
Maraqlıdır, bu qadağadan sonra sözügedən telefon markalarının satışında zəifləmə müşahidə edilirmi? Bir neçə telefon dükanında müşahidə apardıq.
“Neftçilər” metrosu ətrafında yerləşən telefon mağazasının satıcısı Cavanşirin sözlərinə görə, bu qadağa telefon satışına təsir etməyib: “Əksinə, indi müştərilər birinci telefonun smartfon olub-olmaması ilə maraqlanırlar. Əgər telefon smartfon deyilsə, almırlar”. Satıcının sözlərinə görə, bu cür telefonlarda dinləmə daha rahat olur: “Məsələn, iPhone markalı telefonların batareyası çıxmır. Bu telefonlarda dinləmə daha rahatdır. Yəqin ki, qadağa da bu səbəbdəndir”. “İrşad Telecom”da çalışan satıcı da bu qadağanın alverlərinə heç bir təsiri olmadığını dedi: “Artıq sadə telefonlara tələbat olmadığı üçün mağazanın vitrinində də bu cür telefonlar yoxdur. Hamı smartfon və android platformalı telefonlara üstünlük verir. Ən çox satılan telefonlar isə iPhone və ”Samsung GALAXY" markalı telefonlardır".
Telefonların dinlənməsinə gəlincə isə satıcı deyir ki, hazırda bütün növ telefonlar dinlənilir: “Bəzi adamlar düşünürlər ki, İPhone markalı telefonların dinlənməsi daha asandır. Amma bu, yanlış fikirdir. Bütün telefonların dinlənməsi mümkündür”.
Ekspertlər hesab edir ki, insanların telefon danışıqlarının dinlənməsi və elektron ünvanlarındakı məlumatların nəzarətə alınması təhlükəsi həmişə var. Ekspertlər mobil telefonun dinlənildiyini anlamağın bir neçə yolunu da açıqlayıb. Belə ki, əgər telefonun batareyası həddindən çox qızırsa, uzun müddət ona toxunan olmayıbsa və aparat qızıbsa, demək, onun içərisində nə isə baş verir. Telefonun enerjisi tez bitirsə, bu da onun dinlənilməsinə dəlalət edir.
Düzdür, bəzən enerji aparatları zaman keçdikcə yararsız hala düşür. Ancaq istənilən halda üç gün kifayət edən enerjinin bir saatda bitməsi təəccüblüdür. Telefonu bağlayanda gecikmə olursa, telefon bağlananda işığının da eyni anda sönməsi lazımdır. Əgər telefonunuzun işığı özü-özündən yanıb sönürsə, bağlanırsa, sizi kimsə dinləyə bilər.
Onu da qeyd edək ki, mütəxəssislər smartfonların hərbi təhlükəsini də önə çəkirlər. Belə ki, hakerlər üçün asan hədəf olan cihazlar qarşı tərəfə hərbi qrupların yerdəyişməsi ilə bağlı informasiya ötürə bilər. Çünki android əməliyyat sistemli telefonlar onu istifadə edən şəxsin dəqiq harada olması ilə bağlı məlumat ötürmək imkanına malikdir. İnternet təhlükəsizliyi üzrə mütəxəssislər Hyu Tompson və Markus Ceykobsonun verdikləri müsahibələr əsasən demək olar ki, dövlət qurumlarına, hərbi obyektlərə bu cihazların sadəcə cibdə aparılması belə təhlükəlidir. Müdafiə xarakterli elmi-təhqiqat araşdırmaları mərkəzinin (DARPA) apardığı təhqiqatın nəticələri göstərir ki, adi evinə bir SMS göndərilməsi ilə belə telefon istifadəçisinin bütün GPS məlumatları qarşı tərəfin əlinə keçə bilir. Bu halda bir hərbiçi zabitin telefonunun dinlənilməsi bir ölkənin taleyini həll edən informasiyaların ötürülməsinə aparıb çıxara bilir. Mütəxəssislər hələ ki bu sistemdən informasiya ötürülməsinin qarşısının alınması üzərində işləyirlər. Elə iPhone istehsalçıları da yaranmış qalmaqalın telefonun və kompaniyanın nüfuzuna böyük ziyan vurduğunu, yaranmış texniki problemlərin aradan qaldırılması üçün texniki araşdırmalar etdiklərini göstərirlər. Amma hələ ki problem qalır və onlardan müdafiə olunmaq üçün android əməliyyat sistemli telefonlardan imtina etməkdən başqa çarə görünmür.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əhval-ruhiyyəniz pis olduqda bunu oxuyun!
Günün qoroskopu:Hisslərinizin əsiri olmayın
Qadın bezlərinin reklamına razısınızmı?
Fərqli, yeni Alpina B4
Müqəddəs Valentin Günü: İslam buna nə deyir?
Sneyder: "Narahatam"
Azərbaycanda bu məktəblər ləğv edilir - RƏSMİ
"Qırmızı körpü"də gömrük-buraxılış işi dəyişdiriləcək
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı - VİDEO
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
"Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcək"
Psixi sağlamlıq üçün 8 qayda
Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO
Hansı ölkə internet lideridir?
Megan Marklın 135 minlik gəlinliyi və aksessuarları-FOTO
Okean mənzərəli tortlar
Qara nöqtələr üçün maska
Körpələrdə göbək yırtığı
Tələbələrin nəzərinə!
O, ən bahalı avtomobil oldu
Yeni şəxsiyyət vəsiqələri veriləcək
Mobil proqram qadının həyatını xilas edib
Ukrayna “Eurovision 2019”da iştirak etməyəcək
Mozaik tortlar
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
İsti havalarda necə geyinməli?
Bəzən inanmaq bəs edir
Bitkilər və təbabət
Milyarderin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
İşgəncəyə məruz qalmış it
Sürücülərə xoş xəbər
Bakının bir rayonunda qaz olmayacaq
Gözəl fincanlar
İbrahim Kalın koronavirusdan sağaldı
Beyons ailəsi ilə istirahətdə - FOTO
Güllərin özəlliyi
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
Ramazan ayının 12-ci gününün imsak və iftar vaxtları
Klafuti (foto-resept)
Yay vaxtına keçid bizə nə verir?
Qızardılmış toyuq ciyəri (foto-resept)
Gənclər bu xəbəri çoxdan gözləyirdilər!
Prezident İlham Əliyev və xanımı rəsmi qəbulda
Nikel allergiyası
Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib
Uşaqlar üçün yeni ilə aid saç düzümləri
Kənan Doğulu və Beren Saat toy il dönümünü belə qeyd etdilər
Yeni il oyuncaqlarının tarixi
MG ilk krossoverin istehsalına başlayır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]