Bağışla sən məni, bağışla, ana
Özümdə özümü axtarıram mən.
İşıqlı, ümidli, sevgiylə dolu
Dünənki günlərə qaytar məni sən.
İstərəm yenidən oxunsun nəğməm,
İstərəm laylalı günlərə dönəm.
Bu gənc yaşımda yollar yorğunu,
Bu gənc yaşımda azmış bir ünəm.
Gülürsən,gülüşün bir az qəm yükü,
İllərin əlindən qaçmaq olarmı?
Ay qızım uşaqlıq itmiş oyuncaq
Bir də ki,tökülən söylə dolarmı?
Ah ana nə qədər kədərliyəm mən
Sən dünən gözəllik ilahəsiydin.
Bir evin ümidi,bir evin yazı
Bir evin oxunan ilk nəğməsiydin.
Bəs niyə ağırdır taleyin əli?
Yarpaqlar töküldü qaldın tənha-tək.
Xəyalın gecələr çəkib apardı
Ən uzaq,ən uzaq ulduzlaradək.
Kədərli gözündə illərin rəngi
Saçların ağardı bəyaz qar kimi.
Baxışın dikilib uzaq yollara
Bizi gözləyirsən ilk bahar kimi.
Dünənki günlərə qaytar məni sən
Oxu pıçıltıyla nəğmələrimi.
Bahar yağışıtək gözdən-könüldən,
Yusun laylaların dərdi-sərimi.
Elə ki, sahildən aralandın sən,
Dalğalar qışqırıb haray qopardı.
Bilmirəm o gecə tutub əlindən,
Səni sirli yollar hara apardı.
***
Deyirəm nə ola bitməyə gənclik,
Ömürdən ayrılıb getməyə gənclik.
Tərk edib bizləri bir xəyal kimi,
Heç zaman pərişan etməyə gənclik.
***
Yetişdi dadıma qələmlə kağız
Əriyib dağ olub söz ürəyimdə.
Müqəddəs eşqindən yaranıb yalnız,
Atəş ürəyimdə, köz ürəyimdə.
Sönməzdi könlümdə saf eşqin odu,
Əriyib yox oldu hicran buludu.
Kədər də, qüssə də uçub yox oldu,
Salmısan silinməz iz ürəyimdə.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi - FOTO
Yaqut Qarayeva koronavirus vaksininin alınması məsələsindən danışdı
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Evliliyin ilkin şərti-İntim münasibətlər
Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq
Ermənilər Çində də "kök" salmaq istəyirlər
Bakıda çəkiliş zamanı koronaviruslu xəstənin vəziyyəti ağırlaşdı - VİDEO
Filippində ikinci güclü zəlzələ silkələdi, ölənlərin sayı artır
91 yaşında İnstaqram fenomenidir - FOTO
Qadın.netlilərin pis vərdişləri
Google+-dan nə qədər adam istifadə edir?
3 yaşlı uşaqlar bağçaya göndərilməlidirlərmi?
Məşhur aktyorun evi yanıb kül oldu - FOTO
Xərçəng haqqında bilmədiklərimiz
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
Oğul analarına pis xəbər
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Dünyanın ilk pilotsuz taksi servisi İSTİFADƏYƏ VERİLDİ
Xroniki xəstələr oruc tuta bilərmi?
Nikol Paşinyan: “Mən bacarmadım”
Saçlarınızı dəsmalla qurulamayın
Qarderobunuzu qışa hazırlayın
İlk qadın nazir Bakıya qayıdır
Həm atadır, həm də ana -FOTO
Mən nə edim?
Gözəgörünməz qatilə cavab tapıldı
Bred Bit TƏƏCCÜBLƏNDİRDİ
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı: 10 min işsizə vəsait ödəndi - VİDEO
Artıq 5G sınanır
Küçələrdə, avtobus dayanacaqlarında, çadırlarda yaşamış MƏŞHURLAR
Dırnaqlara boya cəkilməsi qaydası
Sağlam bir həyat üçün qarpız
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Ramazan ayının 25-ci gününün duası - İmsak və iftar vaxtı
Çində koronavirusa son yoluxma sayı
Dərini gəncləşdirən maska
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Dünyadakı analar
Karantin zamanı yazılmış əsərlər
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
2014-cü ilin yataq otağı modelləri
Bənzərsiz Azərbaycan kəndindən
DYP-dən deputatların radar etirazına cavab
Şəkil çəkdiyi yerlərdə 30 il sonra yenə şəkil çəkdirdi
HAVA necə olacaq?
Kıvanç Tatlıtuğ yeni ev alır
Qız qaçıranların cəzası 12 ildən 2 ilə endirildi - İlginc məhkəmə QƏRARI
Erməni silahı susmur
Günün ulduz falı
YAŞIL rəngdə QAR yağdı-ŞOK FOTO
- ŞƏRHLƏR