“Təbii ki, sözügedən strategiyanı işləyib hazırlayan komissiyanın üzvü kimi, mən təhsilin inkişafının strateji məqsədlərində 12 illik sistemə keçidin müəyyən edilməsini düzgün hesab edirəm”. Lent.Az-ın məlumatına görə, bunu Tələbə Qəbulun üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə anspress-in sorğusuna cavabında bildirib. Məleykə Abbaszadə ölkədə 12 illik ümumi təhsilə keçidin Dövlət Strategiyasına əsasən təsbit edildiyini bildirib: “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Həmin strategiyada Respublikamızda 12 illik ümumi təhsilə keçidin təmin olunması təsbit edilib”.
“12 illik təhsil sisteminə keçidlə əlaqədar olaraq TQDK-nın fəaliyyətində hansı dəyişikliklər olacaqmı” sualına Komissiya sədri Məleykə Abbaszadə sərəncama əsasən, 5 ay ərzində Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icra mexanizminin hazırlanıb Prezidentə təqdim edilməli olduğunu söyləyib: “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə ölkə prezidentinin fərmanına əsasən, təhsil sahəsində vahid dövlət siyasətini həyata keçirən qurum Təhsil Nazirliyidir”. Məleykə Abbaszadə strategiyanın hansı mexanizm üzrə hansı müddətə həyata keçiriləcəyini Təhsil Nazirliyinin müəyyən edəcəyini bildirib: “Bunu nazirlik müəyyən edəcək ki, strategiyada təsbit olunmuş hədəflər hansı mexanizm üzrə və hansı müddətdə həyata keçiriləcək”.
TQDK sədri 12 illik sisteminə keçidlə əlaqədar planlar açıqladıqca Komissiyanın fəaliyyətində müəyyən dəyişikliklər olacağını söyləyib: “Öz tərəfimdən isə onu deyə bilərəm ki, TN-nin taktiki planları açıqlandıqca, TQDK öz fəaliyyətini tənzimləyən normativ sənədləri işləyib hazırlayacaq”. M. Abbaszadə yeni sistemə keçidlə əlaqədar qəbul qaydalarında dəyişiklik ola biləcəyini də söyləyib. Məleykə Abbaszadə qəbul qaydaları ilə bağlı hər hanşı dəyişiklik olarsa, əvvəlcədən məlumat verəcəklərini söyləyib: “Ümumiyyətlə, təhsil sistemi canlı orqanizmdir. Hər bir orqanizmdə olduğu kimi, burada da hərəkət, dəyişiklik-həyatdır, durğunluq isə ölümdür. Şübhəsiz, yeni sistemə keçidlə bağlı qəbul qaydalarında hər hansı dəyişikliklərin həyata keçirilməsi zərurəti yaranarsa, bu haqda 1-2 il əvvəl məlumat veriləcək”. M. Abbaszadə 12 illik təhsil sisteminə keçidin Azərbaycan təhsilinə təsiri ilə bağlı dərin və tutarlı araşdırmaların aparılmasının tərəfdarı olduqlarını qeyd edib. O hər il belə elmi araşdırmaların komissiya tərəfindən aparıldığını söyləyib. “Belə təhlillər həm sosioloqlar, həm demoqraflar, həm də iqtisadçılar tərəfindən aparıla bilər. Eyni zamanda, elmi konfranslar və seminarlar çərçivəsində peşəkarlar və mütəxəssislər tərəfindən belə məsələlər ətrafında fikir mübadiləsinin aparılması mövcud problemlərin dərk edilməsinin səviyyəsinin artırılması ilə nəticələnə bilər”.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR