Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç həlak olub.
Ötən gün məlum olub ki, Arturun anası, Stavropol sakini Anna Mehrabyandır. O, bir neçə gün əvvəl oğlunun ölüm xəbərini alıb. Anna Arturun nəşinin Yessentukiyə aparılmasında israrlı olduğunu deyib.
Arturun əmisi Mehman Quliyev Azvision.az-a açıqlamasında qardaşının ailəsi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.
O, əvvəlcə Arturun nəşinin Gəncədən Rusiyaya aparılmasının mümkünsüz olduğunu və yeniyetmənin atasının məzarı yanında dəfn edildiyini bildirib.
“Buna biz imkan vermərik. Anası sağ olanda bir dəfə də olsun Arturla maraqlanmayıb, ona normal analıq etməyib. Biz zəng edirdik ki, uşaq anası ilə danışsın. Artur özü də danışmaq istəmirdi. O, daha çox ana nənəsini və babasını istəyirdi”.
M.Quliyevin sözlərinə görə, Artur rus nənəsi və babasının qəyyumluğunda olub. Onların etibarnaməsi ilə 2015-ci ildən Azərbaycanda yaşayıb.
“Qardaşım Anna ilə 2006-ci ildə Rusiyanın Valdivostok şəhərində ailə qurub. Qardaşım rəhmətə getdi və 2007-ci ildə uşaq dünyaya gəldi. O zaman bizim xəbərimiz olmadı, uşağa atasının soyadını vermədilər.
Nənə və babasının soyadı verildi, onların qəyyumluğuna keçdi. Bununla onlar uşağa görə həm ev, həm də aylıq müavinət alırdılar. Sonradan Arturun anası ikinci dəfə erməni ilə ailə qurdu, onun soyadını götürdü. Annanın erməni əri Artura zülm verirdi, hər gün döyürdü ki, ona ata desin. Artur isə azərbaycanlı olduğunu, erməniyə ata deməyəcəyini bildirirdi.
Erməni kişi uşağı döyürdü, qaranlıq otağa salırdı. Anası gəlib çıxarırdı. Artur günlərlə küçələrdə skamyalarda yatıb. Bunu bizə Annanın anası, yəni Arturun nənəsi danışıb. Qadın hələ onun haqqında çox sözlər deyib, sadəcə, mən bunu açıqlaya bilmirəm. Uşağın pulunu alıb, restoranlara gedirdilər. Artura nənəsi baxıb. Onlar Arturu bizə gətirdilər, etibarnamə verdilər. Artur beş il idi ki, bizimlə qalırdı”.
M.Quliyev vurğulayıb ki, Arturun babası 2-3 ay əvvəl Gəncədə olub, ona Rusiyaya qayıtmağı təklif etsə də, getməyib.
“Babası onu kənara çəkib, deyib ki, gedək, uşaq getməyib. Bizə inanmırdılar, uşağa deyirdi ki, anası ilə danışmağa qoymurlar. Uşaq danışmaq istəmirdi. Bütün telefon danışıqları, mesajlar var. Biz uşağı gizlətməmişik.
Nənəsi, babası Arturun qırxında imkan olsa, Bakıya gələcək. Onlardan da hər kəs soruşa bilər. Biz onu ermənidən xilas etdik, Azərbaycana gətirdik. Burada erməni təcavüzünun qurbanı oldu. Artur nümunəvi şagird idi, medallar almışdı. Artura deyirdilər ki, Rusiya vətəndaşısan, niyə rus bayrağı qaldırmırsan? O deyirdi ki, “mən azərbaycanlıyam. Azərbaycan bayrağını qaldıracağam”.
Qeyd edək ki, işğalçı Ermənistan silahlı qüvvələrinin oktyabrın 4-ü, 11-i və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncədə 10 qadın, altı uşaq olmaqla, 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.
XƏBƏR LENTİ
MN əsir götürülmüş erməni komandirin üzərindən çıxan əşyaları təqdim etdi - FOTO
Kirli paltar
Mila Yavoviçin qızı aktrisalığa başladı-FOTO
Sevən kişinin xüsusiyyətləri
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Gizlənməyi bacaran heyvanlar
Yerə təhlükə yaxınlaşır
Nüsret milyonluq avtomobil aldı
Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Azərbaycanda yağış yağacaq
DİQQƏT! Ölkədə sağlamlıq üçün təhlükəli məktəbli formaları satılır
Dünyanın ən bahalıları
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Həyat nə deməkdir?
Duman açıqlaması
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Qadınların münasibətlərdəki 5 problemi
Tünd rəngli dodaq boyasından istifadə qaydaları
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Təhlükəli silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
Ece Seçkin boyunun kiçikliyindən danışdı-FOTO
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Quantanamo həbsxanası bağlanacaq?
Buraxılış imtahanları təxirə salındı
Bu ilin dəbi - narıncı
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Samsung Vyetnama köçür
Sizcə burada hansısınız?
İŞİD Həzrət Abbas məscidini havaya uçurdu
Toy tortları
Modest Musorqski
Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.
Hava haqqında
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Dilan Çiçək və Burak Dəniz eyni serialda - FOTO
Sahibkarlar üçün “ASAN xidmət”
Hər yaşa uyğun dəriyə qulluq qaydaları
Evin kimyəvi havasını təmizləyən bitkilər
3 il sonra...
Özünü brendləşdir
Sürətli saç uzatma
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Hava haqqında
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Hər kəs "Eurovision-2020"-nin aparıcısından danışır-SƏBƏB
Bakının məşhur dairəsi dəyişdirilir
Hadisenin FOTOsu hər kəsi GÜLDÜRDÜ