Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin seçimi başa çatdıqdan sonra yerləşdirmə mərhələsində eyni bal toplayan və eyni yeri seçən namizədlər arasında seçimlər müəyyən meyarlar əsasında aparılacaq.
Qadin.Net bildirir ki, bu barədə Təhsil Nazirliyinin canlı yayımında çıxış edən nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.
O bildirib ki, bu zaman qiymətləndirilmə fərqli aparılacaq:
“Əvvəlki illərdə sualların çətinlik dərəcəsinə uyğun olaraq fərqli ballar tətbiq olunduğu üçün namizədlərin balları tam yox, kəsrlə qeydə alınırdı. Bu isə yerləşdirmə məsələsində eyni bal toplayan namizədlərin konkret vakant yerlərə yerləşdirilməsi zamanı toqquşma hallarını minimuma endirirdi.
Amma aparılan təhlillər və bu məsələdə test suallarının qiymətləndirilməsi ilə bağlı elmi yanaşmalar, sualların çətinlik dərəcəsinin müəyyən olunması ekspertlərin subyektiv mülahizələrinə dayanırdı. Bütün bunları nəzərə alaraq, təklif edildi ki, artıq hər düzgün sual 1 bal olaraq qiymətləndirilsin. Hər namizəd imtahanı bitirdikdən sonra ekranda tam balını görür. Belə olan halda toqquşma halları çox olacaq. Odur ki, burada əlavə meyarlar üzərindən qiymətləndirilmənin aparılması zəruridir”.
E.Bağırovun sözlərinə görə, qaydalara əsasən, eyni bal toplayan və eyni vakant yerə namizədlik verənlər olduğu təqdirdə namizədlərin elektron ərizələrində qeyd etdiyi digər meyarlar üzərindən qiymətləndirilmə aparılacaq:
“İlkin olaraq onların topladığı ixtisas balı əsas götürüləcək. Məsələn, hər iki namizəd 55 bal toplayıbsa, onlar arasında ixtisas suallarına daha çox düzgün cavab verən namizədə əmsal veriləcək. Beləliklə, digər namizədlə müqayisədə həmin vakant yerə üstünlük əldə edənlər yerləşdiriləcək.
Nəzərə alırıq ki, eyni bal toplayan və eyni vakant yeri seçən namizədlər arasında ixtisas suallarına bərabər sayda doğru cavab verənlərin də sayı az olmayacaq. Biz ikinci meyar üzrə də qiymətləndirmə aparmalı oluruq. Bu meyar isə təhsil göstəricisidir. Bu o deməkdir ki, iki eyni bal və düzgün cavablandırılan ixtisas suallarının sayı da bərabər olan namizədlər arasında, hansı bakalavr, magistr təhsilinə malikdirsə, eyni zamanda hər hansı elmi dərəcəsi varsa, o namizədə bu göstəricilərə görə üstünlük veriləcək. Məsələn, namizədlərdən biri orta ixtisas, digəri bakalavr təhsillidirsə, bakalavr təhsili olana 0,001 bal əlavə olunacaq və o bir addım öndə olacaq. Əgər hər iki namizəd bakalavr təhsillidirsə, yalnız birinin həm də magistr təhsili varsa, o zaman magistr təhsili olan namizədə 0,002 bal əlavə ediləcək və o, yerləşdirilmə prosesində üstünlük qazanacaq.
Eyni zamanda əlavə olaraq hansısa namizədin fəlsəfə doktoru elmi dərəcəsi və yaxud elmlər doktoru elmi dərəcəsi varsa, onlar da müvafiq olaraq 0,003 və 0,004 bal ilə qiymətləndirilərək üstünlük hüququ əldə edəcəklər.
İstisna deyil ki, bu göstəricilərin hər birinə uyğun namizədlər olacaq. Buna görə üçüncü qiymətləndirmə meyarı da nəzərdə tutulub. Belə ki, əgər təhsil göstəriciləri də, ixtisas balı göstəriciləri də iki və daha çox namizəddə eynidirsə, onların təhsil haqqında sənədlərinə baxılacaq. Ali təhsil pilləsini fərqləndirmə ilə bitirən namizədlərə əlavə bal veriləcək ki, bu da yerləşdirmə prosesində onlara üstünlük verəcək”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Uşaqlar yazda niyə xəstələnirlər?
Dünyanın Ən Uğursuz Filmi seçildi-VİDEO
Bu analizin qiyməti 3 mindir
Şişmə kurtka yoxsa incə palto?
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Uşaqlar valideynləri yoranda
Qəhvə içmək ölüm riskini azaldır
İmtahan verəcək şagirdlərlə bağlı MÜHÜM AÇIQLAMA
Gec evlənən kişilər bu yazını mütləq oxusunlar
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Müəllimlərin istirahəti bitdi
Xocalı uşaqları İstanbula gedir
Son 60 ilin əfsanə və rekordları
Gəlin saç düzümləri
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
WhatsApp‍-da növbəti fırıldaq
Azərbaycanda messencerlərin taleyi necə olacaq? - AÇIQLAMA
22 minədək yeni iş yeri açılacaq
2017-ci ilin ilk 6 ayına olan sosial media trendləri
Türksayağı tomat şorbası (foto resept)
Duzlu bisküvit (foto resept)
Əlillərin nəzərinə!
Meray Keri Məhkəməlik oldu-SƏBƏB
Xocavəndin Böyük Tağlar kəndindən görüntülər - VİDEO
Kənd təsərrüfatı bahalaşmadan necə qurtulacaq?
"Çukur"un məşhur aktyoru evləndi-FOTO
Rövnəq Abdullayev “Qarabağ”ı təbrik edib
Vladimir Putin Azərbaycan - Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
Üzü sökülən binaların aqibəti necə olacaq?
Kortni Koks 56 yaşını belə qeyd etdi
UNİCEF tərəfindən Bakıda Tərbiyə müəssisəsində monitorinq keçirilib
Hava haqqında
Serdar Ortaç bankdan 5 milyon borc aldı
Gənc dəri üçün bunları edin
İrina Şeyk:-"Modelliyə başlayanda cibimdə 5 qəpiyim də yox idi."-(FOTO)
Hovuzdan timsah çıxdı-FOTO
9 may-Qələbə Günüdür!
Bu il Azərbaycanda dərslər vaxtından əvvəl başa çatacaq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 65 yeni yoluxma faktı - RƏSMİ
Hamilə xanımlar, oriental rəqs edin
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
Bu günün hava proqnozu
"Rusiya Qarabağa ordu yeridəcək"
Bölgələrimizin mətbəxi - Lənkəran (Talış bölgəsi)
Xəttə görə xasiyyət necə müəyyən edilir?
Gələn il pensiyalar neçə manat olacaq? - AÇIQLAMA
Ordumuzun Şuşanı işğaldan azad etməsi ilə ölkənin interaktiv xəritəsi növbəti dəfə yeniləndi- VİDEO
"Eurovision" səhnə tərtibatında Azərbaycan nümunəsi
Ehramda təyyarə boyda gizli otaq tapıldı - Sensasiyalı kəşf -FOTO














