
“Soyuq qış günlərində yatağımızın buz kimi olmasını heç kim istəməz. Bu problemi aradan qaldırmaq üçün elektrikli yorğanlardan istifadə edin”. “Elektrikli yorğan satılır. İsti qış keçirmək üçün tələsin. Qiyməti 14 AZN”. Yəqin ki, belə reklamlar çoxumuzun diqqətini çəkib. Artıq 2-3 ildir ki, elektrikli yorğanlar ölkə bazarlarına çıxarılıb və soyuq qış günlərində isinmək üçün insanların istifadə etdiyi ən önəmli qızdırıcı əşyalardan birinə çevrilib. İlk baxışda faydalı kimi görünən bu qızdırıcı vasitələr insanların diqqətini çəkə bilir.Maraqlıdır, elektrikli yorğanların istifadə qaydası necədir və insan orqanizminə nə dərəcədə xeyirlidir? Bu suallara cavab tapmaq üçün kiçik bir araşdırma apardıq.
İstifadə qaydası
Elektrikli yorğan yatmazdan 1-2 saat əvvəl döşəyin üzərinə sərilir və cərəyana qoşulur. Bu müddət ərzində yorğan qızdığı üçün yatağı da qızdırmağa başlayır. İnsan yatağa daxil olarkən rahatca isinə bilir. Mütəxəssislər məsləhət görürlər ki, yorğan yatağı qızdırdıqdan sonra söndürülməlidir. Elektrikli yorğandan istifadə edən Zülfiyə bizimlə söhbətində yuxuda olarkən çox tərlədiyini bildirdi: “Ötən il Sədərək ticarət mərkəzindən 12 manata aldım. Havalar çox soyuq olanda qorxa-qorxa istifadə edirdim. Çünki gecələr tərin içində ayılır və dəhşətli dərəcədə susayırdım. Adətən bu yorğanda yatarkən özümü səhər xəstə kimi və halsız hiss edirdim”. Aynurun sözlərinə görə isə, bu yorğanlar insan bədənini yandıra bilir: “Öz başıma gələn hadisəyə əsasən deyə bilərəm ki, elektrikli yorğanla yatarkən əgər tərpənmədən eyni yerdə qalsaq, bədənin yorğan olan hissəsində göynəmələr olur və bədənin bəzi yerlərində qızartılar əmələ gəlir. Bu səbəbdən bundan istifadə edərkən yatağı isitdikdən sonra cərəyandan çıxarmaq lazımdır”.
Elektrikli yorğan və ölüm
Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu yorğanlar daha çox qardaş ölkə Türkiyədə yayılıb. İstər qardaş ölkədə, istərsə də bizim bazarlarda bu yorğanların qiymətləri 8 manatdan 50 manata qədər dəyişir. Bu ölkədə demək olar ki, hər 4 ailədən biri elektrikli yorğanlardan istifadə edir. Təbii olaraq, ən çox fəsadlar da elə bu ölkədə baş verib. Ötən il qış aylarında Türkiyədə dostunun evinə qonaq gələn 44 yaşlı Cəlal Öztəkin gecə yatarkən isinmək üçün elektrikli yorğandan istifadə edir və səhərə yaxın qısaqapanma nəticəsində yorğan tüstüləməyə başlayır. Bu zaman yuxuda olan Cəlal tüstüdən zəhərlənərək ölür. Türkiyədə yaşayan 82 yaşlı qadın isə eyni səbəbdən evdə yanğın baş verməsi nəticəsində yanaraq dünyasını dəyişir. Belə ki, qadının üzərində alovlanan yorğan çox keçmədən bütün evə yayılır və hər şeyi kül edir.
“Elektrikli yorğanlar genetik pozğunluq yaradır”
Mütəxəssislər bu yorğandan istifadə edərkən yarım saat sonra naqili cərəyandan çıxarmağı məsləhət görürlər. Onlar bu yorğanların dəhşətli fəsadlar yaradacağını düşünürlər. Bu sahədə araşdırma aparan həkimOsman Çerezci türk mətbuatına şüursuzca istifadə edilən yorğanların fəsadlarından danışıb. Onun sözlərinə görə, yorğan cərəyana taxılı vəziyyətdə yatağa daxil olduqda, insan bədəni həddindən artıq miqdarda maqnetik radiasiyaya məruz qalır və bu da başağrısı, yuxu nizamsızlığı, narahatlıq, stress kimi xəstəliklərə səbəb olur: “Elektrikli yorğanlar cərəyana qoşulu vəziyyətdə olarkən insan bədənini şüalandırır. İnsanlar yatağa istirahət etmək, yorğunluğunu atmaq üçün girir, əgər orqanizm istirahət etməsə, insan sağlamlıq baxımından çox böyük çətinliklər yaşayar. Elektrikli yorğanlar hamilə qadınların və uşaqların immunitet sisteminə xüsusilə mənfi təsir edir və hamilə qadınlarda genetik pozğunluqlara səbəb olur”.
Xərçəng riski
Osman Çerezci vurğulayıb ki, elektrikli yorğanlar işlək vəziyyətdə olarkən ondan istifadə etmək olmaz: “Elektrikli yorğanlar cərəyana qoşulu vəziyyətdə üzərində yatdıqda, orqanizm gecə boyunca elektromaqnit radiasiyaya məruz qalır. Elektromaqnit radiasiyaya uzun müddət davamlı olaraq məruz qaldıqda, toxumalarda istilik artır. Bədən istiliyinin artması da hüceyrə quruluşunu pozur və bu, hüceyrələrdə ciddi fəsadlar yaradır. Bu fəsadlar isə daha sonra xərçəng xəstəliyini yaradır”.
“Yorğanların sertifikatı yoxdur”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, istehlakçılar bu vasitələrdən istifadə etdiyi zaman mütləq onun sertifikatını tələb etməlidirlər: “Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən, elektrikli yorğanlar məcburi sertifikatlaşdırmadan keçməlidir. Lakin bizdə olan məlumatlara görə, bunlar sertifikatlaşdırmadan keçməyib, buna görə əhali bu yorğanları alan zaman mütləq məcburi sertifikatlaşdırmadan keçməsi vacib olan sənədi tələb etməlidirlər. Bu sənəd olmadan o yorğanlardan istifadə etmək təhlükəlidir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Deputatların maaşı: hansı ölkədə nə qədərdir?
"Məhəbbət" tortu (foto resept)
Koronavirus bu qan qrupunu yox etmək üçün yaradılıb - ŞOK İDDİA
Leonardo Di Kapriodan 5 milyon dollarlıq xeyirxahlıq
Türkiyə ilbiz ixracından milyonlar qazanır
Üz formasına görə xarakter
“Sony” ev işini görən robot buraxacaq
Planetin 10 ən cazibədar qadını
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
Elektriklə işləyən Audi R8
Bakıda yeni metro stansiyasının tikintisinə başlandı
Gözəl saç aksessuarları
Gəncədə futzal üzrə birincilik keçirilir
Ləzgi paxlavası (foto resept)
İstehlak cəmiyyətinin psixoloji travmaları
Ferhat Köçerin evlilik fobiyası
Rasmussendən İŞİD-lə bağlı açıqlama
Seçimlərdən ən çətini…
Qırıcılarımız cəbhədə
Qadın içkili kişini ölümdən xilas etdi – VİDEO
Moskva Xəzər vasitəsilə qaz kəmərinin tikintisinə qarşı çıxış etdi
Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutur - RƏSMİ
Kəsmikli "konvertlər"(foto resept)
Hadisə arıqlayıb-FOTO
Bakıda İNANILMAZ FIRILDAQÇILIQ - Satıcılar, diqqətli olun!
Maraqlı sabun formaları
Çillərdən qurtulaq!
Bu çəkmə minada partlamır
Mayonezli peçenye (foto-resept)
"Türkiyə Azərbaycana kömək edəcək"
Tuba hamam səhnəsindən danışdı
Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib
Texnoloji aslılıq- kütləşirikmi?
Stressiz arıqlamağın 4 yolu
Virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar - VİDEO
Su damcıları - stop kadrda
Olimpiya Oyunaları üçün suvenir xalçalar toxunur
Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib
Dünya yenə onları izləyəcək
Bakı metrosunun fəaliyyəti dayandırılır? - İCLAS KEÇİRİLİR
Ərdoğan qondarma “soyqırımı” barədə ABŞ-a xəbərdarlıq etdi
İlin ən yaxşı fotoları
Gələn il “BakıKart”ın yeni növü hazırlana bilər
70 yaşlı futbolçu-FOTO
Daha bir yenilik - satışa quru araq çıxarılır
Günün ulduz falı
Messi ildə azı 18 milyon avro qazanacaq
Selena Qomez də koronavirusla mübarizəyə qoşuldu
"Taxt oyunları"nda yeni DİL
Azərbaycanda rabitə və internet tariflərinin - YENİ QAYDALARI















- ŞƏRHLƏR