
Nazirlər Kabineti "Hərbi qulluqçuların statusu haqqında" qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsini Konstitusiya Məhkəməsindən xahiş edib.
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, sorğuda qeyd olunur ki, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması və hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə "Hərbi qulluqçuların statusu haqqında" qanuna və "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə" 2010-cu il 11 may tarixli Qanunu qeyd olunan aktlara aşağıdakı məzmunda yeni müddəa əlavə edilmişdir:
"Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir".
Nazirlər Kabineti "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" 2012-ci il 28 sentyabr tarixli qərar qəbul edib.
Həmin Qərarın 1-ci hissəsinə görə hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.
Sorğuverənin qənaətinə görə, belə tənzimlənmə, əsasən, hərbi qanunvericilikdə təsbit olunmuş hərbi qulluqçunun statusunun anlayışının məzmunundan irəli gəlir. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
Sorğuda, həmçinin qeyd olunur ki, 2010-cu il 11 may tarixli Qanun 2010-cu ilin 12 iyun tarixindən qüvvəyə mindiyindən, 2012-ci il 28 sentyabr tarixli Qərarın icrası həmin Qanunun qüvvəyə mindiyi tarixdən etibarən həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilməlidir.
Konstitusiya Məhkəməsi sorğu ilə bağlı qərar qəbl edib.
Qərara görə, "Hərbi qulluqçuların statusu haqqında" qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunur.
Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Nazirlikdən qrip epidemiyası ilə bağlı AÇIQLAMA
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Hər kəs bu uşaqdan danışır
Günün qoroskopu: maliyyə baxımından uğurlu gündür
Smart saat sevgilisinin xəyanətini aşkarladı
Qurban bayramı TÖVSİYƏSİ
Gəlin saçı modelləri
Saç uzadan soğan suyu
Skandinaviya ölkələrinin mətbəx dekorasiyaları
Ehtiyatlı olun: Facebook-un 800 min istifadəçisi yeni virusun qurbanı oldu
Bakı metrosu ilə bağlı qadağa
Bakıda hamilə qadın koronavirusa yoluxdu: Vəziyyəti ağırdır
Xoşbəxt evlilik nədir?
Saç tökülməsinin qarşısını alan nar maskası
“İnstagram” və “Facebook” çökdü
Koronavirusla bağlı SON STATİSTİKA
Finlandiya 10 ölkənin vətəndaşlarına sərhədlərini bağlayacaq
Limonu dilimləyib yatağınızın başına qoyun
Türkiyədə 1500 illik İncil tapıldı-Qeydlər Vatikanı ayağa qaldırdı-FOTO
Məşhur aktyor xəsarət aldı
Rəngarəng çantalar
Uşaq geyimləri
İlan qızı buna görə əzizləyirmiş - İnanmayacaqsınız-FOTO
Sərt qış günlərində sağlamlığımızı necə qoruyaq?
İranı Azərbaycanla yeni körpü birləşdirəcək
Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?
Kişilər aşiq olarsa
Putin 7 rayonu necə qaytarır?
Həccin də xərci artır
"Barsa" qışda kimi transfer edəcək?
Facebook-da YENİLİK
Prezident Qənirə Paşayevanı təltif edib
Bakının bu hissəsində su olmayacaq
Məşhurların qəribə gözəllik sirləri
Qadin.Net - 4 il Sizlərlə!
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Demet Akalın 10 minlik çəkmə geyindi-FOTO
Müsəlmanlar küçəyə çıxacaq
Şəfa mənbəyi: Mixək
Keçmiş ərinə mesaj yazan ərəb qadına həbs cəzası verildi
Məşhur aparıcı işinə qayıtdı-FOTO
Mehriban Əliyeva fransalı səfirlə görüşdü - FOTO
İş axtarırsınız?..
Abdullah Gülün oğlu Harvarddan məzun oldu
Şeymanın bacısından gözlənilməz paylaşım
BÜRCLƏR bizə nə vəd edir?-4 Fevral
Bu ölkə müharibə tədbiri gördü
Morris sindromu
Azərbaycanın bu il məhsul idxal və ixrac etdiyi əsas ölkələr - SİYAHI
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]