Azərbaycan ən qədim zamanlardan atçılığın təşəkkül tapdığı ölkələrdəndir.Qədim Azərbaycan dövlətləri – Manna, Midiya, Atropatena və Albaniyada atçılıq geniş yayılmışdı.
Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan biri də Azərbaycanın Qarabağ bölgəsində formalaşan məşhur Qarabağ atlarıdır. Bir çoС… tədqiqatlardan, müС…təlif tariС…i mənbələrdən belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənşəyini ən qədim zamanlarda Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya atlarının nəslindən, əsas etibarilə, Nesey (РҐəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) atlarından götürmüşdür.
Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın РҐan zavodlarının əvəzsiz rolu olmuşdur. Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər С…an zümrəsinə daС…il olan sülalələrin nümayəndələrinə məС…sus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılırdı. Qarabağın РҐan zavodlarında əsasən 4 tipə aid atlar saС…lanılırdı – Maymun, Qarnıyırtıq, Əlyetməz və ToС…maq. Tipik dağ minik atı olan Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir. Qarabağ atları əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar.
Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunmuş və uğurlu yerlər tutmuşdur. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafatlar almış, 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində Maymun gümüş, ToС…maq bürünc medala, РҐan qızı Natəvanın Əlyetməz adlı atı isə attestata layiq görülmüşdür. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılmış, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının yaxşılaşdırılmasına təsiri olmuşdur. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi cinsin tarixində mühüm hadisələrdən hesab edilir.
РҐIРҐ əsrin sonlarında Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması, ölkənin çar Rusiyasının tərkib hissəsinə çevrilməsi, həmin dövrlərdə Rusiya, İngiltərə, İran və digər dövlətlərə çoС…lu sayda atların, С…üsusilə madyanların satılması nəticəsində Qarabağ atlarının zəifləməsi, РҐРҐ əsrin əvvəllərində baş vermiş tarixi hadisələrin bu prosesə təkan verməsi Qarabağ atlarına yeni yanaşmanı, cinsin reabilitasiyasını ön plana çəkmişdir.
РҐРҐ əsrdə Qarabağ cinsinin tariС…ində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun yaradılmasıdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə РҐalq Torpaq Komissarlığının С…üsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, РҐocavənd, Bərdə, YevlaС…, Tovuz rayonlarını gəzmiş və cinsin С…arakterik əlamətlərini özündə saС…lamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdir. 1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR SovС…ozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəС…əssisləri tərəfindən bir daha baС…ışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilmiş və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Yevlax rayonunun РҐaldan quşçuluq sovС…ozuna gətirilərək zavodun əsası qoyulmuşdur. Lakin yeni yaradılan at zavodu üçün РҐaldan quşçuluq sovС…ozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağınkından С…eyli fərqli idi. Ona görə də zavod 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndinə köçürülmüşdür. Ağdam Atçılıq Zavodunun yaradılması Qarabağ atının cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynamışdır.
XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı təcavüzü hərbi Qarabağda azərbaycanlıların kütləvi soyqırımı, yüz minlərlə qaçqın və məcburi köçkün ordusunun yaranması ilə yanaşı, təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurmuşdur. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır.Ağdam Atçılıq Zavodunun direktoru Maarif Hüseynov AzərTAc-a müsahibəsində bildirmişdir ki, ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışmışlar. Lakin rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıС…arılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra YevlaС… rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra isə Bakı şəhərində cıdır meydanına aparılmış, 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülmüşdür. Buranın torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yerləri olan Ağdamın əvəzini verə bilməsə də, ötən dövr ərzində atlar onlar üçün əlverişsiz şəraitdə qalmağa uyğunlaşmışlar. Hazırda Ağdam Atçılıq Zavodunda 200 başa qədər at saxlanılır. Hər il 30-40 bala alınır. Onlar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir, bir qismi məşq etdirilərək öyrədilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.Son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, ölkəmizdə atçılığın inkişafını təmin etmək üçün ciddi işlər görülmüşdür. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanmış, “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilmişdir. Ağcabədi rayonunun Xamtorpaq ərazisində Qarabağ atlarının saxlanılması üçün müəyyən şərait yaradılmış, torpaq sahəsi ayrılmışdır. Bununla belə zavodun maddi-texniki bazasının möhkəmləndirilməsi, Qarabağ cinsinin genofondunun qorunması üçün əsaslı tədbirlərin görülməsinə ehtiyac vardır.Bəli, bu gün Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin 1 milyon əhalisi kimi, dünya şöhrətli Qarabağ atları da məcburi köçkünlük həyatı yaşayır. Şübhə etmirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə xalqımızın mənafeyinə uyğun həllini tapacaq, milli sərvətimiz olan Qarabağ atları öz şöhrət sülaləsini işğaldan azad edilmiş doğma Qarabağımızda davam etdirəcəkdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Apple 302 milyon dollar cərimələbdi
Kərə yağı alarkən nəyə diqqət yetirməliyik?
Stress zamanı yeyirəm
Toxunma saç aksesuarı
Ov mövsümü başladı
Jirinovski Azərbaycanı belə təriflədi
Bakı dünya mətbuatında
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Göz ətrafındakı qırışlar üçün təsirli üsullar
Həmsədrlər prezidentlərin görüşü ilə bağlı bəyanat yayıblar
Bulvarda attraksionlar havayı olacaq
Merve jurnalistlərə əsəbləşdi
İşıqsız dünya
Erməni mediası Azərbaycanın xarici siyasətini təriflədi
71-ci Emmy Mükafatları sahiblərini tapdı
Daha bir idmançımız qələbə qazandı
Xodorkovski prezident olmaq istəyir
Cəbhədə yeni erməni təxribatı
Gözaltı ləkələrinin həlli yolları
CV necə yazılır?
Qışda güllərə necə qulluq etməli?
Albalılı ruletlər (foto resept)
İtalyanların sürprizi
Qum festivalı
ABŞ-dan Azərbaycana Qarabağa sadiqlik mesajı
HAVA necə olacaq?-3 Yanvar
Azərbaycan Braziliyada keçirilən Uşaq əməyi üzrə III Qlobal konfransda təmsil olunub
Rusiyada pandemiyanın başlanğıcından bəri koronavirusa rekord yoluxma
2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
Cem Yılmaz Serenay Sarıkayaya evlilik təklifi edib - FOTO
Təbii doğuşun faydaları
İmtahan başa çatdı
Qadın.Net userləri uşaq olarkən-2
Ay dəlikləri
Antistress "oyuncaq”lar stressi götürür, yoxsa əlavə problemlər yaradır?
İnternetdə neçə dildən istifadə olunur?
Gələn ildən ət ucuzlaşa bilər-SƏBƏB
Athleisure dəbi necə olmalıdır?
Məhv edilmiş hərbçilərin adını oxuyan erməni aparıcı efirdə ağladı - VİDEO
Şahzadə Diananın qardaşı qızı haqqında maraqlı faktlar-FOTO
Google xəbərlərini bağlayır
Uşağınız diş fırçalamağı xoşlamırsa
Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı QƏRAR
Hava haqqında
Həyata fəlsəfi baxış
Hələ belə hədiyyə görünməyib
Pensiya yaşı azalacaq
Koronavirusa yoluxan Yelena Zelenskaya xəstəxanaya yerləşdirildi
51 yaşlı Monika yaşına meydan oxuyur - FOTO
Souslu toyuq (foto resept)
- ŞƏRHLƏR