Qadin.NET / Dünənki günlərə qaytar məni sən!

Dünənki günlərə qaytar məni sən!

Dünənki günlərə qaytar məni sən!

Bağışla sən məni, bağışla, ana
Özümdə özümü axtarıram mən.
İşıqlı, ümidli, sevgiylə dolu
Dünənki günlərə qaytar məni sən.

İstərəm yenidən oxunsun nəğməm,
İstərəm laylalı günlərə dönəm.
Bu gənc yaşımda yollar yorğunu,
Bu gənc yaşımda azmış bir ünəm.

Gülürsən,gülüşün bir az qəm yükü,
İllərin əlindən qaçmaq olarmı?
Ay qızım uşaqlıq itmiş oyuncaq
Bir də ki,tökülən söylə dolarmı?

Ah ana nə qədər kədərliyəm mən
Sən dünən gözəllik ilahəsiydin.
Bir evin ümidi,bir evin yazı
Bir evin oxunan ilk nəğməsiydin.

Bəs niyə ağırdır taleyin əli?
Yarpaqlar töküldü qaldın tənha-tək.
Xəyalın gecələr çəkib apardı
Ən uzaq,ən uzaq ulduzlaradək.

Kədərli gözündə illərin rəngi
Saçların ağardı bəyaz qar kimi.
Baxışın dikilib uzaq yollara
Bizi gözləyirsən ilk bahar kimi.

Dünənki günlərə qaytar məni sən
Oxu pıçıltıyla nəğmələrimi.
Bahar yağışıtək gözdən-könüldən,
Yusun laylaların dərdi-sərimi.

Dünənki günlərə qaytar məni sən!
Sevgi şeirləri

Elə ki, sahildən aralandın sən,
Dalğalar qışqırıb haray qopardı.
Bilmirəm o gecə tutub əlindən,
Səni sirli yollar hara apardı.

 ***
Deyirəm nə ola bitməyə gənclik,
Ömürdən ayrılıb getməyə gənclik.
Tərk edib bizləri bir xəyal kimi,
Heç zaman pərişan etməyə gənclik.

 ***
Yetişdi dadıma qələmlə kağız
Əriyib dağ olub söz ürəyimdə.
Müqəddəs eşqindən yaranıb yalnız,
Atəş ürəyimdə, köz ürəyimdə.


Sönməzdi könlümdə saf eşqin odu,
Əriyib yox oldu hicran buludu.
Kədər də, qüssə də uçub yox oldu,
Salmısan silinməz iz ürəyimdə. 

28 avqust 2013
GO BACK