
Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Birliyi ilə vizaların sadələşdirilməsi haqqında açıqlama yayıb. Həmin saziş sentyabrın 1-dən qüvvəyə minib. Həmin tarixdən "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş də qüvvəyə minib.
Vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin məqsədi Azərbaycan Respublikası və Avropa İttifaqına üzv dövlətlərin vətəndaşları üçün qarşılıqlıq prinisipi əsasında vizaların verilməsinin sadələşdirilməsidir. Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında bu sahədə əməkdaşlıq üçün yeni imkanlar açacaq. Readmissiya haqqında saziş isə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Sazişə əsasən, aşağıdakı istiqamətlərdə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur:
(I) Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi;
(II) Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi;
(III) Viza ərizəsinə baxılması müddətinin qısaldılması;
(IV) Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi;
(I) Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi
Beş il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi aşağıdakı kateqoriyadan olan vətəndaşlara tətbiq edilir:
- Hər iki tərəfin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar;
- Görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri.
Sazişdə jurnalistlər üçün də maraq kəsb edəcək yeni detallat var. Belə ki, bir il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizaları əvvəlki il ərzində ən azı bir dəfə viza almış və səfər etdikləri dövlətin giriş və qalma qaydalarına uyğun tərzdə ondan istifadə etmiş aşağıdakı kateqoriya vətəndaşlara tətbiq edilir:
- Təlim və ya təhsil kursları, eləcə də mübadilə proqramlarında iştirak etmək məqsədilə ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;
- Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;
- Qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları;
- Azərbaycan Respublikası və Avropa İttifaqı üzv dövlətlərinin əraziləri arasında beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər;
- Tibbi məqsədlərlə mütəmadi əsasda səfər etmək ehtiyacı olan şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;
- Beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;
- Mübadilə proqramları da daxil olmaqla, təhsil kursları, seminarlar, konfranslar məqsədilə mütəmadi olaraq səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
Universitet və digər mübadilə proqramları da daxil olmaqla, elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;
- Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
- Rəsmi dəvətnaməyə əsasən görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri;
- İş adamları və kommersiya təşkilatlarının nümayəndələri.
Bu kateqoriyadan olan şəxslər səfər etdikləri dövlətin giriş və qalma haqqında qanunlarına uyğun tərzdə iki il ərzində bir illik çoxdəfəli vizalardan istifadə etdikləri halda, ən azı iki və ən çoxu beş il etibarlılıq müddəti olmaqla, onlara çoxdəfəli giriş vizaları rəsmiləşdirilə bilər.
Saziş Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsi məsələsini əhatə edir.
Bu sadalanan şəxslər turist məqsədilə deyil, məhz peşəsi və ya üzrlü səbəblərlə (yəni müalicə və ya dəfndə iştirak) əlaqədar səfər etdikləri zamanı sadələşdirilmiş qaydada viza ala biləcəklər.
Daha bir maraqlı detal isə odur ki, viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avro müəyyən edilib. İştirakçı ölkələr viza rəsmiləşdirilməsi üçün kənar xidmət göstərən yardımçı şirkətlərlə əməkdaşlıq etdikləri halda, bu şirkətlər tərəfindən xidmətlər üçün əlavə ödəniş alına bilər. Bu halda xidmət üzrə ödənişin məbləği 30 avrodan artıq olmamalıdır. Amma aşağıdakı şəxslərin viza ərizəsinə baxılması rüsumdan azad edilir:
Bunlar iştirakçı ölkələrin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar, babalar, nənələr və nəvələri, rəsmi nümayəndə heyətlərinin üzvləri, mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səfər edən şagird, tələbə və onları müşayiət edən müəllimlər və doktorantlar, əmək qabiliyyəti olmayan şəxslər və zəruri hallarda onları müşayiət edən şəxslər, beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər, universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər, təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək kimi hallar daxil olmaqla, humanitar əsasda səfərlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və bu şəxsləri müşayiət edənlər, təhsil kursları, seminar və konfranslarda iştirak məqsədilə səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, təqaüdçülər, 12 yaşadək olan uşaqlar, jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət daxildir.
Bundan başqa, viza ərizələrinə baxılması müddəti 10 təqvim günüdür. Əlavə araşdırma tələb olunduğu təqdirdə, baxılma müddəti 30 təqvim gününə qədər uzadıla bilər.
Bu istiqamətdə daha bir yenilik isə Azərbaycan prezidentinin “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsinə verilən fərmandır. Sentyabrın 9-da gerçəkləşən yeniliyə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəhbərinin köməkçiləri (müşavirləri), katiblik, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, aparatda baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər, eləcə də qurumun tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri xidməti pasport almaq hüququ qazanırlar.
XƏBƏR LENTİ
Valideynlərə dəyərli məsləhətlər
Kişilər və pişiklər
Ətəyi geniş donlar
Canlılar danışmadan necə xəbərləşirlər
Motsart dinləyən körpələr kökəlir
Təyyarənin qeyri-adi sərnişinləri
“WhatsApp”da YENİLİK!
Mənim gözəl Xaçmazım
Dünya xalqlarının çay mədəniyyəti
Dərini qidalandıran maska
Quş yuvası, yoxsa?
İlham Əliyev onlara xəbərdarlıq etmişdi
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Yapon dənizində çirkab suların təmizlənməsi üçün bakteriyalar tapılıb
Müasir qadının eşq acısı
Yazmağa başlayıram - 2
Ukraynalı model iki ölkəni bir-birinə vurdu
Dəbli geyim nümunələri
Dənizdə qəribə ilan növü tapıldı
Bakının bir məktəbində dərslər ləğv edildi
Dənizdə ölən şəxs xəstəxanada ayıldı - Azərbaycanda MÖCÜZƏVİ HADİSƏ
Xəyal etmək xəyanət sayılırmı?
Aslı Enverlə Murad Boz ayrılıb
Marmelad (foto-resept)
Azərbaycanda ən yüksək maaş verən sahələr açıqlandı
ABŞ neft idxalını azaldıb
Cəbhədə qızğın atışma
Putindən “həyatı söyüşlə təsvir etmək” istəyən Şnurova klassik ədəbiyyat dərsi - VİDEO
Eyni paltarda məşhurlar və modellər
Əliyev büdcəni təsdiq etdi
Model 57 gündür koronavirusdan sağala bilmir-FOTO
“Fendi” brendinin tibbi maskaları satışa çıxarılıb - FOTO
Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı”
Dünya ulduzu Bakıya gələcək
Hadisənin geyimi sevənlərini heyrətləndirdi-FOTO
Xankəndində güclü partlayışlar və pulemyot səsləri
Ermənistan neçə azərbaycanlını gizləyir?
Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO
Rihanna səfir oldu-FOTO
Güzəştli mənzil əldə etmək üçün tarix açıqlandı - QEYDİYYAT BAŞLAYIR
Kakaolu, fındıqlı keks (foto-resept)
2019-da qarşımıza çıxacaq gözəllik trendləri
İşğaldan azad olunan doqquz yaşayış məntəqəsi hansı rayonlara məxsusdur?
"Müharibə elan edə bilərik"
Salyan və Yardımlı rayonlarının kəndlərinə təbii qaz verildi
Bu ərazilərdə qaz olmayacaq
Banan və çiyələk mürəbbəli südlü kokteyl
Dırnaq yemək vərdişindən necə xilas olmalı?
Uşaq istəyirsən? Yat















- ŞƏRHLƏR