
"Dəri insanın ilk geyimidir" desək, yanılmarıq. Bütün bədənimizi örtən, qoruyan dərimiz də zaman-zaman dəyişilir, yenilənir, qulluq tələb edir, qulluq edilmədikdə bir növ köhnəlir, problemlər yaradır. Soyuqdan, istidən, şaxtadan, tozdan, torpaqdan mütəmadi olaraq qorumaq məcburiyyətində olduğumuz dəri insanı olduğu yaşdan 10 yaş cavan da göstərmək qabiliyyətinə malikdir, 10 yaş qoca da.
Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Kişilərlə müqayisədə qadınlar daha çox dəriyə diqqət yetirir. Elə kişilərə nisbətən ən çox dəri problemi yaşayanlar da qadınlardır.
Dermatoloq Sahib Rzayevin sözlərinə görə, dəri problemləri dedikdə ümumiləşdirmə aparmaq mümkün deyil. Çünki dərinin problemləri sayılmayacaq qədər çoxdur və ümumi bir məsləhət ilə onları həll etmək mümkün olmaz. Məhz buna görə həkim dermatoloq müayinəsi, rəyi vacibdir: "Dərinin tamlığı və təmizliyi insanın sağlamlığı üçün vacibdir. Zədəsiz dəri orqanizmi müxtəlif xəstəlik törədicilərinin daxil olmasından yaxşı qoruyur. Çirkli dəridə bakteriyalar çoxlu xəstəliklər yaradır. Odur ki, hər bir adam dərisini həmişə təmiz saxlamalı və zədələnməkdən qorumalıdır".
Dəri problemlərinə gəlincə, həmsöhbətimizə görə, bu problemlər 2-yə bölünür. Birincisi, ağır dermatoloji xəstəliklərdir ki, bunlar dəridə gənənin olması, kuperoz, yəni qan dövranının pozulması, dəmirov, ağır irinli sızanaqlar və s.-dir. İkinci hal isə yüngül soluxmuş sızanaqların yaranması, məsamə genişliyi, qara nöqtələr, dəri soyulması, üzün müxtəlif hissələrində rəng dəyişimi və s: "Birinci hal üçün mütləq dermatoloqa müraciət etmək lazımdır. İkinci haldırsa xüsusən qida və üz təmizliyinə diqqət yetirmək kifayətdir. Üzün təmiz olması üçün mədə- bağırsaq sisteminin normal fəaliyyət göstərməsi vacib şərtdir. Mədə-bağırsaq sisteminin normal olması, qidalanmasının normal olmasına baxmayaraq üzdə daim olaraq sızanaqlar meydana gəlirsə mütləq həkim müayinəsi vacibdir".
Dermatoloq dəri haqqında yayılan səhv fikirlərə də aydınlıq gətirib. Dediyinə görə, bu günə kimi insanlar arasında yayılan yeganə düzgün fikir sızanaqlara müdaxilə etməyin ləkə qalar fikridir. Digər fikirlər isə, ümumiyyətlə, səhvdir: "Sızanaqlı dəriyə sahib olan xanımlara deyirlər ki, ailə qur, düzələcək. Sızanağın xanımın evli və ya subay olması ilə yaranan, sağalan bir şey deyil. Sızanaqlar yetkin yaşlarında müşahidə olunur və sonra sağalır. Səhvdir. Yetkin yaşdan sonra da sızanaqla davam edən insanlar var. Elə çıxır ki, bu insanlar hələ də böyüməyib? Sızanağın insandan insana keçməsi qeyri-mümkündür. Bəzən xanımlardan kimsə istifadə etdiyi dərmanın effektini görüb digərinə məsləhət görür. Əksər insanlar eyni effekti aldığı halda çoxu heç bir irəliləyiş hiss etmir. Bu da o deməkdir ki, dəri fərdə məxsus dəyişkən olduğu üçün müalicə də fərqli olmalıdır. Bundan əlavə hər hansı bir dərman, yaxud maz ilə təmizlənən dəri dərmanın saxlanması ilə birlikdə yenidən problemlərlə qarşılaşacaq. Buna görə də, dermatoloq müayinəsi lazımdır".
Üzdəki qara nöqtələrə gəlincə, müsahibimizə görə, onlar üzdə yığılan çirkin nəticəsi deyil. Dəriyə yığılmış yağın hava ilə təması zamanı rəngini dəyişməsidir: "Bu cür nöqtələr gzəllik salonlarında buxara verilib təmizlənir. Ev şəraitində etdikdə isə nöqtələr təmizləndikdən sonra üzərinə antibiotic tərkibli kremlər sürtülməlidir".
12-25 yaş qrupu arasında əhalinin 85%-də sızanaqları, dəri problemlərini görmək mümkündür. 8 yaşından sonra başlama və 30 yaşından sonra davam etmə halları mümkündür. Dəri təmizliyi mütləqdir. Gündə 2 dəfə üzü tərkibində p.h 5.5 olan sabunla yumaq, həftədə 1 dəfə buxar vannası qəbul edib üzü təmizləmək, ayda 2-3 dəfə gil maskası daxil olmaqla dəri tipinə uyğun maska etmək lazımdır. Əlləri və xüsusən dırnaqları dəridən uzaq tutmaq lazımdır. Sızanaqlar və digər dəri problemlərinə meylli olanlar mümkün qədər əl yaylıqlarından, makiyaj yastıq və fırçalarından istifadə etməməlidirlər. Heç bir müalicə 3 aydan tez effekt verməz.
Dəri ilə bağlı olan problemlərin ən az 3 ay, ən çox 1 ilə qədər müddəti olur. Sızanaqların müalicəsində istifadə edilən dərman və məlhəmlərin əsas hədəfləri dəri yağlarının sintezinin azaldılması, dəri hüceyrələrinin bölünməsini sürətləndirmək, bakterial infeksiyanın azaldılması, iltihabi prosesin zəiflədilməsidir. Bu tip çeşidli dərmanlar mövcuddur və onları öz başına istifadə etmək düzgün deyil: "Bu dərmanların istifadəsini həkiminizin tövsiyəsi ilə həyata keçirmək lazımdır. Belə olan halda müsbət nəticə əldə etmək mümkündür".
XƏBƏR LENTİ
Rəngarəng çanta modelləri
Günün qoroskopu: məqsədə doğru inamla irəliləyə bilərsiniz
Saç düzümləri
Arıqlayaraq onu ələ salanları təəccübləndirdi-FOTO
Anomal soyuqlar ABŞ-ı dondurub
Zərif xanımlar üçün gecəliklər
"70 yaşımda da seksual görünmək istəyirəm"
Bakıda ərzaq qıtlığı təşvişi
Məkkə Məşhədə iqtisadi savaş açdı
BMT xəbərdarlıq etdi: “Maska və əlcək istifadəsi...”
Papa o söz üçün 25 milyard aldı
"Beatles" qrupunun məşhur gitarası satılır-FOTO
Dəbli gəlinliklər
Facebook ən yaxın "Wi-Fi" ötürücüsünü tapmağa başladı
Xaricdə təhsil almaq adı ilə tələyə düşməyin
Səhvsiz arıqla
Eldar Əzizovdan Bakı sakinlərinə MÜRACİƏT
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub
İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?
Belə heyvanlar görmüsünüz?
Məşhur müğənni pulsuzluqdan gileyləndi
Ancelina Coli və Bred Pitt razılışa gəldilər-FOTO
Daha bir əsgərimizi itirdik
Özünüzü həkim sandınız: Türkəçarə, yoxsa türkə dərd?
Qadın döyüşçülər belə hazırlanır
Ana və qız arasında konflikt: necə davranmalı?
52 yaşlı Monikanın 44 yaşlı sevgilisi - FOTO
"Facebook"da çoxdan gözlənilən YENİLİK
Körpələr bütün gecəni yatmalıdırlarmı?
"Bozun 50 çaları" filmindən ilk görüntülər
Maşınlar (Pazl)
Bürcünüzə görə hansı işdə işləməlisiniz?
Asan hamilə qalmaq üçün bəzi məsləhətlər
Ledi Qaqa və Bredli Kuper artıq eyni evdə yaşayır
Məsafəli sevginin 15 incə məqamı
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda bazarlar ləğv olunur
Demet Akalından sərt mesaj - FOTO
Sabah Günəş tutulması baş verəcək
Azərbaycanda daha bir həkim və xanımı koronavirusa yoluxdu - AÇIQLAMA + FOTO
La Liqa: "Land of fire Azerbaijan" 5 - rəqib 0
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
“Ericsson” 140 illik istehsalı dayandırır
Formada qalmağın sirləri
Ayrılıq “salam”dan başlar…
Bu gün Siyavuş Aslanın doğum günüdür
Biləsuvarda şəhid gizir dəfn edilib
Evdə simit (foto resept)
Düşməni qorxuya salan hədəfimiz
Qadın.Netlilərin maraq dünyası (3-cü hissə)















- ŞƏRHLƏR