
Toy şənliklərində, müxtəlif mərasimlərdə stol arxasında kişilərlə bərabər oturan qadınların da spirtli içki içməsinin dəfələrlə şahidi olmuşuq. Əvvəllər bu “dəb”ə müğənni, artist camiyəsində rast gəlinirdisə, indi hal az qala, “ənənə”yə çevrilməyə başlayıb. Hətta əlindəki badəni peşəkarlar kimi birnəfəsə başına çəkən qadınlar da az deyil. Üstəlik, içki içməyən qadınlara lağa edib, onları müasirlikdən uzaq olmaqda qınayanlar da var. Qadınların spirtli içkilərdən istifadəsi isə zamandan asılı olmayaraq, cəmiyyətdə heç zaman birmənalı qarşılanmır. “Qadın və alkoqol bir araya sığırmı?”, “Qadının alkoqollu içkilərdən istifadəsi müasirlikdir, yoxsa lazımsız dəb?”, “Alkoqoldan mütəmadi istifadənin sonu nədir?” və s. bu tipli suallara cavab axtararkən maraqlı nüanslarla qarşılaşdıq.
Alkoqol epidemiyası
Rus qadınlarının alkoqola aludəçiliyi əslində millətindən asılı olmayaraq, bu zərərli vərdişin ürəkaçmayan nəticəsini ortaya qoyur. Demək olar ki, qonşu ölkədə bütün gənc qadınlar alkoqoldan istifadə edir və bu doza çox yüksəkdir. Hətta orta məktəbin 10-11-ci sinif şagirdləri arasında 70 faiz qızlar nəinki təkcə alkoqolun nə olduğunu bilirlər, onu kifayət qədər müntəzəm qəbul edirlər. Ölkədə 50 faiz hamilə qadınların da alkoqola meyilli olması məlum olub. Belə ki, gələcək ana çox vaxt hamilə olduğunu bilmədən içməkdə davam edir. İçən anaların gələcək nəsillər üçün hansı təhlükə yaratdığı isə monitorinqlərin nəticələrində üzə çıxıb. Rusiyalı həkimlər deyirlər ki, alkoqol düşkünü olan anaların dünyaya gətirdiyi uşaqlarda zahirdən ağıldankəmlik hiss olunur: "Bu cür uşaqların üzünün orta hissəsi və beyni lazımi qədər inkişaf etmir. Dünyanın bütün ölkələrində bu cür uşaqlar oxşar qüsurlarla doğulur: gözlərində çəplik, qulaq seyvanı böyük, ümumi fiziki inkişafdan qalma, alçaqboy və s. olurlar. Bu cür bioloji xüsusiyyətlər bütün xalqlar üçün hamilə qadının alkoqoldan istifadəsinin göstəricisidir”. Rusiyada aparılan monitorinqlər orta məktəbdə oxuyan qızlar arasında spirtli içkilərdən geniş istifadəni də üzə çıxarıb. Belə ki, məktəbli qızlar spirtli içkilərdən mütəmadi istifadə edirlər. Ancaq eyni yaşda oğlan uşaqları arasında isə Rusiyada rəqəmlər o qədər də yüksək deyil. Daha doğrusu, oğlanlar alkoqolla tanışlığa daha gec başlayırlar. Monitorinq qrupunun rəhbəri Yelena Varavikova bildirib ki, ölkədə alkoqoldan istifadə səviyyəsi gələcək nəsillərin və əhalinin sağlamlığını risk altında qoyur. Belə ki, alkoqol hamiləliyin normal müddətini pozur. Bu hətta, uşaqsalmaya, ölü doğuşlara, rüşeym dövründə pozuntulara və eybəcər uşaqların doğulmasına səbəb olur. Rusiyada bu sindromdan əzab çəkənlərin ümumi sayı məlum olmasa da, "içkili sonluğ"un genişlənməsi Rusiya uşaq evlərinə “daun” sindromu ilə yerləşdirilən uşaqların bir neçə dəfə çoxaldığını ortaya çıxarıb. “Əgər qadın hamiləlik dövründə alkoqoldan istifadə edirsə, demək, o, buna erkən yaşlarından aludə olub. Ancaq Rusiyada hamiləliklərin yarısı planlaşdırılmamış olduğundan, qadınlar öz vəziyyətlərini bilmədən içməkdə davam edirlər”. Tədqiqatlar göstərir ki, analar xüsusən hamiləlik dövründə alkoqol qəbul edərkən bu, doğulacaq uşaq üçün böyük risk yaradır. Bu, həmçinin ailənin gələcəyi və ölkə üçün təhlükəli sayılır. “Hazırda Rusiyada həkimlərin nevroloji status qoyduğu çoxlu sayda uşaqlar böyüyür. Bu o deməkdir ki, bu uşaqlar alkoqol düşkünü olan analar tərəfindən dünyaya gətirilib. Rüşeymin inkişafı dövründə onlara psixoloji, fiziki və emosional inkişafın pozğunluğu diaqnozu qoyulub. Həmçinin Şərqi Avropadan qəyyumluğa götürülən uşaqların da əksəriyyətində nevroloji problemlərin ortaya çıxması analarının içkidən istifadəsi ilə əlaqədar olub”. Hazırda Rusiyada doğulan uşaqların çoxunda rüşeymin inkişafı dövründə alkoqol pozuntuları aşkarlanıb. Belə ki, həmin analar həftə ərzində dozadan 7 dəfə çox alkoqoldan istifadə edirlər. “Bioloji nöqteyi-nəzərdən isə 3 badə çaxır da normal sayılmır. Əgər ana 9 ay ərzində özünü saxlaya bilməyib içki içməkdə davam edərsə, o, ömürlük patologiya qazanır: bütün ömrü boyu onun gözləri qarşısında eybəcər doğulan uşaq böyüyür”. Ekspertlərin fikrincə, bu məsələdə rusiyalılar heç də amerikalılardan geri qalmırlar. Amerikalı sosioloqlar hesab edirlər ki, ABŞ-da hər 4-5 dəqiqədən bir qüsurlu uşuqlar doğulur. Nəticə isə birmənalıdır: bu, rüşeymin inkişafı dövründə alkoqolun yaratdığı pozuntulardır. "Başa düşmək vacibdir ki, bu vəziyyət psixi xəstəliklərə gətirib çıxarır. Həmçinin gənclər arasında cinayətkarlığın artmasına, sosial adaptasiyanın pozulmasına, evsizliyə, işsizliyə, kriminal strukturların formalaşmasına və s. səbəb olur" - deyə onlar hesab edirlər. Rusiyalı ekspertlər bu cür uşaqların erkən diaqnozunu aparmaq üçün çarəni profilaktik proqramların həyata keçirilməsində görürlər: "Biz hesab edirik, hamilə qadınlar xüsusi nəzarət altında olmalıdırlar ki, onların alkoqoldan istifadə etmələri müəyyənləşsin. Biz sosial haqları və normaları məhdudlaşdırmağa çağırmırıq, sadəcə, hazırkı şərait və epidemiyanın şərtləri haqqında danışırıq. Risk faktoru genişlənir və bu, alkoqoldan kütləvi istifadə ilə əlaqədardır. Bu məsələdə Rusiyanı böyük təhlükələr gözləyir. Səhiyyə Nazirliyi də bunun üçün konsultasiya marşrutu işləyib hazırlamalıdır”.Mütəxəssislər digər bir çarəni problemin böyüklüyünü göstərmək üçün sosial reklamların hazırlanmasında görürlər: "Əllərində pivə butulkaları tutan müasir qızlar alkoqolu ziyansız içki kimi qəbul edirlər. Əgər onların hansındansa “gün ərzində nə qədər spirtli içki içirsən” deyə soruşsan, "çox azca" cavabını almaq olar. Ancaq bu "az" birlikdə vahiməli və təhlükəli rəqəmə çevrilir”. Hazırda Rusiya alkoqol epidemiyası mərhələsini yaşayır. Məsləhət görülür ki, bütün qadınlar arasında ana olacaqları dövrə qədər müayinə aparılsın.
Müasirliyin kriteriyaları
Qonşu olkədəki ürəkaçmayan vəziyyətdən dərs çıxarmaq məqsədi və epidemiyanın bizdə də yayılma qorxusu ilə ekspertlərə ünvanladığımız suallara cavablar qadınların alkoqol içməsinə mənfi münasibəti üzə çıxardı. Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, hər bir ölkə üçün əsas məsələ əhalinin sağlamlığıdır. Belə ki, əhalinin keyfiyyətli olması üçün 3 əsas şərt - fiziki sağlamlıq, mənəvi zənginlik və əməyə yaradıcı münasibət tələbatı yüksək olmalıdır: "Ana alkoqollu içki içməyə başlayanda onun reproduktiv sağlamlığına ciddi zərbə dəyir. Eyni zamanda, o, dünyaya gətirəcəyi uşaqların sağlamlığına da zərbə vurur. Mən xüsusən toy şənliklərində bəylə gəlinin alkoqol içdiyini görəndə dəhşətə gəlirəm”. Sosioloq Azərbaycan mühitində içki içən qadına müəyyən qədər ictimai qınağın olduğunu bildirir: “Bir qisim adamlar içki içən qadına normal baxsa da, böyük bir qismi normal baxmır. Digər tərəfdən, Azərbaycan qadını psixoloji cəhətdən içki içməyə hazır deyil. Gürcü, ingilis və ya fransız qadını içki içməyin normasını bilirsə, bizim qadınlarda bəzən içki içmək mədəniyyəti lazımi səviyyədə deyil. Hər şeydən əvvəl içki içən qadın özünü idarə edə bilmir və nəticədə onun mənəviyyatına, əxlaqına təsir edən məsələlər ortaya çıxır. Bəzi qadınlarda isə içkiyə aludəçilik yaranır. Bu, onun əmək qabiliyyətinə də ziyan vurur. Evdə böyüyən uşaq hiss edəndə ki, anası alkoqollu içki qəbul edir, bu, uşağın gələcək taleyində böyük rol oynayır". İçki içməyin qadınlar üçün müasirlik şərti olub-olmamasına gəlincə, sosioloq hesab edir ki, müasirlliyin meyarlarını kimsə təyin edə bilməz: “Müasirlik tamam başqa şeydir. Müasirlik indiki dövrdə zamanı daha yaxşı dərk edərək öz fəaliyyətini ahəngdar qura bilməkdir. Həmin adam Qərb ölkəsinin hər hansı içki düşkünündən daha müasirdir. Kim müqayisə edə bilər ki, bir kübar qadın daha müasirdir, yoxsa içki düşkünü olan bir qadın? Müasirliyi birbaşa alkoqolla müqayisə etmək olmaz. Müasirliyin belə kriteriyaları yoxdur. Ən müasir adam fiziki sağlamlığının, mənəvi zənginliyinin və əməyə yaradıcı münasibətinin qayğısına qalandır".
Ana üçün nə içki?
"Qadın təkcə qadın deyil, o, hər şeydən əvvəl anadır. Biz gərək ananı fikirləşib danışaq" - deyən yazıçı Mövlud Süleymanlı, ümumiyyətlə, qadınların alkoqoldan istifadəsini yolverilməz sayır: "Təsəvvür edin, bir tərəfdə qadın, bir tərəfdə də alkoqollu içkilər. Ən böyük faciə budur. Burada hansı müasirlikdən danışmaq olar? Ana üçün nə içki? Bütün müharibələrdən, qorxulu silahlardan ən dəhşətlisi ananın yavaş-yavaş azalması və sonda tapılmamasıdır. Ana dediyimiz məfhumun ətrafında görün nələr var! Ananın geyimi, düşüncəsi, insanlara, cəmiyyətə, dünyaya, torpağa, bərəkətə münasibəti tamam ayrı olur. Biz əgər bu gün onu itiririksə, demək, bütün münasibətləri itiririk".
Respublikanın baş pediatrı Nəsib Quliyev məsələyə tibbi nöqteyi-nəzərdən yanaşaraq bildirdi ki, zərif məxluqun, xüsusən ana olmağa hazırlaşan qadınların içki içməsi çox ziyanlıdır: "Hər hansı bir mərasimdə 50 qram şampan şərabı içməyin qorxusu yoxdur. Amma alkoqola aludəlik qadın üçün ümumiyyətlə, qəbulolunmazdır". N.Quliyevin sözlərinə görə, spirtli içki ilk növbədə qadının reproduktiv sağlamlığına zərər verir: "Ümumiyyətlə, insan orqanizmində elə bir toxuma yoxdur ki, izafi qəbul olunan alkoqol ona zərər yetirməsin. Bu, bütövlükdə orqanizmi məhv edir. Son nəticədə isə şəxsiyyətin deqradasiyasına gətirib çıxarır". Qeyd edək ki, artıq bir sıra ölkələrdə problemin tədqiqi üçün böyük pullar xərclənir. Belə ki, ABŞ-da alkoqol problemlərini öyrənmək üçün dünyada ən güclü institut fəaliyyət göstərir. Artıq tədqiqatlar aparılıb, proqramlar qəbul edilib. Hazırda Amerikada bütün şərab şüşələrinin etiketində hamilə qadınların siluetinin yer alması məsləhət görülür. Şüşənin üzərindən qırmızı xəttlə keçən bu ismarıc dövlətin diqqətini məsələyə yönəltməkdən ötrüdür. Eni zamanda, siqaretlərin üzərndə yer alan eyni etiket alkoqolun hamilə qadınlar üçün ziyanlı olması anlamına gəlir. Əlbəttə, təşəbbüs çox gözəldir. Amma Allah eləsin, bizə bu təcrübə, ümumiyyətlə lazım olmasın!
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
“İlk əvvəl içinizdəki uşağı öyrədin”
Evli kişi olmağın əlamətləri
Yarımçıq işlərlə necə başa çıxmalı? (2-ci hissə)
Məşhur aktyor ata oldu-FOTO
Müəllimdən narazı olan valideynlər nə etməlidir?
Dərketmə gücünü inkişaf etdirmək üçün bunları edin
Ramazan ayının 24-cü gününün imsak və iftar vaxtları
Küçəyə çıxmaq qadağasını heçə sayan vətəndaşların polis görərkən etdikləri - VİDEO
3 addımda Elsa Hoskun gündəlik makiyajı
DÇ-2014-ün simvolik yığması seçildi
Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir
Pozitiv düşünmək idmandan da faydalıdır
Bakıda daha belə ət ala bilməyəcəksiniz
Bu şagirdlər universitetlərə imtahansız qəbul ediləcək
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Şumaxer ailəsinin səsini eşidəndə ağlayır
Qış xəstəliklərindən necə qorunmalı?
Bütün binanın sakinləri koronavirusa yoluxdu
Qapanma günlərində itləri harada gəzdirmək olar? - RƏSMİ AÇIQLAMA
Fincanda kek (foto resept)
Gənc qadının internetdən verdiyi sifariş hamını təəccübləndirdi - FOTO
Azərbaycanda təhsildə yeniliklə bağlı qanunda dəyişiklik olacaq
Bu domen 3,6 milyon dollara satıldı
Qənaətcil olmaq üçün 5 təklif
Uşaqların sosial-psixoloji inkişafı-22
Sucuq (foto resept)
Romantik gəlinlər üçün çəhrayı gəlinliklər
Gündəlik geyim kombinasiyaları (1)
Qeyri-adi aksesuarlar
Məşhur aktyor öldü
Hadisə 3 aydan sonra bacısı ilə barışdı
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Azərbaycan böhranla üz-üzə
ATƏT-in Minsk Qrupunun bundan sonrakı taleyi - VİDEO
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Azərbaycanda real bilik defisiti: nə qədər ki, diplom önəmli olacaq...
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Millət vəkilləri süni mayalanmanı müzakirə etdilər
Erməni atalar övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Ronaldo sevgilisinə 615 minlik üzük aldı
Bürcünün həyat fəlsəfəsindən xəbərdar ol
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Dünyada bankomat fırıldaqçılığı artıb
Baş infeksionist: “Rayonlarda vəziyyət gərgindir..." - Müsahibə
Günün qoroskopu: Səhhətinizə diqqət edin!
Günün qoroskopu: romantik hisslər istisna deyil
Daha bir şəhidmizin adı bilindi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]