
Əksəriyyətimiz gözəl bədən formasında olmaq, artıq çəkidən qurtulmaq arzusundayıq. Bununla bağlı tapdığımız çarələr də az deyil. Qeyri-adi pəhrizlər, gəzintilər, idman növləri, həblər, çaylar, dietik çörəklər və s. əksər hallarda ümid mənbəyi olur.
Çox vaxt isə bu çarələr elə quru çarə olaraq da qalır. Çəki azalmır, qidalanma və ya yanlış idman növlərindən ağrılar və narahatlıqlar meydana çıxır. İnsan özünü əvvəlki vəziyyətindən də pis hiss edir. Nəticə olaraq heç vaxt nəticəsi tam ortada olmayan üsullara da baş vurulur. İnsanların zəif nöqtələrindən daimi istifadə edənlər, işbazlar üçün də əsl şans yaranmış olur. Faydası bəlli olmayan çaylar, həblər və idman alətlərini yüksək qiymətə sataraq insanların inamından süni istifadə etmək. Həkimlər bu cür arıqlamaq yollarının səhv olduqunu nə qədər desələr də, buna fikir verən yoxdur. Pəhriz və idmanların mənfi nəticələri ilə üzləşdikdən sonra isə artıq xəstənin həkimə müraciət etməkdən başqa çarəsi qalmır. Bu gün sosial şəbəkələrdə müxtəlif münasib qiymətə idman alətləri satılır ki, məhz bu alətləri satanlar müxtəlif şirin vədlər verərək kütləni aldadır. Sadəcə, "bir neçə dəfə idman edərək bel yağlarını əridin", "15 dəqiqəyə kilometrələrlə yolu getmiş kimi yorulun", "1 aya ideal çəkiyə qayıdın" və s. Bu alətlərin alıcıları da az deyil. Aldananlar isə elə yeniyetmələr və həddindən artıq arıqlamaq arzusunda olanlardır.
Tələbə Aynurə Babayeva da sosial şəbəkə üzərindən arıqlamaq üçün idman aləti alanlardandır. Xüsusən son illər dəbə düşən mini tvister adı ilə məhşur olan alətə Aynurə 42 manat verib, amma əziyyətini hələ də çəkdiyini deyir: "Aləti mənə satan xanım dedi ki, tez bir zamanda qarın nahiyəsində olan piylərdən qurtulacam və eyni zamanda alət məni yormayacaq. Alandan sonra isə 42 manatıma heyfim gəldi. Təsəvvür edin, yumru dairə üzərində durmusunuz və dairədən çıxan iki rezin ipi əlinizlə qaldırıb endirirsiniz. Rezin iplər də olduqca ağırdır. 1 həftədən sonra qol əzələlərimin şişdiyini hiss etdim. Çəki və piylər isə olduğu kimi qalıb. İnternetdən araşdırıb öyrəndim ki, sən demə, alət onsuz da arıq olan, amma bədənin müxtəlif hissələrini formaya salmaq üçün istifadə olunmalıdır. Bizimkilər isə bu aləti piyli insanlara satıb daha da çirkinləşməsinə şərait yaradır".
Ümumiyyətlə, idman alətlərinin bu qədər çoxçeşidli olması o demək deyil ki, bütün çeşidlər insan sağlamlığı və arıqlaması üçün idealdır. İdman malları satılan dükana baş çəkirik. Burda istənilən qiymətə, istənilən alət tapmaq mümkündür. Satıcı Aydın Əsədovun dediyinə görə, idman malları dükanına girib hətta arıqlamaq üçün həb axtaranlar da olur. İnsanları heç cür başa salmaq olmur ki, özbaşına edilən idman arıqlatmır: "Ev şəraitində, çəkini nəzarətdə salmaq üçün ideal olan iki idman aləti var. Biri "beqovoy darojka" (qaçmaq üçün alət), digəri isə velotrenajordur. Bu ikisi ilə evdə daimi məşğul olmaq çəkini nəzarətdə saxlamağa kömək edər. "Darojka"ların qiyməti 300 manatdan 1500 manata kimidir. Velotrenajorlar isə 160 manatdan başlayıb 500 manata kimi qalxır. Düşünürəm ki, hər hansı bir alətə pul vermək ümumiyyətlə, yersizdir. Bu, ən bahalı trenajor olsa belə bu fikirdəyəm. Təmiz havada qaçmaq, gəzmək, velosiped sürmək bütün idman alətlərindən daha faydalı və ucuzdur".
Həkimlər bildirirlər ki, ürək xəstələri, sağlamlıqlarını qorumaq istəyərkən səhv idman fəaliyyətləri üzündən çətin vəziyyətə düşə bilərlər. Həkimdən icazəli olanlar velosiped, üzmə, tennis və stolüstü tennis kimi templi idman növləri ilə məşğul ola bilərlər. Bu fəaliyyətlər xətli əzələlərdə yerləşən damarlarda genişlənmə ortaya çıxararaq, ürəyin iş yükünü müəyyən dərəcədə azaldır. Bunun nəticəsində stress və gərginlik atılır, psixologiya düzəlir, bədən daha rahat yuxu halına keçir. Bütün bunlar ürək sağlamlığı üçün faydalıdır. Lakin istifadəsi naməlum olan alətlərdən istifadə etmək bədənində hər hansı bir problem olan insanlar üçün də risk yarada bilər.
Trenajor ustası Alina Kərimovanın sözlərinə görə, hər hansı bir alətin istifadəsi bir müddət sonra öz təsirini göstərmirsə, deməli, trenajor ya səhv seçilib, ya da düzgün istifadə olunmur. Bütün idman növlərinin xeyri var, amma düzgün istifadə edildikdə: "İnsana elə gələ bilər ki, o, aldığı hər hansı bir idman aləti ilə kilolarını yandırır. Əsində isə məhv olan kilo deyil, əzələlər olur. Yəni, bədəndə baş verən dəyişimin mənfi və ya müsbət yönə doğru getdiyini hökmən bilmək lazımdır. İnsanlar əmin olsunlar ki, istifadəsi bəlli olmayan alətlər orqanizmə sadəcə ziyan vurur. Onların heç bir arıqlatma xüsusiyyəti olmur. Sağlam arıqlamaq üçün düzgün qidalanma və düzgün idman vacibdir. Rahat yollarla arıqlamaq mümkün olsaydı, bu gün dünyanın yarıdan çoxu artıq çəki problemindən əziyyət çəkməzdi. Yağları yandırmaq yerinə əzələləri zədələmək insan həyatı üçün riskdir".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
Çində koronavirusa yoluxanların sayında yenə artım var
Günün ulduz falı
1950-ci illərdə evlənən məşhurların gəlinlik modelləri
İngiltərədə London derbisi: "Qırmızı şeytanlar" evində çətin rəqibi gözləyir
Pudinqli mini tortlar (foto resept)
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
“Taxt-tac oyunları” -nın məşhur aktyoru koronavirusa yoluxdu-FOTO
Maykl Ceksonun hər kəsdən gizlədilən oğlu illər sonra - FOTO
İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq
Xəyalə Muraddan yeni kitab-"Vanuatu adasının sakinləri"
Qidanın araşdıran smartfon yaradıldı
Günün Ramazan təqvimi (15 iyul)
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bu yazın ən sevimlisi kimonolar
Məşhur aparıcı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
İlham Əliyev Nardaranda olub
Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 596 yeni yoluxma
Britni Spirsin ayağı burxuldu-SƏBƏB/FOTO
Ailələrə vacib tövsiyə: virtual pəhriz
AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan yeni ədəbiyyatların sərgisi keçirilir
Rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı
Putin və Sarkisyan Qarabağı müzakirə edəcək
Müxtəlif ərzaq mallarının qarşılıqlı əvəz olunması
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Almalı çuğundur salatı (foto resept)
Düymələrin dünyası
Millimiz qələbə çaldı
Hadiseyə ağır itki
Robota oxşar smartfon yaradıldı
“Fənərbaxça”nın qapıçısına həbs şoku
BÜRCLƏR bizə nə vəd edir? - 8 MAY
Azərbaycanın daha bir incisi
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
JLo geyiminə görə tənqid olundu-FOTO
Hamiləlikdə dodaq baxımı necə olmalıdır?
ÜST: Dünyada yoluxma sayında rekord qeydə alındı
Azərbaycanda hansı tələbələr fərqlənmə diplomu ala bilərlər?
ABŞ tankları sərhədimizə çatdı
Alen Delon insult keçirtdi-FOTO
Göz qələmində bilmədiyimiz təhlükələr
Acun qəzaya düşdü - FOTO
Bakıda 67 min uşaqda xəstəliklər aşkarlandı
Obamanın reytinqi rekord həddə aşağı düşdü
Əncir cipsindən 400 kq satdı
Qeyri-adi makiyajları ilə tanınan Toma
Rəqqasə paylaşımına görə həbs edildi-FOTO
Beyonce 6 milyon dollar bağışladı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]