Yaralı təqlidi edən quşlar
Bəzi quşlar yaralı təqlidi edir və beləliklə, düşmənlərinin diqqətini balalarından yayındıraraq öz üzərilərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin qarşısına keçib yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Lakin quş tədbirli davranır və düşməni ilə aradakı təhlükəli məsafəni qoruyur. “Yaralı” quşu asan ov kimi görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən yuvadan bir xeyli uzaqlaşdırılır. Yırtıcı yuvadan kifayət qədər uzaqlaşdıqda dişi quş bir anda təqlidi dayandırır və yırtıcı heyvan ona çatarkən, dişi quş birdən qanadlanaraq uçur. Bu “teatr səhnəsi” çox inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların yaralı quş ssenarisinə bu gün də alimlər heç bir açıqlama verə bilmirlər.
Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quş şüurlu varlıq olmalıdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin, bir heyvan özünü tərəddüdsüz düşməninin önünə atmaq üçün çox cəsarətli olmalıdır. Maraqlısı budur ki, quşlar bu davranışı başqalarından öyrənib təqlid etmirlər. Bu müdafiə taktikasına və qabiliyyətinə doğulduqları andan sahibdirlər.
Bu heyvanları belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etdirən onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah’dır. Allah bu canlılara ilhamı ilə sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir.
Sonar sistemi ilə görən delfinlər
Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.
Sonarın göndərdiyi siqnallar cisimlərə dəydikdən sonra təkrar geri qayıdaraq delfinin alt çənəsinə çatır və buradan da lipit adlı yağ vasitəsilə daxili qulağa ötürülür. Tam uyğun miqdarda ifraz edilən bu yağ sayəsində daxili qulağa çatan məlumatlar beyinə ötürülür və qəbul etmə tamamlanmış olur.
Hər şeyi bənzərsiz və qüsursuz yaradan Allah delfinləri də ən gözəl şəkildə yaratmış və üstün texnologiya ilə təchiz etmişdir.
Mövsümə və torpağa görə dəyişən tük rəngi
Mühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.
Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflyaj baxımından böyük üstünlük təmin edir.
Bunun əksi də ola bilər və heyvan qışda torpaq rəngi, ya da yayda dümağ qala bilərdi. Ya da heç rəng dəyişdirməyə bilərdi. Qısacası, rənglərin mövsümlərə görə dəyişməsində böyük ağıl və hesablama var. Bədənimizin günəşdə yanmasına mane ola bilmədiyimiz (xüsusi qorunma üsulları xaric) kimi, heyvanlar da bədənlərindəki dəyişməyə nəzarət etmək qabiliyyətinə malik deyillər. Bir heyvanın bunu özünün hesablayıb nəzarət etməsi mümkün deyil. Şübhəsiz ki, Allah bu canlıları belə bir qorunma mexanizmi ilə birlikdə yaratmışdır.
Fiziki qanunları bilən kəpənəklər
Kəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanadları, zərif uçuşları ilə təbii gözəl olan bu canlılar Allah’ın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Olduqca qısa ömür sürmələrinə baxmayaraq, bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparırlar. Məsələn, uçmaq üçün kəpənəklərin bədəni müəyyən temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nə etdiyini birlikdə öyrənək.
Colias kəpənəyinin bədən temperaturu 28 dərəcədən aşağı olarsa, uça bilməz. Belə olduqda, kəpənək dərhal qanadlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdırdıqda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu düşməyə başlayır.
Bundan başqa, bu kəpənək növlərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələr də təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin ötürülməsi asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalır. Başqa bir kəpənək növü də bədən temperaturunu artırmaq üçün buna bənzər üsuldan istifadə edir.
Linzalar
Linzalar haqqında hamınızın məlumatı var. Onların bəzilərindən cisimləri böyütmək, digərlərindən isə kiçiltmək üçün istifadə olunur. Məsələn, eynək şüşələri linzadır. Günəş işığının qarşısına tutulan linza ilə istiliyi müəyyən nöqtədə toplamaq olur. Hətta bu üsulla od yandırmaq da mümkündür. Pieris kəpənəyi isə qanadlarını elə vəziyyətdə saxlayır ki, bütün şüaları eynilə linza kimi bədəninin ən çox isinməli yerlərində toplaya bilir.
R. Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında
HAVA necə olacaq?- 22 MART
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Toyuq ətli blinçiklər (foto-resept)
İranda güclü zəlzələ oldu
Seks ürəyi qoruyur
Bakı yaşıllaşacaq
“Hercai” efirlə vidalaşır
Möcüzəvi su və isti ayaq vannaları
Türkiyədə zəlzələ olub
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Pilotsuz aparatlar vurulacaq
HAVA necə olacaq?- 10 Mart
4 terabaytlıq, ilk...
Günümüzü əks etdirən rəsmlər
Sobada əriştəli toyuq (foto-resept)
Vaşinqtonun görməli yerləri
Bir neçə rayonda qaz problemi olacaq
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Azərbaycanla AB arasında saziş imzalandı
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım
Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? - FOTO
Yay üçün donlar
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Bu gün “Son zəng”dir
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Bu il məhsuldarlıq aşağı ola bilər
Tanınmış aktrisa öldü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Şadlıq evlərində vəziyyət necədir?
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
Uşaqların məzəli kəlamları
45 kiloqram arıqlayan Adelin sirri
Körpə qızlar üçün yay geyimləri
İş yerindən arayış almaq asanlaşdı
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Qurama yastıqlar (1 hissə)
Bu yay ağıllı saat ola bilər
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Dünyanın ən qorxunc körpüləri
"Kurtlar Vadisi" ekranlara qayıdır
Teylor Sviftdən nümunəvi addım-FOTO
Balaca şahzadələrimiz üçün donlar
- ŞƏRHLƏR