
Ayaqlarda "ulduzcuq"lar peyda olmağa başlayıbsa, bunu artıq varikoz xəstəliyinin başlanğıcı saymaq olar. Varikoz sözü latın dilində "varix, varicis" - şişkinlik mənası verir.
Xəstəlik zamanı dərialtı venalar genişlənir, qanın damarlarla axını pozulur, aşağı ətraflarda durğunluq inkişaf edir.
Son onilliklərdə varikoz xəstəliyi sürətlə "cavanlaşır". Bu xəstəlik 25-30 yaşlarında, bəzən daha gənc qadınlar arasında geniş yayılaraq öz "ulduzcuq"ları ilə onları dərdə salır...
Ötən yazımızda vurğuladıq ki, varikoz, sadəcə, kosmetik defekt deyil, çox ciddi xəstəlikdir - ona qarşı mübarizə və müalicə tədbirləri aparılmalıdır.
Varikozda dərialtı səthi venalar zədələnir, genişlənmiş venalar dəri səthinə doğru qabarır və getdikcə qıvrılaraq venoz düyünlər əmələ gətirir. Xəstəliyin sonrakı inkişaf mərhələlərində zədələnmiş nahiyələrdə tünd rəngli ləkələr ("ulduzcuqlar") meydana çıxır və dəri qidalanmasının pozulması öz fəsadlarını göstərir.
Venaların varikoz genişlənməsini aşağıdakı ağırlaşmalar təhdid edir:
- Tromboz (kəskin tromboflebit);
- Venoz düyünün parçalanması və qanaxma;
- Xroniki venoz çatmamazlığı və trofiki yaraların inkişafı.
Çarəsi
Aşağı ətraf venalarının varikoz genişlənməsində (xüsusilə xəstəliyin gec mərhələsində) cərrahi müalicə əsas metod hesab edilir. Öz normal funksiyasını yerinə yetirə bilməyən genişlənmiş venalar artıq patoloji törəmə hesab edilir, buna görə də onların qan dövranından xaric edilməsi (damarın xaric edilməsi və ya sklerozlaşdırılması) venoz axının yaxşılaşmasına səbəb olur. Varikoz venaların xaric edilməsi flebektomiya adlanır. Bu əməliyyat nəinki aşağı ətraflarda olan kosmetik defekti aradan qaldırır, eyni zamanda venoz çatmamazlıq, tromboz və trofik yaralar kimi ağırlaşmaların qarşısını alır.
Təbii ki, xəstə öncə həkim-fleboloqa (damar həkimi) müraciət etməli və onun göstərişi ilə aşağı ətrafların venalarını ultrasəs müayinəsindən keçirməlidir.
Əsas müayinə metodu venaların rəngli doppler ultrasəs müayinəsidir. Bu müayinə metodu klapanların mövcud vəziyyəti, venoz sistemdə hemodinamika barəsində dəqiq və ətraflı məlumat verir.
Daha sonra həkim venada problemlərə səbəb olan xəstəliyin kökünü aradan qaldırır. Yalnız bundan sonra "kosmetika"ya başlanılır. Əgər əsas xəstəlik müalicə edilməsə, "ulduzcuq"lar geri qayıda bilərlər.
Başlanğıc mərhələdə varikoz konservativ üsullarla müalicə olunur. Kompressiya effektli xüsusi trikotajdan istifadə edilməsi təzyiqin fizioloji baxımdan düzgün paylanmasına kömək edir. Bu halda damarlarda qanın hərəkəti sürətlənir, venalarda durğunluq və şişkinlik aradan qalxır, tromblar yaranmasının qarşısı alınır, bədən toxumalarında mübadilə prosesləri bərpa olunur. Bundan əlavə, həkim məsləhəti ilə toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdıran, venaların tonusunu artıran, iltihab proseslərinin inkişafına mane olan preparatlardan istifadə etmək tövsiyə olunur. Tərkibində heparin olan məlhəm və gellərdən, yalançı şabalıd və qırmızı tənək yarpaqlarının cövhərindən istifadə etmək olar (Bu vasitələr təyin edilərkən xəstəliyin xüsusiyyətləri nəzərə alınmalıdır).
Ayaqlardakı damar ləkələrinin aradan qaldırılmasında müxtəlif müalicə üsullarından istifadə edilir:
Mikroskleroterapiya. "Ulduzcuqlar"a qarşı daha çox bu müalicədən istifadə edilir - nazik iynənin köməyi ilə preparat venaya daxil edilir və divarcıqlarda yanıq yaradılır. Bununla da, əvvəlcə "ulduzcuq"ların peyda olması dayanır və daha sonra onlar yox olur.
Köpüklü skleroterapiya. Daha əlverişli bu müalicə zamanı venalara az preparat yeridilir, lakin onun konsentrasiyası çox olur. Lakin bu üsulun bir eybi var - ondan sonra hiperpiqmentasiya (ləkələr) inkişaf edə bilər. Odur ki, bu müalicə üsulunda də bu işin pofessionalını tapmaq lazımdır.
Lazerlə müalicə (Endovenoz Lazer Koaqulyasiyası)
Bu, varikoz xəstəliyin ən son müalicə metodu olub, damar divarına lazer enerjisi vasitəsi ilə təsir etməklə, onların bağlanmasına əsaslanır. Bu müalicə zamanı kəsik aparılmadan lazerin işıq ötürücüsü genişlənmiş damarın daxilinə kiçik bir punksion dəlikdən yeridilir. Damarın gedişi boyu tumussent anesteziya (yerli anesteziyanın yeni növü) icra olunur. Sonra işıq ötürücüsü vasitəsi ilə ilə lazer enerjisi damarın divarına ötürülür və ötürücü tədricən geri çəkilərək çıxarılır. Bu zaman öz funksiyasını itirmiş damarın mənfəzi tam olaraq bağlanır.
Varikoz xəstələyinin müalicəsində başqa müasir üsullar da populyardır: kriomüalicə (venalar maye azotla soyudulur və xəstəlik götürülür), mikroflebektomiya (iynələrlə venanın dəyişikliyə uğramış sahəsi götürülür) və s.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ərzaq bazarında yeni təhlükə
Günün qoroskopu: dəyər verdiyiniz insanla...
Ən ağıllı heyvanlar hansılardır?
Barmaq boyda çantalar təqdim olundu-FOTO
Azərbaycan bu siyahıda liderdir
Ömrünüz uzansın deyə...
Karantindən sonra restoranlar bu cür işləyəcək
Tibbdə inqilabi kəşf
Xəstəlik aktyoru tanınmaz hala saldı
Meryem Uzerli və Bred Pitt eyni filmdə
"Ebola" virusundan 3 gün ərzində 70 nəfər öldü
Evdə bəzənə biləcək tort formaları
İnternetin haqqımızda bildikləri
"Ləzzətli yuvalar" (foto resept)
"Skype" Rusiyada qadağan edilir
Məşhur cütlüyün 1 milyonu nəyə xərcləyəcəyi bilindi
Günün qoroskopu: güclü yenilənmə potensialı var
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO
Kəlbəcərin Zülfüqarlı kəndinin görüntüləri - VİDEO
Gilas souslu ördək (foto resept)
Azərbaycanda aviabiletlərin qiymətində dəyişiklik var
"Bəyaz gecələr" salatı (foto resept)
Bu ölkədə pulu arabayla daşıyırlar
Badımcan kotleti (foto-resept)
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Türkiyə MN-dan Azərbaycana bayram təbriki: “Sizinlə fəxr edirik”
Zeytun yarpağı ilə arıqlayın
Gömrükdə daha bir QADAДћA
Stil ikonum - Hadisə
Balqabaq pəhrizi
Balakəndə körpələr evinin açılışı olub
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Günün ulduz falı
Hava necə olacaq?
Avtomobillərin icbari siğortasının əhəmiyyəti
Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ
"Elektron siqaret" də ziyanlı imiş
Paraşütçülər Bakı səmasında
Həyat yoldaşınızla gözəl vaxt keçirmək üçün tövsiyələr
Altı ildə maşın sayı 2 dəfə artıb
Körpənin ilk anları
Kriştianu Ronaldunun son durumu
Cəlal İsayevdən HƏYƏCAN TƏBİLİ: “Yoluxan şagirdlər cəmiyyətdə virusu yayırlar”
Qaymaqlı tort (foto resept)
Demet Akalının boşanma səbəbi bəlli oldu - FOTO
Bijuteriya boyunbaqlar
Bu gün Azərbaycanda Od çərşənbəsidir
Nazirlik: "Məktəb bufetlərində qidaların saxlanması öz həllini tapmalıdır"
Günün ulduz falı














