Dubayı gəzməyə günlərlə vaxt lazımdır ki o gözəllikləri görəsən. İlk öncə sizə hava limanından danışacam. Dünyanın ən böyük hava limanlarından biridir. İcərisi çox ecazkardır, bir sözlə, göz qamaşdırır. Nəhəng palma ağacları, qızıldan işləmələr çox gözəldir. Bunu ancaq gözlə görmək gərəkdir.
Daha sonra sizə metrodan danışmaq istərdim. Dubay metrosunda saqqız çeynəmək, yemək yemək, yatmaq və s. olmaz. Əgər yatsan, onda 100 dirhəm cərimə ödəməli olacaqsan.
Orda mədəniyyət çox yüksək səviyyədədir. Yoldan keçən bir insandan metronu soruşduq, turist olduğumuzu bildi və bizi metroya qədər apardı. Kart almağımıza kömək edib sonra oz yoluna davam etdi. Metroda hərənin öz kartı olmalıdır. Metroya girəndə də kartı yükləyirsən, çıxanda da. Hökmən yükləməlisən, əgər etməsən, kart yanacaq. Amma bir şeyi də qeyd etməliyəm ki, orda əgər 4-5 nəfər bir yerə gedəcəksisə, o zaman metro yox, taksi sərfəlidir. Metro Bakıya nisbətən bir az bahadır.
Sizə Dubayın ticarət mərkəzlərindən danışmaq istərdim. Orada çox nəhəng ticarət mərkəzləri var.
Biz "Dubay Moll"a iki dəfə getdik, amma onun bir mərtəbəsini belə tam gəzə bilmədik. O qədər böyükdür ki, içində taksilər fəalliyət göstərir. "Dubay Moll"un içində nəhəng buz meydançası və eləcə də dünyanın ən böyük akvariumu var.
Orada hər növ balıq görmək olar. Nəhəng akulalar da çoxdur. Akvarium "Dubay Moll"un ikinci mərtəbəsindədir. Bir nəfər üçün bizim pulla 10 manat verməklə içəri girib baxmaq və şəkil çəkmək olar.
Və nəhayət, Dubay fəvvarəsi. "Dubay Moll"un arxası, eləcə də Burc Xəlifənin qarşısında olan musiqili, rəqs edən fontanı sizə təqdim edirəm.
(Ardı var)
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR