“Yay mövsümü ilə bağlı öncə cəbhədə əsgər və zabitlərin su ilə təmin olunması hələlik normaldır. Hətta Müdafiə Nazirliyinin arxa cəbhəsinin apardığı işlər nəticəsində ön cəbhədə düşmənlə üz-üzə xidmət edən əsgər və zabitlərimizə bağlı qablarda içməli su çatdırılır. Əvvəlki illərə nəzər salsaq, nazirliyin bu islahatı təqdirəlayiqdir”.
Bunu "Yeni Müsavat"a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ordumuzun qida rasionu ilə bağlı yeniliyə münasibət bildirərkən söyləyib. Hərbi ekspert bildirib ki, əvvəlki illərlə müqayisədə müxtəlif xəstəliklərə tutulan əsgərlərin sayı kəskin azalıb: “Əvvəlki illərdə əsgərlərimiz qaynadılmamış su içirdilər və buna görə də müxtəlif xəstəliklərə tutulurdular. Müdafiə Nazirliyinin əsgərlərin qida rasionunda etdiyi dəyişiklik, xüsusilə içməli su ilə bağlı qərar təqdirəlayiqdir. Artıq əsgərlərimiz plastik qablarda, bağlı vəziyyətdə olan sudan istifadə edirlər. İndiyə kimi Azərbaycan Silahlı Qüvvələrində belə bir şey olmayıb”.
Üzeyir Cəfərov komandirlərin qida rasionu ilə bağlı göstərişlərə əməl edib-etməyəcəyinə də aydınlıq gətirib: “Müdafiə nazirinin əmri var. Qəbul olunmuş qida rasionu hər bir əsgərə doğru və düzgün şəkildə çatdırılmalıdır. Bəzi yerlər var ki, orada komandirlər səhlənkarlığa yol verirlər. Ayrılmış qidanı lazımi şəkildə əsgərlərə çatdırmırlar. Müdafiə naziri Zakir Həsənovun qəti göstərişi var. Ayrılan qida hər bir əsgər və zabitə çatdırılmalıdır. İnanıram ki, neqativ hallar tezliklə müəyyən olunaraq aradan qaldırılacaq”.
Ehtiyatda olan polkovnik-leytenantın sözlərinə görə, qida rasionunda bəzi problemlər də var: “Onlardan birincisi və ən önəmlisi əsgərlərə milli mətbəximizin yeməklərinin az verilməsidir. Məndə olan məlumata görə, bu istiqamətdə iş aparılır. 2014-cü ilin sonuna kimi Azərbaycan əsgərinə milli mətbəximizin müxtəlif çeşidli təamları çatdırılacaq. Artıq əsgərlərə hər gün qatılaşdırılmış süd verilir. Bundan əvvəl qatılaşdırılmış südün saxlanılması ilə bağlı problemlər olduğundan bu ərzaq növü əsgərlərə lazımi səviyyədə çatdırılmırdı. Qida ilə bağlı hələlik ciddi problemlər yoxdur. Çox təəssüflər olsun ki, insanlarımızın çoxu ordu ilə bağlı tamam fərqli təsəvvürə malikdirlər.
Bunun əsas günahkarı da Müdafiə Nazirliyində bu kimi işə baxan adamların öz səlahiyyətlərini lazımi şəkildə icra etməməsidir. Məsələn, hələ də həm əsgərlərimiz, həm də sıravi vətəndaşlarımız elə bilirlər ki, verilən ətin üzərinə yazılan invertar və yaxud digər qeydlər mütləq şəkildə onun ilini göstərir. Xeyr, bu əsla belə deyil. Əsgərlərimizə bir neçə ilin istehsalı olan ət məhsulları çatdırılır. Bu, normaldır. Amma bu rəqəm bir-iki ili keçmir. Hər bir ölkə öz əsgəri, zabiti və müharibə şəraiti üçün ehtiyat üçün ərzaq tədarük edir. Həmin ətlərin yararlılıq müddəti müəyyən illər üçün nəzərdə tutulub. Onlar xüsusi soyuducularda saxlanılır. Çünki mümkün deyil ki, sayı yüz minlərlə olan əsgər üçün hər gün heyvan kəsilsin”.
Azərbaycan əsgəri nə yeyir?
Sonuncu dəfə Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün yeni ərzaq payı normaları 2013-cü ildə qəbul edilib.
Ümumqoşun ərzaq payı norması isə aşağıdakı kimidir:
- Döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara - 15 q kərə yağı, 20 q şəkər, 1 q çay, 100 q 1-ci növ çörək;
- Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara - 20 q şəkər, 1 q çay, 100 q 1-ci növ çörək, 15 q kərə yağı;
- 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara - 20 q şəkər, 1 q çay, 100 q 1-ci növ çörək, 15 q kərə yağı, 20 q qatılaşdırılmış şəkərli süd;
- Daimi olaraq aerodromlarda, poliqonlarda, texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit , gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 q ət və 20 q pendir;
- Təmənnasız qan verən donorlara (qan verdikləri gün) 45 q şokolad , 200 q təbii meyvə və giləmeyvə şirəsi, 50 q peçenye;
- İonlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində zəhərli komponentlər olan yanacaqla işləyən (xidmət edən) hərbi qulluqçulara - 50 q ət, 30 q kərə yağı, 100 q inək südü və 20 q pendir;
- Xidmət vəzifələrini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə birdəfəlik maddi yardım: 45-50 kq düyü, 45-50 kq şəkər tozu, 3 kq çay, 20-25 kq kərə yağı, 45-50 kq 1-ci növ un;
- İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faiz həcmində əlavə ərzaq payı.
Yay mövsümündə zəhərlənmə təhlükəsinin artdığını nəzərə alan həkimlər əsgərlərin qidasında mühüm yer tutan məhsullardan zəhərlənməmək üçün bunları tövsiyə edir: “Gündəlik istifadə edilən ət, toyuq, balıq kimi tez xarab olan məhsulları saxlayarkən onların yanında keyfiyyətsiz məhsulların olmamasına diqqət yetirilməlidir. Uzun müddət soyuducuda saxlanan balıq əti oradan çıxarılandan az sonra istifadə olunmazsa, artıq istifadəyə yararsız hesab olunur. Yaz, yay aylarında qızardılmış və konservləşdirilmiş balığa nisbətən közləmə balıq daha təhlükəsiz hesab olunur”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək - SƏRƏNCAM
Çanta modelləri
Gözlənilən vahid kart sistemi tətbiq olunmayacaq
Sabahın HAVAsı
Bu gün Günəş tutulacaq
İdman yaddaşı artırır
Kriştianu Ronaldu tam hazırdır
Ulduz futbolçu azanı eşitdi və ...
Virtual hədiyyə imkanı
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
4 K ekran hazırlanıb
Azərbaycana ilk qar yağdı -FOTO
2014-cü ilin ziyafət saç düzümləri
“Yeşilçam” aktrisası koronavirusa yoluxub?
İnsanlar niyə uğursuzluğa düçar olur?
Şokoladlı dondurma (foto resept)
Hamilə olduğunu bu dəfə gizlədə bilmədi
Adriana Lima onu Nyu-Yorka dəvət etdi
Azərbaycanda qədim Quran tapıldı
Bananlı, şokoladlı keks (foto resept)
Moskvadan yeni Qarabağ hücumu
Multikultiralizm nədən başlayır?
Tibbdə inqilabi kəşf
Müdafiə Nazirliyindən Türkiyənin ölkəmizdə hərbi bazalar quracağı iddialarına REAKSİYA
Güclü günəş küləyi Yerə tərəf istiqamətlənir
Hülya Avşar sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Prezidentin köməkçisi işə piyada gedir - VİDEO
Kolleclərə qəbul imtahanının nəticəsi nə vaxt elan ediləcək?
Yaponiyada evli cütlüklər niyə ayrı yataqlarda yatır?
Qısqanmaq və tərk etmək
Barak Obamanın mükafatlandırdığı azərbaycanlı qız
Azərbaycanlı, rus və koreyalının Qırmızı meydandakı rəqsi diqqət çəkdi- VİDEO
Yeni serial başlayır-"Kızım"-VİDEO
Geyim seçimində yol verilən xətalar
Onlar da AYRILDILAR-FOTO
Ankarada müalicə olunan əsgərlərimizdən xəbər var
SMS icazə sistemi yalnız BU ƏRAZİLƏRDƏ tətbiq olunacaq
Arıqlamağın asan yolları
Bağdadda silsilə partlayışlar: 33 ölü, azı 100 yaralı
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Uşaqları xaricə aparmaq qaydası açıqlandı
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
Robot pişik icad olundu – VİDEO
Sevgilisi Ronaldo haqqında paylaşım etdi-FOTO
Azərbaycanda koronavirusa yoluxma bu tarixdə pik həddə çatıb - RƏSMİ
Kim Çen In da Putini bəyənmədi
14 fevral nə geyinməli?
Suriya hakerləri CNN-ə hücum etdilər
Düyü yuxası ilə ətli blinçiklər (foto-resept)
Serj Qarabağı nə vaxt verəcək?















- ŞƏRHLƏR