Qadin.NET / Məhəbbətsiz evlənəndə

Məhəbbətsiz evlənəndə

Əziz xanımlarımız, mən sizə dərin məhəbbətlə sevib ailə qurmağınızı arzu edirəm (Subay xanımları nəzərdə tuturam). Məhəbbətsiz, sevgisiz ailə quran xanımlara isə deyərdim ki, var olduqlarınızla xoşbəxt olmağa çalışın. Çünki sizdən də pis halda, pis çevrədə olan insanlar var. Bir də ömür fani, həyat isə çox qısadır. İnsana bu həyatda yaşamaq üçün ikinci şans verilmir.

Məhəbbətsiz evlənəndə

Məhəbbətsiz evlənəndə

   Qohum, qardaş qoyar səsə

Məhəbbətsiz evlənəndə.

Ev bənzəyər dar qəfəsə,

 Məhəbbətsiz evlənəndə.

 

Quş qəfəsdə qalarmı heç,

   Gülsüz cəh-cəh çalarmı heç,

İnsan xoşbəxt olarmı heç,

Məhəbbətsiz evlənəndə.

 

  Ömür-günün qəmə batar,

Can əriyər, ürək yanar.

Bal ağızda zəhər dadar,

Məhəbbətsiz evlənəndə.

 

Cismin quru taxta olar,

Qəlbin boran, şaxta olar.

Təbəssümün saxta olar,

Məhəbbətsiz evlənəndə.

 

Haqlı-haqsız üzləşmələr,

Yerli-yersiz sözləşmələr,

    Üzün gülməz axşam-səhər

  Məhəbbətsiz evlənəndə.

 

Uşaq istər ata-ana,

      Can-can desən o şeytana.

  Qəlb sökülər xana-xana

   Məhəbbətsiz evlənəndə.

 

         Teymur, sən də murada  çat,

Yatanları səslə-oyat.

Keşməkeşli olur həyat,

     Məhəbbətsiz evlənəndə.

 

Məhəbbətsiz evlənəndə

Bilmirəm neyləyim mən dərd əlindən

Yenə oturmuşam əlimdə qələm,

Yoxdur bir nəfər də dərdimi böləm.

Dəftərdir ən yaxın sirdaşım mənim,

İndi kədər, qəm mənə olubdur həmdəm.

 

Taleyim yamanca yandırdı məni,

Göylərdən yerlərə endirdi məni,

Küsdürüb özümdən döndərdi məni,

Bilmirəm neyləyim mən dərd əlindən.

 

Mən görə bilmədim heç kimdən hörmət,

Bununçün görmədim özümdə qüvvət ,

Özümü sevdirə bilmədim əlbət,

Bilmədim neyləyim mən dərd əlindən.

 

Kimsəni qəlbimə yaxın bilmirəm,

        Heç kimdə məhəbbət, sevgi görmürəm.

Özümü heç kimə lazım bilmirəm,

      Bilmirəm neyləyim mən dərd əlindən.

 

Həyatın mənası qalmayıb artıq,

       Tək-tənha qürbətdə qalmışam artıq.

Hayıma yetişən qalmayıb artıq,

       Bilmirəm neyləyim mən dərd əlindən.

 

    Dörd divar içində dustağam sanki,

   Buyruğa buyrulan uşağam sanki,

           Yad yerdə hər şeydən qırağam sanki,

         Bilmirəm neyləyim mən dərd əlindən.

 

Günləri dalbadal itirirəm boşa,

Beləmi vuracam həyatı başa?!

         Axı, bacarmıram taleyimlə razılaşa,

          Bilmirəm neyləyim mən dərd əlindən.

 

Kasıblıq bir yandan insanı sıxır,

   Tale isə, bir yandan qaldırır yıxır,

      Bilmirsən sonradan daha nələr çıxır,

        Bilmirəm neyləyim mən dərd əlindən.

 

  Ürəyim yamanca dolanda sözlə,

Ağlayıb tapıram təsəlli özümə.

Ağlayır ürəyim ağlasam gözlə,

         Bilmirəm neyləyim mən dərd əlindən.

29 sentyabr 2013
GO BACK