Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıb.
Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad edib.
Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olub.
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.
30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb. Amma müharibə itkisiz olmur.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
XƏBƏR LENTİ
Taxta darağın sirri
Belinizi incə göstərən geyim təklifləri
IDEA kampaniyası insanları kimsəsiz heyvanları qorumağa səsləyir
Azərbaycan əsgərləri Əfqanıstanda
Nilufər əməliyyat olundu
Tətildə yaranmış günəş ləkələri üçün maska
Uşağınızın yaşına uyğun kitab və oyuncaqlar
Günün ulduz falı
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi
Tac Mahal yeddi aydan sonra turistlərin üzünə açıldı
Nazirlikdən "Son zəng" açıqlaması
Kişilər niyə aldadarlar?
9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb
Günün qoroskopu:Uğurlu gündür!
Ağıllı insanların qəribə xüsusiyyətləri
Sahibinin dediklərini 9 dilə tərcümə edən maska
Qoca olsa da, istedadı onu cavanlaşdırdı
Uşaq otağı dizaynı
Bu ölkədə ilk dəfə internet klub açıldı
Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edildi: S-300 vuruldu - RƏSMİ
ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanıldı
2020-nin trend gəlinlikləri
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
“Facebook”da yemək sifarişi funksiyası işə salındı
Fəsil dəyişdikdə nə etməli?
Tərəvəzli Funçoza salatı (foto resept)
F-16-lar Suriya sərhədində
Manatın MƏZƏNNƏSİ
İNANILMAZ FAKTLAR: O dünyadan qayıdan 9 adam - FOTO
Qozun bağırsaqlara təsiri
Kimdir fəqir?
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatdı - VİDEO
Gənc xanımlar üçün
Natalienin qorxulu makiyajı
Soyuq havalarda dəriyə qulluq
Prezidentin köməkçisindən məscidlərin açılması ilə bağlı AÇIQLAMA - VİDEO
Plastik qablar sağlamlığınıza zərərlidir
250 nəfərin olduğu gəmi batdı
Prezidentdən karantin rejimi ilə bağlı vacib fərman
Dildə əmələ gələn ərp hansı xəstəliyin əlamətidir?
Ziyalılarımızın dəfn olunduğu məzarlıq yerlə bir olub
Ət piroqu (foto resept)
Bu ölkə paytaxtını köçürür
5 min manatlıq Çatası ilə Diqqət çəkdi-FOTO
Dəbli görünmək üçün 5 tövsiyə
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və alqı-satqısını asan şəkildə necə rəsmiləşdirmək olar?
İrəvan qorxuya düşüb
8 yaşlı uşaq Dünya səyahətinə çıxmaq istədi-AMMA
Torpaq sahəsini necə özəlləşdirmək olar?
Əliyev və Serjə cəbhə müraciəti














