Qadin.NET / Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

Dubayı gəzməyə günlərlə vaxt lazımdır ki o gözəllikləri görəsən. İlk öncə sizə hava limanından danışacam. Dünyanın ən böyük hava limanlarından biridir. İcərisi çox ecazkardır, bir sözlə, göz qamaşdırır. Nəhəng palma ağacları, qızıldan işləmələr çox gözəldir. Bunu ancaq gözlə görmək gərəkdir.

Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

Daha sonra sizə metrodan danışmaq istərdim. Dubay metrosunda saqqız çeynəmək, yemək yemək, yatmaq və s. olmaz. Əgər yatsan, onda 100 dirhəm cərimə ödəməli olacaqsan. 

Metronun çöldən görünüşü
Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)
İçəri görünüşü
Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

Orda mədəniyyət çox yüksək səviyyədədir. Yoldan keçən bir insandan metronu soruşduq, turist olduğumuzu bildi və bizi metroya qədər apardı. Kart almağımıza kömək edib sonra oz yoluna davam etdi. Metroda hərənin öz kartı olmalıdır. Metroya girəndə də kartı yükləyirsən, çıxanda da. Hökmən yükləməlisən, əgər etməsən, kart yanacaq. Amma bir şeyi də qeyd etməliyəm ki, orda əgər 4-5 nəfər bir yerə gedəcəksisə, o zaman metro yox, taksi sərfəlidir. Metro Bakıya nisbətən bir az bahadır.

Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

 

Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

Sizə Dubayın ticarət mərkəzlərindən danışmaq istərdim. Orada çox nəhəng ticarət mərkəzləri var.

Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

Biz "Dubay Moll"a iki dəfə getdik, amma onun bir mərtəbəsini belə tam gəzə bilmədik. O qədər böyükdür ki, içində taksilər fəalliyət göstərir. "Dubay Moll"un içində nəhəng buz meydançası və eləcə də dünyanın ən böyük akvariumu var. 

Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

Gözəlliyindən doymadığım Dubay (1-ci hissə)

Orada hər növ balıq görmək olar. Nəhəng akulalar da çoxdur. Akvarium "Dubay Moll"un ikinci mərtəbəsindədir. Bir nəfər üçün bizim pulla 10 manat verməklə içəri girib baxmaq və şəkil çəkmək olar.

Və  nəhayət, Dubay fəvvarəsi. "Dubay Moll"un arxası, eləcə də Burc Xəlifənin qarşısında olan musiqili, rəqs edən fontanı sizə təqdim edirəm.

(Ardı var)

12 mart 2016
GO BACK