Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi - 12 ünvanında yerləşən “Aspirantlar yataqxanası”na aid ərazidə “Evro Stroy–S” MMC şirkəti tərəfindən 4 bloklu yeni yaşayış evi tikilir.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, AMEA ilə “Evro Stroy–S” arasında 2012-ci ilin noyabr ayında imzalanmış podrat müqaviləsinə görə, tikinti şirkəti öz hesabına inşa etdiyi 1 bloklu, 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla AMEA-ya təhvil verməyi öhdəsinə götürüb.
Bu ilin martında başlanmış tikintinin 2014-cü ilin sonunda yekunlaşacağı gözlənilir. 1978-ci ildə istifadəyə verilmiş 9 mərtəbəli “Aspirantlar yataqxanası” 118 yaşayış otağından ibarətdir. Otaqların sahəsi 22,4 kvadratmetrdir. Bu il iyun ayının 4-də AMEA Rəyasət Heyətinin sərəncamı ilə yataqxanada texniki vəziyyətin öyrənilməsi, orada yaşayan və qeydiyyatda olub yaşamayanlar barədə ətraflı məlumat hazırlanması məqsədi ilə komissiya yaradılıb. Komissiya tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, hazırda yataqxanada 116 ailə yaşayır, onlardan 76-sında ən azı bir ailə üzvü AMEA-nın əməkdaşıdır. Binanın ümumi istifadə sahələri olan bəzi mətbəxlər, idman zalı, yuyunma otağı və digər yerlər də yaşayış sahələri kimi istifadə olunur. Yataqxanada uzun müddət lazımi təmir işləri aparılmadığına görə binanın texniki vəziyyətində xeyli çatışmazlıqlar yaranıb.
İlkin məlumatlara görə, yataqxanada qeydiyyatda olub, lakin orada yaşamayan 238 nəfər müəyyən edilib. Bu rəqəmin daha çox olması ehtimal olunur. Onların arasında çətinliklərlə kirayədə yaşayan, məskunlaşdığı mənzildə yaradıcılıqla məşğul olmağa hətta minimum imkanları olmayan elmi işçilər də az deyil. Hazırda yataqxanada ümumən neçə nəfərin qeydiyyatda olması dəqiqləşdirilir. Komissiyanın Rəyasət Heyətinin təklifləri əsasında yataqxana ilə əlaqəli bir sıra problemlər öz həllini tapıb. Marşrut yolundan yataqxanaya qədər uzanan yola və binanın ətrafına asfalt döşənib, ümumi istifadə sahələrində təmir işləri aparılıb. Bunlardan əlavə, yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq sakinlərin təhlükəsizliyinə və onlara narahatlıq yaradan digər işlərə nəzarət məqsədi ilə AMEA və tikinti şirkətinin işçilərindən ibarət daim fəaliyyət göstərən komissiya yaradılıb. Yataqxanada məskunlaşma zamanı yol verilmiş qanun pozuntularının araşdırılması və aradan qaldırılması üçün təkliflər hazırlanması məqsədi ilə xüsusi komissiya yaradılıb. Komissiya yataqxanada yaşayan və qeydiyyatda olub yaşaması mümkün olmayan elmi işçilərin mənzil problemlərinin həlli niyyəti ilə təkliflər hazırlayacaq. Komissiya işini başa çatdırıb təkliflərini təqdim etdikdən sonra növbəti komissiya yaradılacaq və onun AMEA Rəyasət Heyətinin və strukturlarının nümayəndələrindən ibarət olması nəzərdə tutulur. Bu komissiya əvvəlki komissiyaların işlərinin nəticələri və təklifləri əsasında AMEA-nın əməkdaşlarının yeni tikilən yaşayış binasında mənzillə təmin olunma məsələsinə dair Rəyasət Heyətində baxılması üçün təkliflər təqdim edəcək.
Mənbə.Lent.az
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır