
"Azərsu” ASC: Çökmənin səbəbi hələlik məlum deyil
Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə intensiv şəkildə davam edir.
APA-nın məlumatına görə, ərazidə böyük intensivlik var. Çökmə baş verən hissəsinin təmir olacağını bildirən lövhə və nişanlar da qoyulub.
Maraqlıdır ki, çökmənin qarşısı alınmadığı halda, həmin ərazi asfalt-beton örtüyü ilə bağlanıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevbildirib ki, həmin ərazi hərəkətin intensiv olduğu yerdir, çala örtülməsəydi, bədbəxt hadisə baş verə bilərdi.
“Bundan başqa, çökmə baş vermiş ərazidə müasir texnikanın köməyi ilə düzgün kipləşdirmək işi apardıq və asfalt-beton örtüyü vurduq. Lakin normativlərə uyğun kipləşdirmə işi aparılsa da, çökmə yenə də davam edir. Problem aradan qalxmasa, o yol yenə də çökəcək və getdikcə davam edəcək”, - P. Mürsəliyev vurğulayıb.
“Azərsu” ASC-dən isə APA-ya bildiriblər ki, hazırda çökmənin səbəbləri araşdırılır.
“Hazırda çökmənin kanalizasiya kollektoruna ziyan vurub-vurmamasını araşdırırıq. Çökmənin səbəbi hələlik məlum deyil. Batmış hissənin doldurulması və oraya asfalt vurulması ilə bağlı qərar qəbul edildi və dərhal icra olundu. Hazırda Fövqəladə Hallar Nazirliyi, “Azərsu”, “Azəryolservis” çökmənin səbəbini müəyyən etmək üçün birgə araşdırma aparır”, - “Azərsu”dan bildirilib.
Xatırladaq ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
2 il şampun istifadə etməyən Lucy
Jerar Depardye Rusiyadan qaçdı
Hadı Rəcəbli: Ünvanlı sosial yardım qoyunla verilsin
Niyə hələ də subaysınız?
"Gəlin barmağı" tortu (foto resept)
Günün qoroskopu: Bədxərclik etməyin!
Evliliyim üçün nələr etdim?
Mehriban Əliyevanın yeni fotoları
Çiçəklər beyni xilas edir
Xanımların nəzərinə: əvvəl gözlərinizi tanıyın
HAVA necə olacaq?-11 dekabr
Kseniya Sobçak COVID-19 virusuna yoluxub
Azərbaycan dili - XVI dərs
Dünyanın sonunda yaşayan adamlar
Günün ulduz falı
Yulaflı şirniyyat (foto resept)
Eva doğulmamış körpəsi üçün parti keçirdi - FOTO
Azərbaycanda ov mövsümü açıq elan edildi
Azərbaycanda daha 16 nəfər koronavirusdan öldü: 474 yeni yoluxma
Koronavirusla bağlı şayiə yayanlara müraciət
Makiyaj ustasından dodaq makiyajı
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək
İlk rəqs üçün ən gözəl türk mahnıları
Məşhur aparıcıdan hicab AÇIQLAMASI
Cem Yılmaz Serenay Sarıkaya ilə sevgilidir!
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Metronun qeyri-adi sərnişinləri
Yeraltı məscid tikildi (FOTO)
“Şuşada son çay”ın müəllifi olan dünya şöhrətli fotoqraf: “O torpaqların azadlığını görmək arzum idi” - VİDEO
Çində dondurulmuş balıqda canlı koronavirus tapıldı
ÜST son bir həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb
Makiyajın silinməsi və bu prosesin vacibliyi
Məşhur aktyor reklamdan 1,2 milyon qazandı
Hamiləlik etirafı
Hulusi Akardan Azərbaycana qələbə təbriki
Serenay Sarıkaya "Alisa" olacaq!-FOTO
Mətbəx məsləhətləri
102 yaşlı əkizlərdən uzunömürlülüyün sirrini
Məşhur müğənni səhnədə öldü
Gürcüstan pulları dəyişir
Acundan yeni etiraf
Allahı göstər, inanım
Sousda pomidor (foto-resept)
Meyvə-tərəvəzin qiyməti niyə qalxıb?
Niyə cütlüklər xarici görünüşcə oxşar olurlar?
Bölgələrimizin mətbəxi -Şəki
Mehriban Əliyeva məzunları təbrik edib
Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - SİYAHI
Qənirə Paşayevaya Türkiyədə fəxri vətəndaşlıq verilib















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]