Əziz xanımlarımız, mən sizə dərin məhəbbətlə sevib ailə qurmağınızı arzu edirəm (Subay xanımları nəzərdə tuturam). Məhəbbətsiz, sevgisiz ailə quran xanımlara isə deyərdim ki, var olduqlarınızla xoşbəxt olmağa çalışın. Çünki sizdən də pis halda, pis çevrədə olan insanlar var. Bir də ömür fani, həyat isə çox qısadır. İnsana bu həyatda yaşamaq üçün ikinci şans verilmir.
Məhəbbətsiz evlənəndə
Qohum, qardaş qoyar səsə
Məhəbbətsiz evlənəndə.
Ev bənzəyər dar qəfəsə,
Məhəbbətsiz evlənəndə.
Quş qəfəsdə qalarmı heç,
Gülsüz cəh-cəh çalarmı heç,
İnsan xoşbəxt olarmı heç,
Məhəbbətsiz evlənəndə.
Ömür-günün qəmə batar,
Can əriyər, ürək yanar.
Bal ağızda zəhər dadar,
Məhəbbətsiz evlənəndə.
Cismin quru taxta olar,
Qəlbin boran, şaxta olar.
Təbəssümün saxta olar,
Məhəbbətsiz evlənəndə.
Haqlı-haqsız üzləşmələr,
Yerli-yersiz sözləşmələr,
Üzün gülməz axşam-səhər
Məhəbbətsiz evlənəndə.
Uşaq istər ata-ana,
Can-can desən o şeytana.
Qəlb sökülər xana-xana
Məhəbbətsiz evlənəndə.
Teymur, sən də murada çat,
Yatanları səslə-oyat.
Keşməkeşli olur həyat,
Məhəbbətsiz evlənəndə.
Bilmirəm neyləyim mən dərd əlindən
Yenə oturmuşam əlimdə qələm,
Yoxdur bir nəfər də dərdimi böləm.
Dəftərdir ən yaxın sirdaşım mənim,
İndi kədər, qəm mənə olubdur həmdəm.
Taleyim yamanca yandırdı məni,
Göylərdən yerlərə endirdi məni,
Küsdürüb özümdən döndərdi məni,
Bilmirəm neyləyim mən dərd əlindən.
Mən görə bilmədim heç kimdən hörmət,
Bununçün görmədim özümdə qüvvət ,
Özümü sevdirə bilmədim əlbət,
Bilmədim neyləyim mən dərd əlindən.
Kimsəni qəlbimə yaxın bilmirəm,
Heç kimdə məhəbbət, sevgi görmürəm.
Özümü heç kimə lazım bilmirəm,
Bilmirəm neyləyim mən dərd əlindən.
Həyatın mənası qalmayıb artıq,
Tək-tənha qürbətdə qalmışam artıq.
Hayıma yetişən qalmayıb artıq,
Bilmirəm neyləyim mən dərd əlindən.
Dörd divar içində dustağam sanki,
Buyruğa buyrulan uşağam sanki,
Yad yerdə hər şeydən qırağam sanki,
Bilmirəm neyləyim mən dərd əlindən.
Günləri dalbadal itirirəm boşa,
Beləmi vuracam həyatı başa?!
Axı, bacarmıram taleyimlə razılaşa,
Bilmirəm neyləyim mən dərd əlindən.
Kasıblıq bir yandan insanı sıxır,
Tale isə, bir yandan qaldırır yıxır,
Bilmirsən sonradan daha nələr çıxır,
Bilmirəm neyləyim mən dərd əlindən.
Ürəyim yamanca dolanda sözlə,
Ağlayıb tapıram təsəlli özümə.
Ağlayır ürəyim ağlasam gözlə,
Bilmirəm neyləyim mən dərd əlindən.
XƏBƏR LENTİ
O, evdar qadındır
Hamiləlikdə rahat yuxunun sirləri
Bir ilə 200 kq arıqladı -FOTO
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür
Beyonsa əkizləri ilə bağlı pis xəbər
Rəngarəng don modelləri
Milyarderlərlə görüşən məşhurlar - FOTO
Dəhşətli virus Azərbaycanın bir addımlığında
Onu içmə, bunu içmə, bəs?..
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Bu ərzaqlar bahalaşdı
Girovlarla bağlı yeni xəbər
Nəticələr bu tarixdə açıqlanacaq - DİM
Mesut Özil və Amine Gülşe doğulacaq körpələrinin cinsini açıqladılar-FOTO
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Malayziyanın ən gənc milyarderi - FOTO
Bakıda ağaclar yeni tikilən binanın güdazına gedə bilər
Çiyələk maskası
Yanan binaya erməni sevinСЃi
İrem Derici hər kəsi təəccübləndirdi-VİDEO
Qafqaz qorxunc virusun təhlükəsi altında
Şimali Koreya ABŞ və Cənubi Koreyaya xəbərdarlıq etdi
Prezidentdən Respublika Günü ilə bağlı paylaşım - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-25 noyabr
Baş nazirdən koronavirusla bağlı SƏRƏNCAM
Qardaşını kabusa çevirdi
Günün ulduz falı
Nəhənglərin savaşı başlayır?
Kartoflu ispanaq kotleti (foto resept)
Qadın.net ilə birgə hamiləlik dövrü(4 həftə)
Toyda qonaqlara it yeməyi verdilər
Gürcüstan-Tbilisi (6)
Düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur - RƏSMİ
Cəbhə xəttində atışma
Şaxta babanın gətirdiyi xəstəliklər
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
İşğaldan azad edilmiş ərazilərimizdə sərhəd zastavaları quruldu - SİYAHI
Mark milyarderlər siyahısında 6-cı yerə düşdü
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Hamilə qadının 7 körpəsi olacaq-AZƏBAYCANDA
Tatlısəsin evlilik xəbəri yayıldı-FOTO
Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA
Qeyri-adi təbiət hadisəsi: Su qaya boyunca tərsinə axdı - VİDEO
Ağlabatan qiymətə VW
Planetin müxtəlif yerlərindən "əkiz"lər
Hamilə qalmaq üçün ayda "6 QIZIL GÜN" var
Sabah yay vaxtı ləğv edilir
Yaqut Qarayeva: “Koronavirusa yoluxanları ziyarət edənlər var”
Azərbaycandakı şizofrenlərin sayı açıqlandı
Reanimasiyada həkimlər koronavirusla belə mübarizə aparır - VİDEO
- ŞƏRHLƏR