Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin davamı kimi, İraq Respublikasının müxtəlif ərazilərində yaşayan PKK-PYD-YPG terror təşkilatlarına aid şəxslərin, eləcə də, Livan Respublikasının vətəndaşı Vartkes adlı şəxsin və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material əsasında araşdırma aparılıb.
Baş Prokurorluqdan bildirilib ki, araşdırmalarla Aslan Murad Vartanyan, Bese Hozat və qeyrilərinin çağırışı, Livan Karadağ, Hemaran Kervaçian, Sərvət Bagopşinin rəhbərliyi altında Suriya, Livan, İraq Respublikasının müxtəlif ərazilərində yaşayan “PKK-PYD-YPG” terror təşkilatlarına aid bir qrup şəxslərin 2016-cı ilin mart-aprel və 2020-ci ilin sentyabr-noyabr aylarında, Livan Respublikasının vətəndaşı Vartkes adlı şəxs və digərlərinin isə 2020-ci ilin oktyabr ayında Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.
Bundan başqa, həmin cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.
Qeyd edilən faktlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işləri başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
XƏBƏR LENTİ
Hər kəsi heyrətə gətirən HADİSƏ-18 ay sonra sağ tapıldı-FOTO
“Karib dənizinin quldurları” filminin 6-cı hissəsi çəkilir?-FOTO
Bəhram Bağırzadə ECMO cihazından ayrıldı - YENİLƏNİB
İdmançılarımızdan uğurlu start
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb
Saç maskaları
Günün ulduz falı - 12.08.2013
Ərdoğan “Telegram” və “BiP” messencerdə özünə səhifə açıb
14 ildə 10 uşaq doğan vətəndaşımız-FOTO
Universitetlərə qəbul qaydaları dəyişir
Azərbaycanda mobil rabitə ucuzlaşacaq
Yaddaşı gücləndirən qidalar
Aleyna Tilki yaşadığı problemlərdən şikayətləndi
Qəliz qəhvənin ləziz faydası
Günün qoroskopu: yenə də əlavə işə başlasanız...
Binəli Yıldırımdan Zəfər paradı ilə bağlı paylaşım
Ayrıldıqdan sonra 45 kilo arıqladı
Moruqlu soyuq tort (foto resept)
Məşhur aktrisa qızının üzünü ilk dəfə göstərdi
Əfqanıstanda sel:onlarla insan həlak olub
Rusiyanın turizm şəhəri yüz faiz turistlə doldu
Azərbaycan ordusu 3 günlük müharibədə necə qalib gəldi?
Bədəninizi Ramazan ayına hazırlayın
Yaponiya Urmiya gölünun quruması ilə mübarizəyə qoşulur
ABŞ-ın COVID-19 peyvəndinin nə vaxt hazır olacağı açıqlandı
Prezident Bilik Günü münasibətilə paylaşım etdi
Şahmar Mövsümov ölkədəki karantin rejimindən danışdı: “Əsassız iddialar var ki...”
Dərmansız ilk yardım
İdman edənlər, DİQQƏTLİ OLUN: Bu ayaqqabılar çox təhlükəlidir
Ötən tədris ilində universitetlərdən nə qədər adam xaric olunub?
Bu bakteriyaya qarşı antibiotik tapılmır
Hollivudun ən güclü ulduz cütlükləri - FOTO
Milanda moda həftəsi
Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı
Kate Hudsonun gözəllik sirləri
Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (1)
Dünyanın ən maraqlı 99 faktı-3
Qorxulu makiyaj nümunələri
B dərmanların idxalı qadağan edildi
Cansu Derenin tərəf müqabili o oldu
Həyatda gec öyrəndiyimiz 5 dərs
Bu rayonlar karantinə alındı
Niyə kişilər özlərindən böyük qadınları seçirlər? - SƏBƏBLƏRİ
ÜST korona ilə bağlı şok məbləğləri açıqladı
Azərbaycanda 4387 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi
Zövqlü saç aksessuarları
Azərbaycanda zəlzələ
İvanişvili: "Mən erməniləri çox sevirəm və bunu heç vaxt gizlətməmişəm"
Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimində














