Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.
Ə
Ərəb
Sevincə doğru (hər hansı bir ekzotik personaj kimi).
Ərik
1. Çəhrayı tonda təsəvvür olunan gələcəyin özündə kədər gizlədiyi haqda xəbərdarlıqdır, ərik yemək–xoşagəlməzliklərə işarədir.
2. Arzunun yerinə yetməsi vədidir.
3. Başqalarının ərik yediyini müşahidə etmək–real həyatda vaxtınızı boş yerə sərf etdiyinizdən, dostlarınızın isə sizing ruhi tələblərinizə, maraq və meylərinizə cavab vermədiyindən xəbər verir.
Əriştə
Sizin anormal iştahanız və qeyri–real istəyiniz olacaqdır.
Əsəbiləşmə
1. Heç bir əsası olmayan həyacan müjdəsidir.
2. Sizin əleyhinizə fəaliyyət göstərən düşmənlərin olmasına sübutdur.
3. Bilmədən kiminsə əsəbiləşməsinin səbəbkarı olmaq-öhdəsindən layiqincə gələ biləcəyiniz anlaşılmazlıq barədə xəbərdarlıqdır.
Əsgər
1. Həyəcana və xoşagəlməz hadisələrə işarədir.
2. Qadını bu yuxu onun barəsində olan dedi–qodulardan və qeybətlərdən xəbərdar edir; kişi üçün–işlərində itkilərə yol verəcəyinə işarədir.
Əsir
Özünü əsir görmək–satqınlıq,inciklikdir. Kimisə götürmək–yeni maraqların meydana gəlməsi.
Ət
1. Bişmiş ət rifaha, çiy ət xəstəliyə yozulur.
2. Ət almaq kədərdən, qəm-qüssədən xəbər verir.
3. Qadın üçün çiy ət almaq muradına çatmaqda onu çoxlu çətinliklər, həyat dərsləri gözlədiyindən xəbər verir.
Ətir
1. Ətir iyi hiss etmək xoşbəxt hadisədir.
2. Ətirdən istifadə emək onun əlamətidir ki, siz yaltağa aldanacaqsınız.
3. Ətir iyindən boğulmaq əyləncələrinizin çoxluğu sizin əqli qabiliyyətinizə zərər verə bilər.
4. Dağılmış ətir-sizin ən gizli arzu və istkləriniz məhv olacaq.
5. Ətir səpmək-həm işdə, həm də dostlarınızın dairəsində hər şey sizi artıq dərəcədə çox sevindirəcək.
6. Ətirdən istifadə etmək, almaq və pay vermək sevgidə məyusluq deməkdir.
7. Ətir almaq səhhətin zəifliyindən xəbər verir.
8. Qadına ətir bağışlamaq dava və ayrılıqdır.
9. Parfumeriya mağazasından almaq evdə narazıçılıqlar və xoşagəlməzliklər olacaq.
Əyirmək
Tel əyirmək yol deməkdir, qısa tel xəstəlik, teli qırmaq peşmançılıq, yanılmaq, pis əhval-ruhiyyə.
F
Faytonçu
Gəlirli səyahətə işarədir.
Fevral
1. Fevral ayı olduğunu görmək evinizdə müəyyən müddət bərqərar olacaq uzunmüddətli xəstəlik və ruh düşkünlüyüdür.
2. Parlaq, günəşli fevral günü gözlənilməz xoşbəxt olayın təxəyyülünüzü valeh edəcəyinə və ruhunuzu möhkəmləndirəcəyinə işarədir.
Fəhlə
Mühüm xəbərlər vədi; mühüm görüş (vizit) əlamətidir.
Fəlakət
Ehtiyac qorxusuna və ya işlərdə uğursuzluğa yozulur.
Fəsəli
1. Fəsəli yemək işlərdə müvəffəqiyyətlər, gəlirdir.
2. Fəsəli bişirmək qənaətcilikdir.
Fırtına
Yaxınlaşan fırtınanı görmək və eşitmək uzun sürən xəstəliyə, işdə müvəffəqiyyətsizliyə və dostlarla anlaşılmazlığa yozulur. Əgər siz fırtınanın sakitləşdiyini görürsünüzsə, deməli, kədəriniz o qədər də ağır olmayacaq və tezliklə ötüb keçəcək.
Fil
1. Həyatda yüksəlişə işarədir.
2. Filin üstündə getmək və yaxud oturmaq təsadüfi xəstəliyə işarədir.
3. Xortumunu qaldıran fil xeyir gözləmədiyiniz bir işin uğurla nəticələnəcəyinə işarədir.
Firuzə (qiymətli daş)
1. Sevgiliniz haqda xəbər alacağınızın müjdəsidir.
2. Arzunuzun yerinə yetirilməsi qohumlarınızı sevindirəcək.
3. Gözlənilməz görüşün müjdəsidir.
Fişəng (atəşfəşanlıq)
1. Fişəng görmək məmnunluq və sağlamlıq gözlənildiyinə işarədir.
2. Gənc qadın üçün fişəngi seyr etmək əyləncələr və uzaq diyarlara xoş səfərlər gözlənildiyini bildirir.
Fortepiano
1. Şən hadisə müjdəsidir.
2. Xoş və süzgün melodiya dinləmək sağlamlıq və uğur.
3.Qarışıq, ahəngdar olmayan akkordlar eşitmək qarşıda əsəbilik yaradacaq çoxlu işlər var.
4. Qəmli, üzücü melodiya kədərli xəbərlərə işarədir.
G
Gavalı
1. Yaşıl yarpaqlar içində yaşıl gavalı–ailənizdə yaxşı yaşayışın və sakitliyin olacağına işarədir. Kasıbçılıq sizdən yan keçəcəkdir.
2. Yetişmiş gavalı–qısa müddətli sevinclərin əlaməti.
3. Gavalı yemək–eşqbazlığa və tez keçən ləzzətlərə cəlb ediləcəksiniz.
4. Yerdən içərisində bir neçə çürüyü olan gavalı götürmək–həyat sevinclərinizin uzun zaman davam edəcəyinə işarədir.
5. Gavalı dərmək–ailə həyatınızda, uzun sürən narazılıqdan sonar barışıq.
6. Gavalı yemək–inamınızı ayaq altında əzmək, var-dövlətiniz dağılacaqdır.
Gecə
1. Qaranlıq–ağıllı hesablamalara, aydın-uzun ömrə, təlatümlü–itkilərə işarədir.
2. Qaranlıq–gücsüzlüyün, kasıbçılığın rəmzi; aylı və aydın gecə-sağlamlığa, var- dövlətə işarədir.
Getmək(miniklə)
1. Gəmidə getmək-işinizdə uğur; qatarda getmək–şərəf deməkdir; atda gəzmək-pis hadisə əlamətidir; adamları hərəkət edərkən görmək–təzə dostla görüş deməkdir.
2. At çapmaq–qələbə, uğur deməkdir.
Geyim
1. Nə qədər çox geyinmisinizsə, bir o qədər çox bədbəxtlik olacağı xəbərini verir. Yarımçıq geyim müvəffəqiyyətdir; yuxuda geyinmək–sürüşkən bir vəziyyət; paltar şotkası ilə paltarını təmizləmək–gəlir deməkdir.
2. Cırılmış paltar-yaxşılığa ümid deməkdir.
3. Təmiz, səliqəli geyim-işdə müvəffəqiyyətdir,yamaqlı paltar–qorxulu oyunun başlanğıcıdır.
Gəlin
1. Gənc qadın üçün miras almağın sevincinə işarədir.
2. Gəlini öpmək dostlarla barışmağın işarəsidir; gəlin sizi öpürsə, gözəl sağlamlıqdır.
3. Öz gəlininizi yuxuda görmək təhlükəyə gətirir, yad gəlin qəmginlik deməkdir.
Gəlinbacı (qardaş arvadı, qayın arvadı)
1. Qeyri-adi hadisə o halda sizin xoşbəxtliyinizi artıracaq ki, gəlin xoşunuza gəlir.
2. Əgər o ağılsızdırsa, məyus olacaqsınız.
Gicitkən
1. Yuxuda gicitkən kolunun yanından keçmək böyük müvəffəqiyyətə işarədir.
2. Gicitkənin sizi dalaması dostlara inamsızlığa və özündən narazılığa işarədir. Bağdan gicitkən qoparmaq saxta dostu evdən qovmağa yozulur.
3. Gicitkən yığmaq pulsuzluğa və nadinc uşaqlara işarədir.
4. Qız üçün gicitkənin dalaması-tezliklə ailə qurmaq üçün təklif alacaqsınız.
Giləmeyvə
Maraqlı məşğuliyyətdən, yeni fəaliyyət sahəsindən xəbər verir.
Gitara
Gitara görmək–xoşbəxt təsadüf üzündən yeni, maraqlı məclisə düşəcək və burada böyük məhəbbətinizlə rastlaşacaqsınız.
Gitara çalıb-oxumaq fərəhli həyat, kədərlərin unudulması, arzuların həyata keçməsidir.
Göbələklər
1. Göbələk yemək–alçaldılmaq və biabırçı məhəbbət əlaqəsi; gənc qadın üçün-bədxərcliklərdən və şübhəli əyləncələrdən ehtiyatlı olmaq barədə xəbərdarlıq.
2. Göbələk yığmaq firavan qocalıqdan xəbər verir.
3. Göbələk təmizləmək uzun ömür vəd edir.
Göl
Yuxuda göl görmək təhlükədən xəbərdarlıq edir.
1. Təmiz şəffaf göl–şən həyat, bulanıq, çirkin–kasıblıq.
2. Sakit göl–firavanlığa, dalğalı–təhlükəyə işarədir.
3. Ləpəsiz göl–öz axarıyla keçən sakit həyat.
4. Təmiz göldə öz əksini görmək–böyük sevincə işarədir.
Göyərçin
1. Xəstəlikdən xəbər verir; dən yeyən göyərçinlər-itki.
2. Ağ göyərçin uğurlu həyat vəd edir.
3. Uçan göyərçinlərə tamaşa etmək-işdə baş verən hər anlaşılmazlığa görə narahat olmağınıza dəyməz. Bundan başqa həmin yuxu uzaqda yaşayan dostunuzdan xəbər alacağınıza işarədir.
4.Göyərçin saxlamaq–ailədə xoşbəxtlik.
Göy qurşağı
1. Yalançı (əsassız) vahimə əlaməti.
2. Görünməmiş səadət müjdəçisi.
3. Sevənlər üçün reallıqda onların ittifaqının son dərəcə möhkəm olacağına işarədir.
Gözlər
Kiminsə gözlərini görmək–sizin işlərinizi korlamaq üçün hər addımınızı güdən düşmənlərinizin fitnə-fəsadı barədə xəbərdarlıq.
Göz yaşları
1. Yaxın gələcəkdə sizin başınıza gələcək bəlanın əlamətidir.
2. Göz yaşlarını silmək çətin vəziyyətdə sizə yardım ediləcəyinin əlamətidir.
Gül
1. Bir qız yuxuda görsə ki, ona yuxuda gül dəstəsi verirlər, o, çoxlu aşiq qazanacaq.
2. Bağça güllərlə doludursa, siz saf sevgiliyə, cəmiyyətdə hörmətə, öz arzularınıza nail olacaqsınız.
3. Pəncərənin qabağında gül–sakitlik və məmnuniyyətlə keçəcək günləriniz var.
Ardı var...
Müəllif: Azad Nəbiyev
Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.
Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları
Bənzər xəbərlər...
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Hamiləlik proqramı
DYP sürücülərə müraciət etdi
Nikol Kidman rahibə olmaq istədi-FOTO
DSMF tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olundu
Azərbaycanda radarlarla bağlı yeni qərar verildi
Pakistanda qatar çaya düşdü
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Neftin ucuzlaşması davam edir
Bəsdir oturdun: işçiləri ayaq üstə işləyən ofis
8 May Şuşanın işğalı günüdür!
Cennifer Enistonun keçmiş yoldaşı ETİRAF ETDİ
Özünə güvən hissini necə artırmalı?
Holland pendirli spagetti (foto resept)
HAVA necə olacaq?
Moda şousunda rüsvayçı olay
Yaşlı qadınların gənc kişilərə marağı
Makiyajsız görüntülənən aktrisa qaçdı - FOTO
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Aleyna Tilki yenə NARAZIDIR-FOTO
Kələm haqqında bilmədiklərimiz
Dünyada ən populyar brauzer hansıdır?
Azərbaycan "Eurovision-2016"da iştirakın təstiqlədi
Alişan əməliyyat olundu-FOTO
Lazanya (foto resept)
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Mövzular üzrə avatarlar
Qozlu-ananaslı kekslər (foto resept)
Azərbaycan millisində 3 yeni sima
Günün ulduz falı - 19.03.2014
Yeməli xəritədəki ölkələr - FOTO
Bayramqabağı bazarlarda qiymət
Tarkan qızından danışdı: "Gün sayıram"
Həcc ziyarəti qaydaları dəyişir
Xoşbəxt evliliyin sirri
Fransada Wi-Fi yasaqlandı
Asan tort (foto resept)
Deyirlər ki, yağış yağanda dualar tez qəbul olur...
Azərbaycanın dühalarından biri: Altov
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
Bu gündən Azərbaycanda qəbul imtahanlarına start verilir
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
"Brent" və "Layt" markalı neftlərin qiymətləri azalıb
Nilay ana oldu_FOTO
Hülya Avşar gözəlliyi ilə TƏƏCCÜBLƏNDRİDİ-FOTO
Beren Saat və Kənan Doğulu da Bengünün toyunda iştirak edib-FOTO
Şəkərdən ölənlər daha çox qadınlardır
Balaca balalarınıza özəl gəlinliklər(2)
Azərbaycan qadınları Orduya yazılır
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR