblərində dərsi dərs saatında öyrənmək imkanları hələ məhduddur".
Ekspert təklif edir ki, dövlət məktəblərində dərs saatlarını artırmaqla bu problemə son qoymaq mümkündür.
Azərbaycanda onurğa xəstəlikləri geniş yayılıb. Bəlkə də bu bəlanın kökü uşaq vaxtı daşıdığımız daş kimi ağır çantaya gedib çıxır...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sızanaqların qarşısını necə almalı?
Məşhur aktrisa ikinci dəfə ana olacaq-FOTO
Prezident yeni sərəncam verdi
Nazir müavinindən Pənahəli xanın sarayı ilə bağlı paylaşım
Bir qəza ilə həyatı dəyişdi
Bu geyimlər qarderobunuzda mütləq olmalıdır
Ərdən icazə almaq qaydası
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlərin siyahısı - RƏSMİ
Darçınlı alma ruleti (foto-resept)
Tarkan ilk dəfə qızının FOTOsunu paylaşdı
Hərbçilər Sarkisyana qarşı birləşir
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Orucu neçə yaşından tutmaq vacibdir?
Naxçıvandan gələn hərbçilər Şuşadan yaylım atəşi ilə yola salındı - VİDEO
Moskvada qələbə paradı – CANLI YAYIM
Tərəvəz ilə bişmiş toyuq (foto resept)
Dünyanın ən uzun qadını
“Netflix” koronavirusla bağlı serial çəkib - VİDEO
Alış-veriş asılılığının səbəbləri və həlli yolları
Hərbi çağırış yaşı artırılır
Tramp niyə koronavirus təhlükəsini gizli saxladığını açıqladı
Nəhəng təyyarə otel oldu
Dekorasiyada sarı və boz rəng
2012-ci ilin mirvari boyunbağı modelləri
Yerin 120 metr altında əyləncə mərkəzi
31 dekabrda bunu edənlər Yeni İldə BÖYÜK UДћUR QAZANACAQ
Dayə seçimində nəyə diqqət etməliyik?
Bir-birindən gözəl toy donları
Ekrana geri dönmək üçün bu şərtləri qoydu
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
Ləzgilər papaq atmır - Buduqlu qadınlar şamlarla gəzirlər
Hava haqqında - 25.08.2013
Payız-qış çantaları
Erməni ordusu yenə itki verdi
Gül ləçəklərindən ayaqqabılar
“Günü gündən aşağı düşür” - Ətin qiyməti ucuzlaşdı
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Davamlı qaçmağın bədəndə yaratdığı dəyişikliklər
Pazllar
İşğaldan azad olunmuş ərazilərdəki keçmiş erməni postlarından reportaj - VİDEO
Evinizin tavanlarına rəng qatın
Cem Yılmaz Londonda çıxış edəcək
Qaynadılmış armud (foto resept)
Bayram günlərinin hava proqnozu
Ərzaqlar haqqında bilmədiyiniz faktlar
Kakaolu fındıqlı keks (foto-resept)
Vatsapda İNANILMAZ YENİLİK: göndərdiyiniz mesajlar...
Günün qoroskopu: əlavə iş götürməyin
80 miqrant Aralıq dənizində boğularaq öldü
Hamilə olduğunu unudan ana















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]