Türkiyədə Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribat törətməsi və təcavüzkar ölkənin Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı etiraz aksiyası keçiriləcək.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, aksiya Kayseri Cumhuriyyət Meydanında baş tutacaq.
İyulun 26-sı Türkiyə saatı ilə 16:00-da başlanacaq aksiyaya yeddi türk dövlətinin nümayəndələri qatılacaq.
Aksiyanın əsas şüarı “Qansa qan, cansa can, səninləyik, Azərbaycan. Yedi dövlət tək millət”dir.