Gur işıq düşəndə adətən gözümüzü qıyırıq. Amma Günəş işığından həmişə bu yolla qorunmaq mümkün olmur, bir çox hallarda gözdə ağrılar olur və ya qızarır. Bu günlərdə hər kəsin düşə biləcəyi belə bir durumla mən də rastlaşdım. Yayın gəldiyi üçün həm gözümü qorumaq üçün, həm də zamanın tələbidir deyə, gün eynəyindən istifadə etməyi qərara aldım. Ancaq gün keçdikcə başımda ağrıların olduğunu, zəifləmiş gözümün daha da ağrıdığını hiss etdim. Bunu yay fəsli ilə əlaqələndirib gün eynəyini taxmağa davam etdim. Ancaq gün keçdikcə eynəyin zərərini hiss etməyə başladım və ondan tamamilə imtina etməyə məcbur oldum.
Qəbul edək ki, çoxumuz gün eynəklərini qoruyucu vasitə kimi deyil, aksessuar olaraq istifadə edirik. Elə bu səbəbdən də eynəyin saxta və ya orijinal olması çoxumuz üçün böyük əhəmiyyət daşımır. Amma mütəxəssislərin fikrincə, saxta gün eynəkləri göz üçün böyük təhlükədir. Onlardan uzun müddət istifadə gözlərdə və göz ətrafı nahiyədə xərçəngin yaranmasına da səbəb ola bilər.
Bəs gözümüzü gün işığından necə müdafiə edə bilərik?
Bu suala biz də cavab axtardıq. Öyrəndik ki, günəş eynəyi şüşələrinin rəngi əhəmiyyətli amildir. Şüşələrin ən yaxşısı duman və qəhvəyi rəngdə olanlardır. Gün eynəklərinin linzaları əsasən üç materialdan hazırlanır: şüşə, polikarbonat və akril plastik. Gözlükdəki şüşələrin ultrabənövşəyi şüaları əks etdirmə xüsusiyyətinə malik olması çox vacibdir. Bu tip şüaları əks etdirməyən eynək almaq tövsiyə edilmir. Küçə-bazarda satılan ucuz gözlüklərə meyl etməmək məsləhətdir. Gözlük alanda onun sertifikatına baxılmalıdır.
Mütəxəssislərin fikrincə, eynəyin şüşəsi cızılanda o, keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənövşəyi şüalar gözə təsir edir. Buna görə də eynəyin şüşəsini zədələrdən qorumaq lazımdır. Şüşə tozlananda, çirklənəndə onu istənilən dəsmal və ya kağız parçası ilə silmək olar.
Mütəxəssislər bildirir ki, eynək taxarkən ətraf mühit radikal şəkildə rəngini dəyişirsə, deməli, o saxta. Rəngli linzalı eynəklər şüanı dəqiq qəbul etməli olan peşə sahibləri, məsələn, sürücülər üçün problem yarada bilər. Adət halı almış rəng qammasının pozulması diqqəti yayındırır və gözləri tez yorur. Gün eynəklərinin linzalarını əsasən üç materialdan hazırlayırlar: şüşə, polikarbonat və akril plastikdən. Şüşədən hazırlanan gün eynəkləri təhlükəsizdir. Şüşə ultrabənövşəyi şüaları keçirmir. Son illər isə şüşə linzaları təkmilləşdirərək onları plastiklərlə əvəz etməyə başlayıblar. Çünki onlar daha asan əldə edilir. Amma plastik ultrabənövşəyi şüalara qarşı müdafiəsizdir
Gün eynəklərinin təhlükəsizliyinə heç kim nəzarət etmir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, gün eynəklərinin təhlükəsizliyinə heç kim nəzarət etmir, harada gəldi satılır: “Əslində gün eynəkləri həkim göstərişi ilə yazılmalıdır. Başa düşmürəm ki, qadınlar hətta qışda belə gün eynəklərindən niyə istifadə edirlər. Nə üçün gözlərini kor edirlər. Gün eynəkləri satılan brend mağazalarda palaroit eynəklərinin satış yeri var ki onları taxanda adi gözlə görünməyən zərərlər görünür. Alıcılar eynək olanda sertifikat tələb etməlidir. Keyfiyyətsiz eynəklər əhalinin gözünün zəifləməsinə səbəb olur. Ən keyfiyyətsiz eynək ən bahalı mağazalarda da satıla bilər. İnkişaf etmiş ölkələrdə gözlük satışa çıxarılmazdan öncə bir neçə qurum tərəfindən yoxlanır. İstifadəyə yararlıdırsa, ona sertifikat verilir. Ancaq bu, Azərbaycanda tamam fərqlidir. Satışda çox ucuz, keyfiyyətsiz eynəklər var. Bu da kütləvi korlaşma deməkdir. Kim necə və haradan istəyir, mənşəyi məlum olmayan eynəkləri gətirib satır”.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev də “Kaspi”yə açıqlamasında bildirdi ki, eynək alınan zaman mütləq keyfiyyət sənədi soruşulmalıdır. Özü də eynəklərin ixtisaslaşmış mağazalardan alınması məsləhətdir: “Keyfiyyəti yoxlamağın yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı-aşağı, sağa-sola hərəkət etdirəndə bu xətdə oynama olursa, ya da qırılmalar olursa, deməli o eynək standartlara uyğun deyil. “Tünd rəngli şüşələr ultrabənövşəyi şüanı qoruyar” demək səhv olar. Yaxşı olar ki, gözlük alarkən mütəxəssislərlə məsləhətləşin. Bilmək lazımdır ki, keyfiyyətsiz gözlük göz xəstəliklərinə səbəb ola bilər. Belə ki, bu gözlüklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktının yaranmasına səbəb olur, insan beynində yorğunluq yaradır, hətta şiş xəstəliyinin yaranmasına da yol açır. Gözlük gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Gözlüyün rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün gözlüklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır”.
Görünüşün rənginə diqqət edin!
Oftalmoloq Ramin Hacıyev də deyir ki, günəş şüalarının gözə təsiri dəridə günəş şüalarından yaranan yanıqlara bənzəyir. Belə ki, eynək taxılmadığı təqdirdə günəş şüalarına uzun müddət məruz qalmış gözlərdə quruluq, qaşınma, batma, yanma, ağrı və qanama əmələ gəlir. Həkim müdaxiləsi və qısamüddətli müalicə ilə deyilən problemlər aradan qaldırılsa da, zamanında həkimə müraciət edilmədiyi təqdirdə problemlər yarana bilər. Bununla yanaşı, hər zaman gözləri qısaraq baxmaq göz ətrafında qırışıqların artmasına səbəb olur. Günəş şüalarından gözdə yaranan ən təhlükəli xəstəliklər isə sarı nöqtə problemi və katarakt xəstəliyidir.
Həkimin sözlərinə görə, gün eynəyi gözün sağlamlığı üçün böyük əhəmiyyət daşısa da, saxta eynək taxmaqdansa eynəksiz gəzmək daha yaxşıdır: “Saxta eynəklər günəşdən gələn zərərli şüalara qarşı gözü qorumur, əksinə göz bəbəyini genişləndirərək, gözə gələn zərərli şüaların miqdarını artırıb əlavə problemlərinin əmələ gəlməsinə səbəb olur”.
Həkim bildirir ki, azyaşlı uşaqlar günəş gözlüyündən istifadə edə bilmədikləri üçün saat 10.00 - 17.00-ə kimi günəş şüaları altına buraxılmamalıdırlar.
Satıcı Lətifə Əliyevanın sözlərinə görə, saxta malı orijinaldan fərqləndirmək üçün eynəyin şüşəsinə fikir vermək lazımdır: “Eynəyin şüşəsində yazılan loqo şüşəyə həkk olunmalıdır. Burun kauçuku yumşaq olmalı, şüşənin rəngi rəng pozuntusu yaratmamalıdır”.
Mənbə:kaspi.az
XƏBƏR LENTİ
Bir birindən gözəl jiletlər
Şamaxılılar böyük təhlükə qarşısında!
Uzun cins ətəklər
Alma formalı iynə balıncı
ÜST fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı
Köhnə avtomobillər Bakıdan yığışdırılır
Azərbaycanda spirtli içki aludəçiləri ömürlük sürücülük vəsiqəsindən məhrum ediləcəklər?
Çempionlar Liqasının ən çox uduzan baş məşqçiləri
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydaları dəyişib
“Facebook” səsli mesajları dinləyir?
Hindistan ilk dəfə Aya kosmik gəmi göndərdi, o isə...
Avropa Parlamentinin deputatı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından danışıb
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz
Kəvərli şorba (foto resept)
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Elektron ticarət 1 trilyon dollara çatacaq
Kələm salatı (foto resept)
Bu gün Ramazan ayı başlayır
Yeni il axşamı üçün saç düzümləri
Bu ilin on bir ayında yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub
Bugünkü televiziya tezliklə "öləcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
2020-ci il üçün Bill Qeyts-dən beş kitab tövsiyəsi
Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı
Bir neçə ərazinin qaz təchizatı dayandırılacaq
Xolesterinin artması, əlamətləri və müalicəsi
Qış günü yaz havası olacaq
Murat Yıldırımın xanımı görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ayaqqabı seçimi
Nazim Süleymanov: "Əgər onlar "Neftçi"nin çempionluğunu istəmirsə..."
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Ebay ödəniş imkanlarını artırır
Qadınlar həyatda ən çox nə istəyir
Kriştianu Ronaldudan möhtəşəm rekord
Məşhurların təəccübləndirən evlilikləri
Hindistanda toy belə olur
Qazın limiti yanvarın 1-dən etibarən...
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA
Qapı üçün bəzək düzəldək
Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək
Futbolçu canlı yayımda evlənmək təklif etdi
Dəli olduğunu telefondan eşit
Mozzarella pendirli bükmə (foto resept)
Bu kənddə adamın kiprikləri də donur
Mobil telefonlar necə izlənir?
Mingəçevirə "London taksiləri" gətirilib
Xoruldamaq
Əşyaları görünməz edən yeni texnologiya yaradıldı
"Xruşşovka"ların sökülməsi məsələsinə aydınlıq gətirildi
- ŞƏRHLƏR