Ay min illərdir insanlığa ilham verən, görünüşünə görə şeirlərə və nağıllara mövzu olan, planetimizin kiçik meteor peykləri xaricindəki tək peykidir. Biz burada sizə Ay haqqında şeirlər oxuyub nağıllar izah etməyəcəyik, ancaq bir çox qulağa nağıl kimi gələ biləcək çox maraqlı bir mövzuya nəzər sala bilərik: Əgər Ay olmasaydı nə olardı?
Əgər Yerin 4.56 milyard illik varlığını 24 saata sadələşdirsəydik (Yerin yaranması da 0 nöqtəsi olsaydı), Ay Yerin yaranmasından yalnız 10 dəqiqə sonra var olmuşdur. Bir başqa deyişlə, Ay Yerin meydana gəlməsindən "yalnız" 30 milyon il sonra var olmuşdur. O zamanlar Yer tam bir maqma okeanı idi və ən mümkün fərziyyəyə görə Mars böyüklüyündə bir göy cisiminin Yerlə meyilli çarpması toqquşması bu maqma təbəqəsindən nəhəng bir kütlənin Yerdən qoparaq orbitə dxil oldu və Ayı meydana gətirdi (Yer də Günəşin orbitindəki toz və qayaların birləşməsiylə müəyən zaman içərisində meydana gəlmiş sadə bir planetdir).
Ay ilk meydana gəldiyində Yerə olduqca yaxın idi: 25.000 kilometr qədər uzağımızda idi (hal-hazırda 384.400 kilometr uzaqlıqdadır). Əgər bu gün də o məsafədə olsaydı, bu anda Ayı səmada gördüyümüzdən 10-20 qat böyük görəcəkdik. Çox təəssüf ki, Ayın bu qədər yaxın olduğu dövrlərdə planetimiz üzərində həyat yox idi və dolayısı ilə bu gözəl mənzərəyə kimsə şahid ola bilmədi.
Ayın varlığının ən əhəmiyyətli və ilk nəticələrindən biri Yer səthinin istiliyi ilə bağlıdır. Qabarma-çəkilmə təsiri olaraq bilinən fiziki təsir bir cisimin digər bir cisimə olan yaxınlığının kubu (3. dərəcədən qüvvəti) ilə bağlıdır. Buna görə Ay Yerə bu qədər yaxınkən yüksək bir cazibə qüvvəsi yaradırdı. Ayrıca o zamanlar Ay hələ də çox isti idi və böyük ehtimalla aradakı qısa məsafədə verdiyi istiliyə görə planetin səthini isti tuturdu. Buna görə həyatın başlanğıcı mövzusunda əhəmiyyətli təsirləri olmuş ola bilər. Ancaq sonra Ay zamanla planetimizdən uzaqlaşaraq (hələ də, hər il 3.8 santimetr qədər uzaqlaşır) və soyuyaraq bu təsirini tamamilə itirmişdir.
Ayın bir anda yox olmasının ani bir təsiri olmazdı. Yalnız gecələrimiz daha qaranlıq olar və göydəki gözəl bir görüntüdən məhrum qalardıq. Ancaq yox olmasının meydana gətirdiyi təsirlər zamanla özünü büruzə vermyə başlayardı. Ən qısa müddətdə meydana gələcək təsir qabarma-çəkilmə bu gün olduğundan çox daha zəif olması olardı, çünki Ay yer üzündəki qabarma-çəkilmələrə səbəb olan qüvvələrin 2/3-ə tək başına səbəb olur. Bunun nəyə təsir edəcəyini bir anda anlamaya bilərsiniz, ancaq su həyatı üçün qabarma və çəkilmələr çox kritik bir əhəmiyyətə malikdir. Hətta bir çox quru canlısının belə həyat dövrü qabarma və çəkilmələrə uyğun olaraq təkamül keçirmişdir. Bu səbəbdən qabarma və çəkilmə hərəkətlərindəki bu qədər ani bir dəyişmə bir çox növün sonunu gətirməyə kifyət edər.
Bundan başqa Ayın fiziki təsiri Yerin kobudca sabit olan 23 dərəcəlik meyilliliyini qoruyur. Ay birdən yox olsa Yer zamanla bu meyilliliyin sabitliyini itirəcək və necə deyərlər, titrəməyə başlayacaq. Məsələn Marsın belə bir tarazlıqlayıcısı yoxdur və oxu bu səbəblə 15 dərəcə ilə 35 dərəcə arasında gedib gəlir. Bu da Mars səthindəki mövsümlərin bir ekstremdən digər bir ekstremə davamlı olaraq dəyişməsinə səbəb olur. Bu da öz növbəsndə həyat üçün təhlükəli bir təsirə səbəb olar.
Ayın yox olmasının bir başqa əhəmiyyətli sayıla biləcək təsiri də kosmosun dərinliklərindən Yeri təhdid edə biləcək göy cisimlərindən bizi qismən qorumasıdır. Ancaq bu, bütün astronomlar tərəfindən güclü bir təsir olaraq xarakterizə olunmur, çünki Yerin diametri Ayın diametrindən təxminən 4 dəfə, həcmi təxminən 50 dəfə, səth sahəsi 14.5 dəfə, kütləsi isə 81 dəfə böyükdür. Buna görə bir meteoritin Yerlə toqquşma ehtimalı Ayla toqquşma ehtimalından çox daha yüksəkdir. Yenə də Ayın qoruyucu təsirini müdafiə edən elm insanları meteoritləri yolundan çıxarılması baxımından faydaları olduğunu düşünürlər.
Ayın yox olmasının bir başqa təsiri planetimiz üzərindəki əhəmiyyətli bir qüvvə faktorunun qalxmasına görə meydana gələcək yer hərəkətləridir: zəlzələlər və vulkanik fəaliyyət. Ancaq bunlar zamanla azalacaq və normala dönəcək.
Ayın yox olmasının ən müzakirə edilən təsirlərindən biri isə Yerin Günəş ətrafındakı orbitinin dəyişməsi olacaq. Ay və Yer bir növ "qardaş göy cisimləri" olaraq düşünülə bilər. Bir-birlərinə cazibə qüvvəsi tətbiq edərək fırlanarlar və bu ikili sistem bir yerdə Günəşin ətrafında fırlanar. Bu səbəbdən Ay yox olxsa Yer üzərindəki əhəmiyyətli bir qüvvə məhv olar və Günəş ətrafındakı orbitimiz Ayın ortadan qalxdığı andakı Yer və Ay mövqelərinə görə dəyişməyə başlaya bilər. Lakin bu dəyişmənin miqdarı tam olaraq bilinmir. Bəzi araşdırmaçılar Ayın yox olmasının Dünyanın orbitinə heç təsir etməyəcəyini söyləyərkən, bəziləri əhəmiyyətli dəyişmələrə əbəb ola biləcəyini iddia etdirlər. Bu səbəbdən bu mövzuda dəqiq bir şey söyləmək o qədər də mümkün deyil.
Digər yandan Ayın Dünyanın öz ətrafında fırlanma sürətini gedərək yavaşlatdığı da bilinir. Ayın planetimizə tətbiq etdiyi qüvvə planetimizi son 500.000 il içərisində ildə 400 dönüşdən, ildə 365 dönüşə qədər yavaşlatmışdır. Bu səbəbdən Ay yox olxsa Yerin yavaşlamasına səbəb olan çox əhəmiyyətli bir faktor da ortadan qalxmış olacaq. Bu, planetimizə təsir etməyəcək, ancaq əgər Ay başından bəri var olmasaydı, planetimizin fırlanma sürətindəki fərqlilikdən ötəri canlılar çox daha fərqli bir təkamüllü müddətdən keçə bilərdilər. Məsələn Yer çox daha sürətli fırlansaydı, atmosferimizdə çox təzyiqli sahələr meydana gələ bilər və bu da güclü və dayanmaq bilməyən küləklərə səbəb ola bilərdi.
Son olaraq, bioloji baxımdan yenidən ələ alacaq olsaq, Ayın yox olması ehtimalla bir çox canlıya ciddi miqdarda təsir edəcək. Çünki bir çox məməlinin gözləri Ay işığına həssas olacaq şəkildə təkamülləşmişdir və buna insan da daxildir. Bu məməlilərin bəlkə bir çoxu Ayın yoxluğundan əhəmiyyətli miqdarda təsirlənərək həyatını itirəcək. İnsanlarda belə bir vəziyyət olmayacağı təxmin edilə bilər, lakin bizdə də çox əhəmiyyətli psixoloji dəyişmələr yaşanması mümkündür. Bunu dövrümüzün axmaqlığı olan astrologiya ilə bağlı olaraq düşünməyin. Ayın yox olxması gecə-gündüz anlayışlarıyla əlaqədar beynimizdə olan hissləri təsir edəcək və hormonal dəyişmələrə səbəb ola biləcək. Bu da insan davranışlarının dəyişməsiylə nəticələnəcək.
Bütün bu dəyişmələrin nə qədər ciddi olacağı və nələrə təsir edəcəyi mövzusunda müzakirələr var. Ayın ortadan qalxması ehtimalla Yerdə əhəmiyyətli bir çox fərqliliyə səbəb olacaq, ancaq fəlakət dəllallarının iddia etdiyi kimi Ayın yox olxmasının Yerdəki bütün həyatı məhv etməsini düşünmək Ay ilə Yer arasında çox həssas bir tarazlığın olduğunu hesab etmək, Ay heç olmasaydı canlılığın var ola bilməyəcəyini israrçı bir şəkildə iddia etmək açıq-aşkar məlumatsızlığın bir nəticəsidir. Ən sadə misal, okeanların döşəmələrində yaşayan bakteriyalar və arxeyalar (bunlarla olan ortaq atalarımız ehtimalla yaşayan ilk canlılar idi) nəinki Ay, Günəş belə məhv olsa milyonlarla il heç bir şey olmamış kimi həyatlarını davam etdirib təkamülləşməyə davam edərdilər. Bu səbəbdən insanlara psixoloji təsir etmək məqsədiylə uydurulan yalanlara qarşı diqqətli olmanızı məsləhət görürük.
Yaşıl Elm
XƏBƏR LENTİ
"Mehriban Əliyeva dünyanın ən gözəl xanımıdır"
"Vətənpərvər insanlar ölmürlər"
Şokoladlı pışka (foto resept)
Günün ulduz falı - 16.10.2013
Balıq soyutması (foto resept)
Təhsildə yeni qaydalar olacaq
Azərbaycan-Rusiya: 3:0
Azərbaycanda bütün məktəblər bu ilin sonunadək internetlə təmin olunacaq
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
Günün qoroskopu: Bu gün dünənkindən yaxşıdır...
Gündəlik göz makiyajı
Lavanda yağının faydaları
Etirazçılar Paşinyanın mənzilinə basqın etdilər - VİDEO
Məsamələri təmizləyən 3 üsul
HAVA necə olacaq?
ABBA 35 il sonra qayıdır
Bakı bazarlarında yeni bahalaşma
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Oğlunun rəsmlərindən cizgi film qəhrəmanları yaratdı
Acılış mərasiminə 100 milyon manat xərclənib
Dəri çatlarının qarşısını necə almalı?
"Pələng" qəlyanaltısı (foto resept)
Hollivudun ən istedadlı aktyorunu seçildi
Ölkədən çıxa bilməyənlərə ŞAD XƏBƏR: 24 saat ərzində...
"Korjik" (foto-resept)
"Recep İvedik" Ebru Gündeşi yamsıladı-VİDEO
Yoxa çıxan qadının evindən şoka görüntülər- FOTO
Gülben Ergen haqqında ŞOK məlumat
Birinci xanım ərəbləri hiddətləndirdi
Tortilla Pizza (foto-resept)
Qadın xəyanət edə bilərmi?
Koronavirusdan sağalan Bəhram Bağırzadə məşq görüntülərini paylaşdı - VİDEO
İranda zəlzələ oldu
Saç düzümləri
"Ş" hərfi ilə başlayan adların mənası
Dişimizdəki bakteriyalar
Paltaryuyan maşını kim kəşf edib?
Can Yaman haqqında şok iddia
Uşaqlarda nitq qabiliyyəti
İki rayonun inzibati ərazi bölgüsünə dəyişikliklər edildi
Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Ovçu çayda qeyri-adi olayla qarşılaşdı - FOTO
Ajda Pekkanın gənclik fotosu-FOTO
Dünyanın ən gözəl qadını seçildi, bu xəbərə güldü
Bu il uşaqlara ən çox verilən adlar açıqlanıb - SİYAHI
Arzularımın və xəyallarımın şəhəri-Roma!
Uşaqların özgüvənini artırmağın yolları
İstirahət günləri üçün hava proqnozu açıqlandı
DİM imtahan keçirəcək
Beyin haqqında miflər(3)
- ŞƏRHLƏR