Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir Ceyhun Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginlik ilə bağlı məlumat verib.
O, dünən gecə saat 1-də və daha sonra səhər saat 8-də Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunu ilə sərhəd olan ərazidə öz raket sistemlərinin Azərbaycan ərazisini atəşə tutmaq məqsədilə hazırlıq vəziyyətinə gətirildiyi və Azərbaycan Silahlı Qüvvələrinin legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv etdiyi Serqey Lavrovun diqqətinə çatdırılıb.
Nazir Azərbaycan Silahlı Qüvvələrinin özünü müdafiə etmə hüququ çərçivəsində və öz mülki əhalisini müdafiə etmək məqsədilə, eləcə də mülki əhaliyə və Gəncə və Mingəçevir şəhərləri daxil olmaqla mühüm əhəmiyyət kəsb edən infrastruktura Ermənistan tərəfindən həyata keçirilmiş sonuncu raket hücumu nəzərə alınaraq hərəkət etdiyini vurğulayıb.
Beləliklə, növbəti insan faciəsinin qarşısı alındı və çox sayda azərbaycanlı mülki şəxslərin həyatı xilas edilib.
Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Xarici İşlər naziri Sergey Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə edib.
O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. Həmçinin, Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında humanitar atəşkəsə riayət olunması üçün monitorinq mexanizminin təsis edilməsinin vacibliyini bildirib.

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək
