Eləmi?!
Qolum quruyub, qıçım sınsa yolunda,
Loğman olub sağaltmazsan, eləmi?!
Cavan ölsəm aləm mənə ağlasa,
Sən yas tutub ağlamazsan, eləmi?!
Bahar vaxtı qaranquşlar ötəndə,
Bülbül gülə, gül bülbülə yetəndə.
Məzarımda bənövşələr bitəndə,
Heç matəmdə saxlamazsan, eləmi?!
Gül açmışdı eşqimizin diləyi,
Qoyma sola məhəbbətin çiçəyi,
Həsrətindən oda düşsə ürəyim,
Bircə dəfə yoxlamazsan, eləmi?!
Çağırsam
Tutub qolumdan versələr yada
Sevgilim çağırsam gələcəksənmi?
Ağlaya-ağlaya gəlin olanda,
Özünü günahkar biləcəksənmi?
Al qana boyansa gəlin paltarım,
Üstümə göz yaşı tökəcəksənmi?
Əlvida deyəndə mən bu dünyaya
Özünü günahkar biləcəksənmi?!
Bilmədim
Yenə də görüşdük, durduq üz-üzə,
Sözlərim qırıldı düzə bilmədim.
Sükuta qərq oldum, mən lal dayandım,
Əlimi əlindən üzə bilmədim.
Bu necə sevgidi, necə görüşdü,
Bir anda elə bil illər ötüşdü.
Sən getdin yollara izlərin düşdü,
İzini tapdayıb gəzə blmədim.
Necə söyləyim ki, vüsala yetim,
O yerdə daş olum, o yerdə bitim,
Bilmirəm sən necə ayrılıb getdin,
Mən bu ayrılığa dözə bilmədim.
Aldatma məni
Çalış aldatmasın məni gözlərin,
Mən hələ heç kəsi aldatmamışam.
Daha getməz ürəyimdən izlərin,
Mən sənin yolunda az yanmamışam.
Birdə bu məhəbət gələrmi dilə?!
Qoy səni gözümdən salan olmasın.
Səninlə üfüqlər aşaram hələ,
Təki sözlərində yalan olmasın.
Təki aldanmayım xoş sözlərinə,
Bilim ki yansam da hədər yanmıram.
Güvənib səndəki yaxınlıqlara
Bilim ki heç zaman aldatma məni.
Bütün günahını bağışlayaram,
Görüşə gəlməsən batmaram qəmə.
Əzilərəm, bükülərəm, yenə sınmaram,
Mənə yalan demə, aldatma məni!