
Maraqlısı budur ki, əksər hallarda o qüsurun fərqində ola- ola insanlar fikir vermir və düzəltmək üçün heç bir səy göstərmirlər. Bu qüsurlardan biri də baxımsız dişlər və onlarda yaranan diş daşlarıdır. Ümumiyyətlə, elə bir insan yoxdur ki, onda diş daşları problemi olmasın. Ağız baxımı edən insanlarda da bu problemə rast gəlmək mümkündür. Diş daşları ilk vaxtlar heç bir ağrı və narahatlıq vermədiyindən buna elə də ciddi yanaşılmır. Lakin bu daşlar olduqca ciddi probemlərin olduğunun göstəricisidir. Qidalandıqdan sonra qida qalıqlarının dişdə qalması, bakteriyaların artması, diş daşlarını yaradır. Nəticədə dişlərin dibi saralır, daşlaşır. Tamamilə təmiz olan dişin daşlaşmaması üçün yeməkdən sonra dişlər mütləq yuyulmalı və diş ipi ilə təmizlənməlidir. Dişlər artıq daşlaşıbsa, stomatoloqa müraciət edərək bu daşlaşmadan qurtulmaq mümkündür.Stomatoloq Firuz Qurbanovun sözlərinə görə, diş daşları qidalanmadan sonra diş üstündə qalan mikrobakteriyaların daşlaşmasından yaranır. Bu daşlaşma ilkin mərhələdə diş üstündə sarımtıl təbəqə yaradır və bundan sonra bakteriyaları toplamağa başlayır. Bir müddətdən sonra toplanan bakteriyalar ərpləşir və daşlaşır. Möhkəmləndikdən sonra isə daşlar diş ətini itələyərək dişin dibinə doğru kök salır: "Stomatoloq dedikdə insanların ağlına dişləri çəkdirmək və protez dişlərin qoyulması gəlir. Çox az adam sadəcə diş daşlarının təmizlənməsi üçün müraciət edir. Halbuki diş daşlarının təmizlənməməsi dişlərin sonrakı mərhələ olan çəkilməyə zəmin yaradır. Deyirlər ki, diş daşlarının təmizlənməsi dişlər üçün zərərlidir. Stomatoloq tərəfindən təmizlənmə dişlərə heç bir ziyan vurmaz, əksinə onların daha sağlam olması üçün kömək edər".
Həkim deyir ki, diş daşlarının hər hansı dəmir alətlərlə qaşınması, qopardılmasının dişlərə ziyanı olduqca böyükdür. Diş daşları dişlərin zəifləməsinə, diş ətlərinin xəstələnməsinə, qanamasına səbəb olan faktordur. Diş daşları 6 aydan bir stomatoloq tərəfindən təmizlənməlidir: "Amma təəssüf ki, bizdə nəinki diş daşlarının təmizlənməsinə, ümumi müayinəyə belə maraq azdır. Diş ağrımayınca həkimə gəlmək vərdişi yoxdur". Stomatoloqun sözlərinə görə, diş ətinin iltihablanması, qızarması, ağrımasının ilkin səbəbi məhz diş daşlarıdır. Daimi olaraq dişlərini fırçalayan və diş iplərindən istifadə edən insanlarda belə bu daşlaşmalar yarana bilər. Stomatoloji kabinetlərdə diş daşlarının təmizlənməsi elə də baha olmur. 10-20 manat dəyərində olan bu proses 6 ay dişlərin sağlam və təmiz olmasına imkan yaradır: "Daşların təmizlənmə prosesi elə də çətin və ağrılı bir proses deyil. Stomatoloqlar tərəfindən edilən diş daşlarının təmizlənməsi prosesi ya utramodern cihazlar vasitəsilə, ya da əl alətləri ilə edilir. Daşların təmizliyi zamanı heç bir ağrı hiss olunmur, amma hər ehtimala qarşı lokal anesteziya ilə diş ətləri keyidilir. 15-20 dəqiqə müddətində təmizlənən diş daşları daha bərk və çox olarsa, 30 dəqiqəyə qədər uzana bilir. Diş daşları diş ilə diş ətinin kəsişməsində yarandığı və daşlaşdığı üçün təmizləmə zamanı qanamaların da olması mümkündür. Buna görə steril şəraitdə və stomatoloq tərəfindən edilməlidir ki, sonradan bir fəsad olmasın".
Diş daşlarının yaranmasından danışan həmsöhbətimizin bildirdiyinə görə, bəzən dişlərin gündəlik fırçalanması da bu daşlaşmanın qarşısını ala bilmir. Metabolizm nöqsanları ilə özünü büruzə verən hər hansı bir somatik xəstəlik, müxtəlif infeksiyalar, diabet, pankreatit, astma da diş daşlarının yaranmasıa səbəb ola bilir. Bundan əlavə daim qəbul edilən bir sıra dərmanlar var ki, onlar da ağız suyunun dəyişməsinə vədaşlaşmanın yaranmasına səbəb olur: "Diş daşı, əgər diş cibinin içində yaranırsa, buna subgingival diş daşı adı verilir. Ağız və diş sağlamlığı baxımının qeyri-kafi olduğu vəziyyətlərdə, diş üzərində yaranan bakteriya ərpi təxminən 14 gün içində diş daşlarına çevrilir. Təmizliyə laqeydlik edilən diş daşları, irəlidə pis bir görünüşə səbəb olur, bununla yanaşı, diş əti iltihabı və diş əti xəstəliklərini də bərabərində gətirə bilir. Diş daşı meydana gəlməsində, səhv qidalanmanın da rolu böyükdür. Karbonhidrat və şəkər yüklü qidalanma diş daşı meydana gəlməsini sürətləndirir. Ağızda olan müxtəlif breketlər, körpülər, dişlərin normal, yan-yana yerləşməməsi ərpin yığılmasına və daşlaşmasına səbəb olur".
Diş daşları meydana gəlibsə onları fırçalayaraq təmizləmək qeyri-mümkündür. Soda və digər maddələrlə diş fırçalanması diş daşını dağıtmaz, bununla yanaşı sağlam dişlərin emalının yeyilməsinə səbəb olar. Ev şəraitində əl, dırnaq, dəmir alətlərlə diş daşının təmizlənməsi diş ətlərini zədələmək, qanatmaq və mikrob keçirmək üçün şərait yaradar.
Stomatoloqlara təmizlədilən zaman, eləcə də ev şəraitində xəstənin özünün öz dişlərinə müdaxilə etməsi diş minasının zədələr kimi fikirlər mövcuddur, lakin unutmaq lazım deyil ki, diş minası çox sərtdir. Diş daşları isə onlara təsir edib, zədələyən ən təsirli faktordur. Buna görə də dişləri stomatoloqa etibar etmək ən doğru yoldur.
Ekspress.az
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məşhur teleaparıcı qulduru tutdu
ABU tələbələrinin bir problemi həll olundu
Batmaq üçün yaradılan gəmi “RV FLİP”
Heyvanları bu cür gəzdirənlər CƏRİMƏLƏNƏCƏK!
Epilyasiya çıxış yoludur?
Diqqətli olun! - Arıqlama dərmanları xərçəngə, sonsuzluğa, infarkta
Bayrağımız Şurnuxa sancıldı - VİDEO
Sizin enerji sahənizin olduğundan xəbəriniz varmı?
Bakıda nadir şiş əməliyyatı reallaşdı
Gəncədə Bakıya nümunə olacaq yenilik - FOTO
Rusiyanın xalq artistləri Bakıya gəlir
Hər gün bir az arıqlayıb bu hala düşdülər
Hərəkətsiz qalmaq bədənimizə necə təsir edir?
Bakıda metro yaxınlığında yanğın
Azərbaycanda müəllim və şagirdlər koronavirusa YOLUXDU
Gülümsəməyin faydaları
2018-in ən romantik Koreya serialları
Hansı ev bitkiləri havanı təmizləyir?
Qızmar istilər qayıdır
ABŞ-da beş azərbaycanlı koronavirusa yoluxub - VİDEO
"Qızcığaz dovşan" tortu (foto resept)
Kəlbəcəri tərk edən ermənilər - VİDEO
Azərbaycan etiraz məktubu göndərdi
İstanbulda baş verən terror aktına görə məsuliyyəti üzərinə İŞİD götürdü
Gülüş: qatil, yoxsa xilaskar?
Rihanna yenidən arıqladı-FOTO
Ramazanın 16-cı gününün duası
Koronavirusa qarşı immunitetin müddəti açıqlanıb
Emin Ağalarovun qızı dünyaya gəlib
Cennifer Lopezdən maraqlı AÇIQLAMA
Psixiatr gərginliyi azaltmaq yolunu açıqladı: “Bunu etsəniz...”
“33 milyon insan epidemiyadan öləcək”
Hicablı bacılarımız üçün
"Neftin ucuzlaşmasının yaratdığı fəsadları minimuma endirməyə çalışacağıq"
Qadin.Netlə bağlı ən xoş xatirələrimiz (Son)
Məşhur fırıldaqçı Nyu-Yorkda tapıldı
Üçgözlü ilan
Üzünüzə yaraşan qaş formaları
Bürcləri fevral ayında nə GÖZLƏYİR?
Taksilərlə bağlı bu dəyişikliklər ediləcək
Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ "ƏRİDİR" - VİDEO
Hamiləliyi riskə salan səbəblər
Möcüzəvi dəqiqələr
Göz yaşlarının intiharı
Hava haqqında
Bakıda ən bahalı torpaq haradadır?
Pərdə - plyonka "sezonu" bitir
Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
Alimlər keçəlliyin səbəbini tapdılar
76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək















- ŞƏRHLƏR