İctimai mediada əksəriyyətin ALS (amiyotrofik lateral skleroz) xəstələri üçün başına bir vedrə buzlu su tökdüyünün şahidi oluruq. Nədir bu ALS xəstəliyi, müalicəsi varmı? Buzlu su ilə ALS xəstəliyinin nə əlaqəsi var?
Nevroloq Lalə Əhmədovanın sözlərinə görə, ALS beyin və onurğa beyni ilə əlaqəli xəstəlikdir. Əzələlərin funksiyasını təmin edən hüceyrələrdə yaranan problemlər bu xəstəliyi ortaya çıxarır. Hüceyrələrdə problemlərin yaranmasına isə güllə və ya manqan zəhərlənməsi səbəb ola bilər. Xəstəlik zamanı beyin və onurğa beyni hüceyrələrində glutamat və kalsium artımı nəticəsində hüceyrə ölümü baş verir. Xəstələr əzələ gücsüzlüyündən şikayətlənməyə başlayır. Və zamanla bütün əzələlər öz funksiyasını itirir. Əzələ güzsüzlüyü ilk olaraq lokal olaraq meydana çıxır. Yəni əvvəlcə bir ayaqda, əldə problemlər müşahidə edilir. Xəstəlik inkişaf etdikcə bütün bədəndə, tənəffüs əzələlərində, udma əzələlərində və səslə əlaqədar əzələlərdə pozulma meydana gəlir və insan yataq xəstəsinə çevrilir. Xəstələrdə şüur bağlı olmasa da, tənəffüs əzələləri çalışmadığından tənəffüs cihazına bağlı şəkildə yaşamağa başlayırlar.
Xəstəliyin müalicəsi yoxdur və əsasən 50-70 yaşlı şəxslərdə daha çox müşahidə edilir. ALS xəstəliyi kişilərdə daha çox müşahidə edilsə də, nadir hallarda qadınlarda 30 yaşından sonra görünə bilər. Xəstəlik sürətlə inkişaf edir. ALS xəstələri xəstəlik başlayan dövrdən 5-6 il yaşaya bilirlər. Xəstəliyin tan müalicəsi olmasa da, dərman və reanimasiya müalicəsi köməkçi müalicə kimi aparılır:
"ALS inkişaf edən bir sinir sistemi xəstəliyidir. Xəstəlik alt və üst idarəetmə sinirlərinə təsir edir. Xəstəlik ağlı qabiliyyətə təsir etməsə də, zamanla xəstəni iflic vəziyyətinə salır. Xəstəliyin səbəbi tam olaraq bilinmir. Xəstəliyin başlanğıc əlamətləri çox yüngül olduğundan çox zaman fərqinə varılmır. Xəstəlik xüsusilə qol və qıçlarda əzələ gücsüzlüyü ilə başlayır. Danışma, dişləmə və nəfəs alma çətinləşir, udmanın pozulması nəticəsində ağızda tüpürcək yığılır. Xəstələrdə idarəedilə bilinməyən ağlama və gülmə halları baş verə bilər".
Müsahibimiz bildirir ki, başlanğıc əlamətlər hər xəstədə eyni olmur. ALS bəzi xəstələrdə əşyaları qaldırmaqda çətinlik çəkməklə, bəzilərinə evdə gəzərkən xalçaya ilişməklə, bəzilərində isə sözləri düzgün ifadə edə bilməməklə başlayır.
ALS xəstəliyinin diaqnozu ilk dəfə fransalı nevroloq Çarkot tərəfindən 1874-cü ildə qoyulub. Çarkot xəstəliyi araşdırarkən onurğa iliyi və əzələ əlamətlərinə diqqət yetirərək xəstəliyə ALS adını verib. Çarkota görə, xəstəliyin konkret yaşı yoxdur. Xəstəlik 12 yaşında da, 98 yaşında da müşahidə edilə bilər. Dünyada 100 min adamdan 11-i bu xəstəlikdən əziyyət çəkir.
ALS yoluxucu bir xəstəlik deyil, amma irsi xüsusiyyət daşıya bilər. Bütün ALS xəstələrinin 10 faizində xəstəlik irsi xüsusiyyət daşıyır. Bu vəzyyətə ailəvi ALS deyilir. Varisliklə əlaqəli olmayan tipə isə sporadik ALS deyilir.
Xəstəliyə konkret müalicə tapmaq üçün Amerikada araşdırmalar davam edir. ALS üçün ilk dərman 1995-ci ildə Amerikada hazırlanıb. Dərman xəstəliyin inkişafını yavaşlamasını, xəstənin ömrünü uzatmasını və uzun müddət iş görə bilməsini təmin edir.
ALS xəstələrinə diqqət məqsədilə "Bir vedrə buzlu su" asksiyasını ilk dəfə Correy Qriffin yaxın dostu Pit Frates ALS xətəliyinə yaxalandığı üçün başlayıb. Başına bir vedrə buzlu su tökmək ani iflic effekti verdiyi üçün Qriffin bütün dünyanı bu aksiyasına dəvət edib. Başına bir vedrə buzlu su tökən şəxslər suyu tökərkən 3 adamı aksiyaya dəvət edir. Aksiyaya qoşulmayan şəxslər 100 dollar ALS mərkəzinə bağışlamalıdır. Bu aksiya tez bir zamanda dünyaya yayılıb. Dünyada bir çox tanınmışlar aksiyaya qoşulub.
Bəs bir vedrə buzlu suyun insan orqanizminə nə kimi zərərləri var? Həkim terapevt Bəsti Əlməmmədovanın sözlərinə görə, minlərlə insanın qoşulduğu bu kampaniya xüsusilə ürək, təzyiq, böyrək çatışmazlığı, epilepsiya kimi xroniki xəstələr və hamilələr üçün son dərəcə təhlükəlidir və ölümlə nəticələnə bilər: "Buzlu su heç bir xəstəliyi olmayan normal insanlara da mənfi təsir edə bilər. Buzlu su ani ürək dayanmasına səbəb ola bilər. Çünki başdan aşağı tökülən bir vedrə buzlu su ani tənəffüsü və ya qan dövranını dayandıra bilər. Buzlu su şok effekti verdiyi üçün ürək də dayana bilər. Bu hərəkət tibbi baxımdan çox risklidir, bir həkim kimi bunu məsləhət görmürük. Buzlu su sağlam insanlar üçün belə risklidir. Bir vedrə buzlu su təzyiq, ürək ritm pozuntusu, epilepsiya, beyin əməliyyatı olan və böyrək çatışmazlığı olan kəslər üçün isə çox daha çox risk daşıyır. Biz bu cür xəstəliyi olan kəslərə soyuq su ilə duş almağı belə məsləhət görmürük. Buzlu su korluğa da səbəb ola bilər".
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz