Eləmi?!
Qolum quruyub, qıçım sınsa yolunda,
Loğman olub sağaltmazsan, eləmi?!
Cavan ölsəm aləm mənə ağlasa,
Sən yas tutub ağlamazsan, eləmi?!
Bahar vaxtı qaranquşlar ötəndə,
Bülbül gülə, gül bülbülə yetəndə.
Məzarımda bənövşələr bitəndə,
Heç matəmdə saxlamazsan, eləmi?!
Gül açmışdı eşqimizin diləyi,
Qoyma sola məhəbbətin çiçəyi,
Həsrətindən oda düşsə ürəyim,
Bircə dəfə yoxlamazsan, eləmi?!
Çağırsam
Tutub qolumdan versələr yada
Sevgilim çağırsam gələcəksənmi?
Ağlaya-ağlaya gəlin olanda,
Özünü günahkar biləcəksənmi?
Al qana boyansa gəlin paltarım,
Üstümə göz yaşı tökəcəksənmi?
Əlvida deyəndə mən bu dünyaya
Özünü günahkar biləcəksənmi?!
Bilmədim
Yenə də görüşdük, durduq üz-üzə,
Sözlərim qırıldı düzə bilmədim.
Sükuta qərq oldum, mən lal dayandım,
Əlimi əlindən üzə bilmədim.
Bu necə sevgidi, necə görüşdü,
Bir anda elə bil illər ötüşdü.
Sən getdin yollara izlərin düşdü,
İzini tapdayıb gəzə blmədim.
Necə söyləyim ki, vüsala yetim,
O yerdə daş olum, o yerdə bitim,
Bilmirəm sən necə ayrılıb getdin,
Mən bu ayrılığa dözə bilmədim.
Aldatma məni
Çalış aldatmasın məni gözlərin,
Mən hələ heç kəsi aldatmamışam.
Daha getməz ürəyimdən izlərin,
Mən sənin yolunda az yanmamışam.
Birdə bu məhəbət gələrmi dilə?!
Qoy səni gözümdən salan olmasın.
Səninlə üfüqlər aşaram hələ,
Təki sözlərində yalan olmasın.
Təki aldanmayım xoş sözlərinə,
Bilim ki yansam da hədər yanmıram.
Güvənib səndəki yaxınlıqlara
Bilim ki heç zaman aldatma məni.
Bütün günahını bağışlayaram,
Görüşə gəlməsən batmaram qəmə.
Əzilərəm, bükülərəm, yenə sınmaram,
Mənə yalan demə, aldatma məni!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kremli rulet(foto resept)
"Bank of Baku" Android və iPad üçün mobil əlavələrini işə saldı!
Toxuduqlarım
Ekoloji çirklənmə və bədbinik
Ermənistanın Azərbaycana qarşı təcavüzü Argentina mətbuatında
Bədənə görə şalvar seçimi
Xoşbəxt ailə qurmaq
Antiterror əməliyyatlarında erməni xüsusi təyinatlıları məhv edildi
Ramil Səfərovun öldürdüyü erməniyə abidə qoyuldu
Tək qalmağın gözəlliyi
Gürcüstanda qəza: Azərbaycan səfirliyinin birinci katibinin qızı xəsarət alıb
Armud şirəsinin faydaları
Hələ belə toy görünməyib
Hava haqqında
Qadın.Net salatı (foto resept)
Külək nə vaxt dayanacaq?
Türkiyədə matəm elanı
Azərbaycanda əhalinin dolanışığı qonşu ölkələrlə müqayisədə qənaətbəxşdir
Britaniyada yeni referendum istənilir
Azərbaycanlılar Hellouini qeyd etməlidirlər?
Çingiz "Eurovision" dakı çıxışından danışdı - VİDEO
Dəbli pencəklər
Yeməyin müstəhəbbatı hansılardır?
3 günə ağ dişlərə qovuşun
"Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik" - Elmar Məmmədyarov
Nə etməli?
Alimlərdən QORXUNC XƏBƏRDARLIQ
Hava haqqında
İşıq saçan bitki ixtira edildi
Azərbaycanlı generala həsr edilmiş film göstəriləcək
Tramp Meqan Marklı təhqir etdi?-FOTO
Günün ulduz falı - 25.10.2013
Günün qoroskopu: istənilən məsələnin həlli çətinləşir
Avropanın ən ucuz şəhəri seçilib
Daxili sülh üçün sakitləşdirici texnikaları
Demet Akalın yenə tənqid olundu-SƏBƏB
Bu günün tarixi (18.05.2014)
Uşaqlara oxumaq həvəsinin aşılanması
Hərbçi diplomunu 83 ildən sonra aldı
Ahmet Kural evlənir - FOTO
Dünyada bu dillər yox olacaq
Hələ bu cür toy dəvətnaməsi olmamışdı-FOTO
Tələbə qız bir ilə 90 kq arıqladı
Ərdoğanı güldürən uşaq
Günün qoroskopu: həftənin ən anlaşılmaz günüdür
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Bu vitaminin yoxluğu da dərddir, çoxluğu da
“Eurovision 2015”in qalibi kimdir?
Rusiyanın Birinci kanalının Azərbaycandakı seçkilərlə bağlı repotajı
WhatsApp-la bağlı sirr açıldı
- ŞƏRHLƏR