
“Azərbaycanda bəzi QHT-lərin şübhəli mənbələrdən vəsait aldığı barədə şübhələr əvvəllər də var idi”.
Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Azərbaycanda qarışıqlıq yaradılması məqsədi ilə müxtəlif QHT-lərə külli miqdarda maliyyə vəsaitinin ayrılması xəbərinə münasibət bildirərkən Aydın Mirzəzadə deyib.
Müxtəlif dönəmlərdə ABŞ-a bağlı təşkilatlar tərəfində Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 14 milyon dollar vəsait ayrılıb. İşin maraqlı tərəfi budur ki, həmin vəsaitlər ölkədə yalnız hakimiyyətə qarşı olan təşkilatlar üçün xərclənilib. Bitərəf və hökumətə loyal olan heç bir təşkilat ABŞ təşkilatlarının ayırdığı qrant layihələrindən faydalana bilməyib. Ayrılan pullar haqqında araşdırma aparılan haqqın.az saytında maraqlı faktlar göstərilib. Məqalədə iddia olunur ki, vəsait Azərbaycanda qarışıqlıq yaratmaq məqsədi daşıyıb.
Aydın Mirzəzadənin sözlərinə görə, müxalif mövqedə dayanan insanların QHT-ləri haradansa böyük qrantlar əldə edirdilər, böyük tədbirlər keçirirdilər. Sonradan çoxsaylı insanları cəlb etməklə, müəyyən konfranslar, simpoziumlar təşkil edirdilər. Həmçinin bunlar müxalif partiyaların rəhbərliyində təmsil olunurdular. Müxalif partiyalar bir qayda olaraq öz hesabatlarında heç bir üzvlük haqqı toplamadıqlarını bildirir, amma geniş fəaliyyət göstərirdilər. Pulun da məhz QHT-lər vasitəsi ilə onlara gəldiyi aydın olur.
“Jurnalist araşdırmaları həmin şübhələri tamamilə doğruldur. Artıq belə bir mənzərə yaranır ki, ABŞ-da Azərbaycan QHT-lərini maliyyələşdirən fondlar, birliklər var. Bunların neytrallığına, hamıya bərabər münasibət bəslədiyinə çox böyük şübhə var. Çünki onların qrant ayırdığı təşkilatlar arasında nədənsə müstəqil, eyni zamanda hakimiyyətin siyasətini dəstəkləyən QHT-lər yoxdur. Belə bir təəssürat yaranır ki, məqsədli surətdə Azərbaycanın daxili işlərinə qarışmaq, böyük maliyyə vəsaiti ayırmaqla burada gələcəkdə Ukrayna və başqa post Sovet ölkələrində baş vermiş hadisələri süni surətdə Azərbaycanda təkrarlamaq istəyi var”, - Mirzəzadə əlavə edib.
Milət vəkili onu da xatırladıb ki, 20 ildən çoxdur ki, belə fəaliyyət göstərməsinə baxmayaraq, həmin QHT-lərin və onların maliyyə ötürdüyü siyasi partiyaların Azərbaycanda dəstəyi yoxdur. Azərbaycan cəmiyyəti onların siyasətini qəbul etmir, onların arxasınca getmir: “Onların demokratik şüarlarının arxasında, ilk növbədə, anti-milli çağırışlar olduğunun fərqinə varır”.
Millət vəkili hesab edir ki, Azərbaycanda hər bir QHT, hər bir siyasi partiya özünün maliyyə mənbələrinin haradan olduğunun hesabatını verməlidir. Fəaliyyət şəffaf olmalıdır.
“Fəaliyyətlərinin mənbəyində xaricdən gələn pullar durduğundan bunu cəmiyyətə açıqlaya bilmirlər”, - o vurğulayıb.
Teymur Hacıyev
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Alla Puqaçova və Maksim Qalkin boşanır?
Qiymət artıranlar sərt cəzalandırılacaq
200 manatla başladı indi milyonerdir-FOTO
AQTA-dan çörək AÇIQLAMASI
Qəribə və nadir heyvanlar
“Survivor”a yeni iştirakçılar gəldi- FOTO
Bayramda neçə gün iş olmayacaq?
Zövq oxşayan ayaqqabılar
Məşhur futbolçunun qızıldan telefonu
Sürücülərə verilən vaxt bazar ertəsi bitir - 50 manat cərimə TƏHLÜKƏSİ
13 il əvvəl doğulmalı idi - bu il dünyaya göz açdı
Fizioterapiyanın 7 faydası
Bağırsaq polipləri
Yaşamağa yardım edən həyat devizim
Temperament
Hər qadın bunları bilməlidir
Yaşlandıqca cavanlaşan qadın-FOTO
Ödənişli təhsil məzuniyyətləri kimlərə verilir?
Yeni ili harada qarşılamaq olar? - Populyar istiqamətlər və qiymətlər
"O, Alim Qasımov qarşısında baş əydi"
Kitab oxumaq üçün rahat yerlər
2019 mətbəx dekorasiyası trendləri
Doktoranturaya qəbul imtahanları ilə bağlı DETALLAR
İnstaqram-dan möhtəşəm yenilik - FOTO
Muskat qozunun faydaları
Gündəlik və ziyafətlər üçün geyim kombinasiyaları
Azərbaycanlı deputatlar ermənilərə görə ayağa qalxdılar
Uşağınızı cəsarətləndirmək üçün 20 ifadə
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər
Madonna məhkəməlik oldu-SƏBƏB
Sabahın HAVAsı
Dünyada yeganə "şokolad" panda - VİDEO - FOTO
TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” - VİDEO
Dərinizi oxuyun
Kanada sakini lotereyadan 7,7 milyon dollar uddu
Sevimli cinsiniz: o da sizi sevirmi?
Arnold Şvartsenegger baba oldu
Prezidentin köməkçisindən 190 manatlıq bloklanmış kartlarla bağlı AÇIQLAMA
Demet Akalın 3 milyon qazanacaq-FOTO
Körpə gözləyən valideynlərə məsləhətlər
Makiyajdan asılı olduğunuzu göstərən xüsusiyyətlər
Yanğının səbəb olduğu fəlakət
"Bakcell"lə "Nar" birləşir?
Bürcünüzə görə hansı fəaliyyətlə məşğul olmalısınız?
Qarpızın fərqli təqdimatı
Dəbli yarımboğaz çəkmə modelləri
Superkompüter həkimi əvəzləyəcək
Heydər Əliyevin xatirəsinə velosiped yürüşü
HAVA necə olacaq? 11-yanvar
Obama Avropanı xəbərdar etdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]