
Hər bir insan həyatda üzləşdiyi müxtəlif hadisələr zamanı qərar qəbul etməli olur. Bəzi qərarlarımız bütün həyatımızı idarə edir, yanlış verdiyimiz qərar bizi yanlış istiqamətə də yönəldir. Bu səbəbdən də psixoloqlar "sonrakı peşmançılıq fayda verməz" prinsipi ilə hərəkət etmək və düşünülmüş qərarlar verməyi məsləhət görürlər.
Psixoloq Nuranə Kazımovanın sözlərinə görə, insan hər gün seçim etməli olur: "Bəziləri bunu yaxşı bacarır, bəziləri isə heç cür seçim edə bilmir və bunu başqalarına həvalə edirlər. Misal üçün, biri geyim alarkən və ya saç düzümü edərkən özü bir qərar verə bilmədiyi üçün ətrafındakı insanlardan və ya çox inandığı yaxınlarından hansı rəngdə geyimi alacağını və ya hansı saç düzümü edəcəyini soruşur. Adətən belə adamlar fikrinə hörmət etdiyi, bənzəməyə çalışdığı adamların qərarlarına qulaq asırlar. Onlar xırda məsələlərdə özlərini qərarsız göstərdikləri kimi məsuliyyətli anlarda da qərar verə bilmirlər. İstər ailə qurarkən, istərsə də ixtisas seçərkən onlar özlərinin fikirlərini deyil, başqalarının fikirlərini üstün tuturlar".
Çox vaxt insanların bu cür qərarsız olması, onların özünü tanımaması, nə istədiyini bilməməsi, özünə güvənməməsi ilə izah olunur.
N.Kazımova bildirib ki, emosional insanlar da hisslərinə qapılıb düzgün qərar verməkdə çətinlik çəkirlər. Emosiyalar üstün gəldiyi üçün onlar məntiqli düşünə bilmir, səhv qərar da qəbul edə bilirlər: "Hədsiz emosional insanlar bu halla daha çox rastlaşırlar. Onlar emosiyaların qurbanı olaraq çox vaxt verdiyi qərarlara görə peşmançılıq çəkirlər. Ona görə yaxşı olar ki, qərar qəbul etməli olduğunuz anda özünüzə vaxt ayırasınız. Misal üçün, bir həftəyə və ya bir aya hansısa qərarı verməli olduğunuzu qarşınıza məqsəd qoyun. Təyin olunan müddətə qədər sakitləşib qərar verməyiniz daha yaxşı olar. Məşhur metoddan istifadə edib qərar verəcəyiniz məsələ barədə kağızda yaza bilərsiniz. Bunun üçün üç sütun ayırın və sütunun birində qərardan sonra nəyin dəyişiləcəyini, əgər bu qərarı versəniz, hansı pis və hansı yaxşı hadisələrin baş verə biləcəyini qeyd edin. Hər şeyi planlaşdırıb vərəqdə yazın. Gerçəklikdə qərarı qəbul etdikdən sonra da nəyin baş verdiyini yazmağı unutmayın. Belə ki, yazdığınız hadisələri istədiyiniz vaxt təhlil edə bilərsiniz. Bu, sizə gələcəkdə kömək edə bilər. Belə ki, ola bilsin, siz yenə də oxşar vəziyyətlə üzləşib düzgün qərar verməli olacaqsınız. Bu barədə apardığınız qeydlər və onların hərtərəfli təhlili isə sizə düzgün qərar verməyə kömək edəcək. Ona görə ki, artıq əlinizdə eyni səhvi etməyə qoymayan faktlarınız olacaq".
Qərar qəbul edərkən fikirlərdə ardıcıllıq olmalı, insan aydın düşünməyi bacarmalıdır. İnsan qəzəblənən zaman aydın düşünə bilmir və yanlış qərarlar verir. Sakitləşəndə, özünü ələ alandan sonra isə məntiqə əsaslana bilir. Əslində onun üçün hansı seçimin daha xeyirli olduğunu ayırmağı bacarır. Qərarın nə dərəcədə uğurla nəticələnməsi isə həm insanın təcrübəsindən, həm də hadisələrin gedişatından, təsadüflərdən asılıdır. Uğursuzluqla nəticələnən qərarlar isə anidən, qəzəblənən və ya qorxan vaxt verilən qərarlardır. İnsan hər şeyin pis olacağından qorxduğu zaman da qorxu hissi ona düzgün qərar verməyə imkan vermir. Qorxunu aradan qaldırmaq üçünsə qərardan sonrakı nəticələri ətraflı təhlil etmək lazımdır.
Düzgün qərar qəbul etmək üçün əsas amillərdən biri də obyektivlikdir. Vəziyyəti hisslərə qapılaraq yox, olduğu kimi qəbul etmək lazımdır. Lakin çox vaxt nədənsə insanlar hadisəni öz xeyrinə yozur və olanları təhrif edirlər. Bu, onların həm özlərinə ziyan vurur, həm də ətrafdakılara. Hadisələrin olduğu kimi deyil, təhrif olunmuş vəziyyətdə qiymətləndirilməsi yalnış seçimə gətirib çıxarır.
Psixoloqun dediyinə görə, bəzən təcili qərar vermək lazım olur: "Bu isə ən çətinidir. Belə ki, insan həyəcandan səhv qərar verə bilər. Bu zaman yaxşı olar ki, insan sakitləşib, hisslərini ələ alıb obyektiv düşünsün. Ümumiyyətlə, anidən və ya qısa zaman ərzində verilən qərarlar nadir hallarda uğurlu olur. Belə ki, zaman müxtəlif variantları təhlil etmək imkanlarını məhdudlaşdırır".
Bəzi hallarda insan verdiyi qərara görə çox sevinsə də, üzüldüyü və peşman olduğu anlar da olur. Bu zaman psixoloq məsləhət görür ki, qərarı səhv qəbul etmisinizsə, sarsılmayın: "Onu necə dəyişdirə biləcəyiniz ətrafında düşünün. "Artıq çox gecdir" deyərək ruhdan düşməyin. Gec də olsa, səhvi düzəltmək düzəltməməkdən daha yaxşıdır. Yox, əgər qərarı dəyişdirmək mümkün deyil və siz yanlış qərar vermisinizsə, bunu özünüzə etiraf edin. Günahkarlıq hissi sizi üzəcək, lakin özünüzə təsəlli verin ki, növbəti dəfə hər şey yaxşı olacaq və siz düzgün qərar verəcəksiniz. Qərar verməkdə çətinlik çəkirsinizsə, yaxşı olar ki, etibar etdiyiniz insanların məsləhətlərini də nəzərə alasınız".
Mənbə: Milli.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Saçların sehrli gücü
Çingizin şahidi o anları xatırladı
Daha gözəl göz makiyajı üçün tövsiyələr
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib
Azərbaycana yeni vəzifə həvalə edildi
Qeyri-adi broşlar
Azərbaycan idmançısı Olimpiadada mübarizəni dayandırıb
Dünyanın ən kök uşağını bir də indi görün-FOTO
Sağlam bəslənmə pəhrizi (2)
Rusiya KİV: “Şuşa üç tərəfdən mühasirəyə alınıb, güclü hücum hazırlığı görülür” - FOTO
Ordumuzun snayper qadınları
Tüpürcək vəzi iltihabı və müalicəsi
Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı
Ölkədə yağmursuz hava olacaq
Kartof püresindən güllər (foto resept)
Ebru Gündeş Türkiyəni tərk edir – FOTO
Məşhurlar makiyajsız necə görünür?
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
Sərkisyan Qarabağı "Ermənistanın bir hissəsi" elan etdi
Bakıda qadınlar üçün taksi
Pensiyaçıların nəzərinə!
Selenanın üz-gözü şişdi-SƏBƏB-FOTO
Əmzikləri təmizləməyin ən düzgün yolu
Daha bir ulduz Mourinyoya görə komandanı tərk edir
Bakıya yeni qəzet köşkləri gəlir?
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 347 yeni yoluxma
Masaj texnikaları (I hissə)
Tarkanın maşını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Novruzun ilk çərşənbəsinin vaxtı bilindi
"Toppuş bacı"nı görənlər tanımadı - FOTO
Dünyada koronavirusdan sağalanların sayı 20 milyonu keçdi - STATİSTİKA
Uğursuz turist - Hansı şəhərə getdisə, terror oldu - FOTO
Qadin bəslədiyi itlər tərəfindən öldürüldü
Məşhur aktyorun davranışı haqqında araşdırma başladı-SƏBƏB
Fərqli manikür nümunələri
Lotereyada 4 milyon dollara yaxın pul uddu
Prezidentdən manat açıqlaması
Seren Serengil ərini həbs etdirdi-SƏBƏB
Azərbaycanda bu ərazilərdə xərçəngə yoluxma riski daha böyükdür
Dolu Tovuzda meyvə bağlarını məhv elədi
Cavabsız suallar...
Daha gözəl yaşamaq üçün qızıl qaydalar
Xərçəngin düşməni olan quru meyvələr
Bədən formasına görə çanta seçimi
Torta Mikki Maus görünüşünün verilməsi
Mayli Sayrus sevgilisi ilə gündəmdədir
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Xurmalı keks (foto resept)
Obamaya futbola görə mərc təklifi
Sukeçirməz, ağıllı qolbaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]