Aprelin 19-da Maykl Bolton Bakıdakı Heydər Əliyev Mərkəzində ilk dəfə solo konsertlə çıxış edəcək.
Əslən rus olan 60 yaşlı ifaçı M.Bolton (əsl adı Mixail Bolotindir) həm də məşhur bəstəkardır. O, Bob Dilan, Ledi Qaqa, Dayan Uorren, Devid Foster, Fil Ramon, Barbara Streyzand, Con Lecend, Jay Z və "Kiss" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.
"Qremmi" mükafatı laureatı M.Boltonun albomları 53 milyon nüsxə ilə bütün dünyada yayılıb.
Trend konsert ərəfəsində lirik balladaların məşhur amerikalı ifaçısından müsahibə alıb
- Hər bir ifaçının öz üslubu var. Nə üçün sizin repertuarınızda lirik rok-balladalar üstünlük təşkil edir? Sizin üçün sevgi nə deməkdir?
- Mənim repertuarım çox rəngarəngdir - balladalardan blyuz-roka, ariyalara, caza, R&B-dək. Sevgiyə gəlincə, mən daima ümidsiz romantik olmuşam...
- Gəlin, sizin Bakıda Heydər Əliyev Mərkəzindəki konsertiniz barədə danışaq. Öz pərəstişkarlarınızı nə ilə təəccübləndirməyi planlaşdırırsınız?
- Bakıda ilk çıxışımı səbirsizliklə gözləyirəm. Bildiyimə görə Heydər Əliyev Mərkəzi maraqlı tikilidir, orada keçirilən tədbirlər isə kreativ və mədəni həyatın ən yüksək zirvəsidir.
- Yəqin ki, siz xüsusilə də ilk dəfə səfər edəcəyiniz ölkənin müvafiq ədəbiyyatı ilə tanış olursunuz. Azərbaycan haqqında nə bilirsiniz?
- Mən praktiki olaraq dünyanın bütün guşələrində olmuşam, çox gözəl arxitektura görmüşəm, təbiətin müxtəlifliyindən həzz almışam. Lakin bir şeyə əmin oldum: yalnız ünsiyyət və bu və ya digər xalqdan gələn istilik dəyişməz qalır. İfaçı üçün hamımızın sevdiyi musiqidən zövq alan insanlarla ünsiyyət hər şeydən vacibdir. Xəzərdən dağ zirvələrinədək Azərbaycanın möhtəşəm landşaftı barədə məlumatım var və mənə sizin ölkənizin musiqi ənənələri haqqında daha çox bilmək maraqlı olardı.
- Bildiyimizə görə, siz vegetariansınız. Bu necə oldu və vegetarian olmaq çətindirmi?
- Mən 30 ildən çoxdur ki vegetarianam. Vegetarian olmaq kifayət qədər asandır, hətta səyahətlər zamanı. Mən ona görə vegetarian oldum ki, belə həyat tərzini sağlam hesab edirəm. Dostlarımın onlara özlərini sağlam və xoşbəxt hiss etmələrinə imkan verən yeməklər hazırlamalarını və ya sifariş etmələrini sevirəm.
- Sizin ulu babalarınız Rusiyadandırlar. Bu sizə Birləşmiş Ştatlarda şöhrətə çatmağa mane olmayıb ki? ABŞ və Rusiyanın tamaşaçı auditoriyası arasında fərq mövcuddurmu?
- Mənim uğura doğru 18 illik yolum atamın rus əsilli olması ilə praktiki olaraq bağlı deyil. O, eləcə də nənəm və babam məndə sözünün üstündə durmaq və zəhmətsevərlik ruhunda tərbiyə ediblər.
Əlbəttə ki, dünyada müxtəlif tamaşaçı auditoriyası mövcuddur. Lakin musiqinin gücü və gözəlliyi hamımızı birləşdirir. Mənim musiqi biznesində rus əsilli olanlar da daxil olmaqla çoxlu dostlarım var. Onların arasında dünya şöhrətli və çox uğur qazanmış bəstəkarlar da var. Xüsusilə, Dayana Uorren və Barri Mannanın adını çəkə bilərəm. Onların nənələri və babaları da əslən Rusiyadandırlar.
- Çoxları uğur qazanmağa həvəs göstərir, lakin heç də hamı buna nail ola bilmir. Siz müğənni və bəstəkarsınız. Sizin uğurlu karyera formulunuz necədir?
- Uğurlu çoxillik karyera həmişə zəhmətsevərlik və intizam tələb edir. Mənə elə gəlir ki, ilahi vergiyə hər dəqiqə və istedada görə vaxtında ümid etmək lazımdır.
- Bir çox dünya şöhrətli ifaçılarla çalışmısınız. İndiyədək maraqla xatırladığınız məqamlar varmı?
- Belə məqamlar çoxdur! Mən onları sonuncu avtobioqrafik kitabım - "The Soul Of It All"da böyük məmnuniyyətlə təsvir etmişəm. Birgə çalışdığım ulduzlar arasında Bob Dilan, Ledi Qaqa, Luçano Pavarotti və ABŞ Prezidenti Bill Klinton var. Bu insanlar bu və ya digər şəkildə həyatıma təsir ediblər, məni ilhamlandırıblar.
- Yəqin ki, karyera vaxtınızın böyük hissəsini alır. Daha nə ilə məşğul olursunuz? Bəlkə hər hansı biznesiniz var?
- Mən mütəmadi olaraq karyeramla məşğul oluram. Bu, təkcə dünya üzrə çoxsaylı turlardan ibarət deyil: mən yazıram, o cümlədən ədəbiyyat, kino, televiziya və xeyriyyəçiliklə əlaqəli digər layihələrlə məşğul oluram.
- Siz "The Michael Bolton Charities" fondunun qurucusunuz. Bundan başqa, digər xeyriyyə təşkilatlarının layihələrində iştirak edirsiniz. Sizin üçün xeyriyyəçiliklə məşğul olmaq nə deməkdir?
- Musiqi sahəsində uğur qazanmazdan əvvəl mənim və gənc ailəmin ciddi maliyyə çətinlikləri yaşadığı vaxtlar olub, hətta evsiz qala bilərdik. Buna görə də uğur qazandıqdan sonra yerli sığınacaq yerlərinə yardım etməyə başladım. Və orada öyrəndim ki, qadınlar və uşaqlar qalmağa yer olmadığına görə deyil, daha çox məişət zorakılığına görə sığınacaqlara düşürlər. Bu zaman mən ailədə kobud davranış riskinə məruz qalan qadın və uşaqlara yardım üçün səylərimi birləşdirdim. Məşhurluq mənə KİV və qanunvericiliyə müəyyən təsir etməyə kömək göstərdi. İnsanın həyatını yaxşılığa doğru dəyişdirmək qabiliyyəti mənim üçün əsl mükafatdır.
- Gərgin iş qrafiki sizin uşaq və nəvələrinizlə ünsiyyətinizə necə təsir edir? Onlardan hər hansı biri sizin yolunuzla gedirmi?
- Səyahətlər zamanı elektron ünvan və SMS vasitəsilə qızlarımla mütəmadi ünsiyyət saxlayıram. Onlar isə nəvələrimin şəkil və videolarını mənə göndərirlər. Evdə - Konnektikutdə və ya qərb sahillərində olarkən ailəmin yanına gedirəm və bu mənim üçün həyatın ən dəyərli anlarıdır. Onlar isə imkan tapanda konsertlərimə gəlirlər.
trend.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Siqaretlə bağlı cərimə bu gündən qüvvədədir - 50 manat
Günün ulduz falı - 01.09.2013
Toy üçün evini və maşınını satdı-FOTO
Məşhurları belə də tanıyın
Mulan-dan ilk fraqment gəldi - VİDEO
Körpələrə ən çox verilən adlar açıqlandı – SİYAHI
Kluni əkizləri ilə bağlı çətinliklərdən danışdı -FOTO
Riçard Gir 3-cü dəfə ata oldu-FOTO
Səhər yeyəndə arıqlamağa kömək edən 4 ərzaq
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
Günün qoroskopu:Yaranan imkanları dəyərləndirin
Şüyüdlü-qiyməli plov (foto resept)
Hollivud ulduzu İlham Əliyevi təbrik etdi
Solğun mavi nöqtə
Qadınların nifrət etdiyi 6 kişi davranışı
Koronaya yoluxmanın yeni mənbəyi ortaya çıxdı
Ərdoğanın var-dövləti açıqlandı
Özcan yaxın dostlarına Feyzadan danışıb
Audi Q9 hazırlanır
Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir - RƏSMİ
II Avropa Oyunları Niderlandda keçiriləcək
Təhsili olmayan dahilər
Yuxusuzluq xəstəliyin xəbərçisidir
Qozlu sadə peçenye (foto resept)
Rusiyanın istehsal etdiyi koronavirus peyvəndinin ilk alıcısı bəlli oldu
Qarpızlı sərinləşdiricilər (foto resept)
Almaniya yığması London metrosunda
Yaralı əsgərimiz Şuşa qələbəsini xəstəxana pəncərəsində qeyd etdi - VİDEO
Dəfn mərasimləri üçün pul veriləcək
SMS-lər populyarlığını itirir
Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıq başladı
Mobil qurğularda parol necə olmalıdır?
Azərbaycan Superliqası: "Bacılar" üz-üzə
Toyuqlu boxça (foto-resept)
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
Məşhur model koronavirusdan qorunmaq üçün meşəyə köçür
Sadə aksessuarlar
İlham Əliyev və xanımı İtaliyada
İstirahət günündə Azərbaycanda hava necə olacaq?
Selena Gomez yeni FOTOları ilə TƏƏCCÜBLƏNDİRDİ
Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
“Hubble” gözəgörünməz qara dəlik aşkar etdi - VİDEO
İsti havaların hamilə qadınlara təsiri
Bel və kürək yağlarından xilas olmağın yolları
İlan, ya tırtıl?
Özcan Deniz yeni serialına start verdi
Acundan Cansu Dereyə təklif
Sadə sirniyyat (foto resept)
Dənizlinin “Xəzər Lənkəran”dakı yeni qaydaları
Sürücülər bu xəbərə mütləq baxsınlar














